Toplum TV
İctimai fəal Nicat İbrahimə qarşı ittiham ağırlaşdırılıb. Bu barədə Turan-a onun vəkili Zibeydə İbrahimova bildirib.
Vəkil bu gün onun zərərçəkmiş kimi tanınan şəxslə üzləşdirildiyini, amma ictimai fəalın onu tanımadığını, bıçaqlamadığını deyib.
Vəkilin sözlərinə görə, İbrahim bu işdə özünün zərərçəkmiş olduğunu hesab edir.
Nicat İbrahim ilkin olaraq 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunurdu. Amma vəkil deyir ki, bugünkü üzləşdirmədən sonra həmin maddə daha ağır olan 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəyə tövsif edilib.
Bundan başqa, İbrahimə qarşı CM-in 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq) maddəsi ilə də ittiham irəli sürülüb.
Bu maddələrlə onu 11 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Vəkilin sözlərinə görə, İbrahim bütün ittihamları rədd edir.
Nicat İbrahim sentyabrın 9-da qəsdən sağlamlığa ciddi ziyan vurmaqda (Cinayət Məcəlləsinin 126.1-ci maddəsi) ittiham olunaraq saxlanılıb. Özü ittihamı rədd edir, ölkədən çıxışına qoyulan qadağaya etiraz etdiyi üçün ona böhtan atıldığını deyir.
Onun bir müddət öncə istintaqın gedişinə etiraz olaraq təcridxanada özünə xəsarət yetirdiyi, boğazına çoxsaylı tikişlər qoyulduğu bildirilmişdi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
İlhamiz Quliyevin anası məhkəmədə: “Möhkəm ol, oğlum, kişinin başına iş gələr”
açıq mənbədən götürülüb
Mərhum nazirin oğlu Arif Rəhimov məhkəməyə niyə gəlmir?
“Jurnalistlərin evlərində axtarış aparılıb, şəxsi avadanlıqlar və əşyalar götürülüb” – Meydan TV bəyanat verdi (Yenilənir)
Perinatal Mərkəzin hazırkı rəhbəri: “20 çarpayılıq bölməyə 61 küvəz yerləşdirmişdi”
Yoxsulların sayı artıb, dövlətdən müavinət alan yoxsulların sayı isə sürətlə azalıb
10 il əvvəl 5500 iş yeri vəd edilmişdi, bu gün 10 dəfə az insan işlə təmin olunub