İlham Əliyev Donald Trampa: “İnanıram ki, iki ölkə arasında münasibətlər yeni məzmun kəsb edəcək”
Globalinfo
Azərbaycanın dövlət başçısı İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təbrik məktubu ünvanlayıb.
O, Trampın yeni prezidentliyi dövründə iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənəcəyinə və yeni məzmun kəsb edəcəyinə inandığını bildirib.
Əliyev iki ölkənin milli təhlükəsizlik maraqları əsasında beynəlxalq terrorizmə qarşı mübarizədə, eləcə də enerji təhlükəsizliyinin təmin olunmasında edilən əməkdaşlığa da toxunub.
“...ölkəmizin enerji siyasətinə Sizin verdiyiniz daimi dəstəyinizi xüsusi vurğulamaq istərdim.
Biz həm ənənəvi, həm də yeni əməkdaşlıq sahələri üzrə Birləşmiş Ştatlar ilə fəal və səmərəli birgə işimizi, qarşılıqlı inam və etimada əsaslanan tərəfdaşlığımızı bundan sonra da qətiyyətlə davam etdirmək və Sizinlə bu istiqamətlərdə sıx işləmək niyyətindəyik”, - Əliyevin təbrik məktubunda deyilir.
Azərbaycanla ABŞ münasibətlərində son zamanlar gərginlik müşahidə edilməkdə idi. Əliyev hakimiyyəti Co Baydenin prezidentliyi dövründə Azərbaycanda insan haqları sahəsindəki problemlərlə bağlı səslənən tənqidləri qəbul etmirdi. Rəsmi Bakı Tramp administrasiyası ilə daha yaxşı münasibətlər quracağına ümid edir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
sosial media
Abzas
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
6 il öncə minimum pensiyanın məbləği 10 kiloluq qida səbətinin dəyərinə bərabər idisə, gələn il bundan 270 qram çox olacaq.
Rəsmi statistikadakı 4,4 faizlik qida inflyasiyası niyə şübhə doğurur?
Təqsirləndirilən şəxs məhkəmədə Qubad İbadoğlunun əleyhinə ifadə verib