Siyasət

Keçmiş icra başçısının qohumlarının torpaq sahələri satışa çıxarılıb

7 Yanvar, 2025
32

pressklub.az

Əbülfəz Elçibəy hakimiyyəti dövründə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı olmuş, indi Rusiyada yaşayan ictimai fəal Saleh Rüstəmovun həyat yoldaşının, qardaşının və bacısının adına olan torpaq sahələri satışa çıxarılıb.

Bu barədə onun oğlu Elturan Rüstəmli Facebook hesabında yazıb.

"Bir qədər fasilədən sonra, yanvarın 6-da Azərbaycanın dövlət orqanları tərəfindən bizim ailəyə və yaxın qohumlarımıza qarşı müsadirə adı altında yenidən soyğunçuluq həmlələrinə start verilib. Əvvəlcə, atamın adına olan, hal-hazırda yaşadığımız mənzil, əmim Valeh Rüstəmovun yaşadığı babamdan qalma ev və atamın etibarnamə ilə təxminən 10 il əvvəl satdığı mənzil hədəf olub. Həmin mülklərdə yaşayış olduğundan, ciddi cəhdlərə baxmayaraq müsadirənin icrası mümkünsüz olub. İndi isə Gədəbəydə anamın adına olan 5 sot torpaq sahəsi, yenə Gədəbəydə əmim Valeh Rüstəmovun adına olan 24 sot, eləcə də bibim Yeganə Rüstəmovanın adına Novxanı qəsəbəsində olan 10 sot torpaq sahəsi satışa çıxarılıb".

Bakı Ağır Cinayətlər Məhkəməsi 2019-cu il martın 7-də Saleh Rüstəmov və qohumlarının adına olan daşınmaz əmlakların məcburi qaydada və əvəzi  ödənilmədən dövlətin nəfinə müsadirə edilməsi barədə hökm çıxarıb.

Keçmiş icra başçısı 2018-ci ilin mayında həbs edilib və müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasını qanunsuz maliyyələşdirməkdə ittiham olunaraq 7 il 3 ay azadlıqdan məhrum edilib. 

O, 2022-ci il mayın 27-də Prezident İlham Əliyevin sərəncamı ilə əfv olunub.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.

Azərbaycan hakimiyyəti isə ölkədə siyasi məhbus olmadığını, həmin şəxslərin törətdikləri cinayətə görə qanun qarşısında cavab verdiklərini bildirir.

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

“Toplum TV işi” üzrə həbs edilən Akif Qurbanov və İlkin Əmrahovun apellyasiya şikayəti təmin edilmədi

8 Yanvar 2025

Toplum TV

Yanvarın 8-də Bakı Apellyasiya Məhkəməsi “Toplum TV işi” üzrə həbs edilmiş III Resblika Platformasının spikeri Akif Qurbanov və Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı İlkin Əmrahovun həbs müddətinin daha 3 ay uzadılması barədə qərardan verilən apellyasiya şikayətini təmin etməyib.  Xətai Rayon Məhkəməsi ötən ay “Toplum TV işi” üzrə saxlanılmış yeddi nəfərin haqqındakı həbs qətimkan tədbirinin aprelin 6-dək uzatmaq barədə qərar vermişdi.  A.Qurbanov və İ.Əmrahov ötən il martın 6-da həbs ediliblər. Onlar qaçaqmalçılıqda ittiham edilirlər. Özləri ittihamı qəbul emirlər. Ümumilikdə bu iş üzrə 9 nəfərə cinayət işi açılıb. Onlardan ikisi barədə polis nəzarətinə verilməklə istintaq dönəmində azadlıqda qalması haqda qərar verilib. 7 nəfər...
Siyasət

Samir Aşurovun həbs cəzası 6 ay azaldılıb

8 Yanvar 2025

Azadlıq.org

Almaniyadan deportasiya edildikdən sonra həbs olunan ictimai fəal Samir Aşurova təqsirli bilindiyi ittihamlardan biri üzrə bəraət verilib,  həbs cəzası 6 ay azaldılıb. Qərar yanvarın 8-də Azərbaycan Ali Məhkəməsi tərəfindən verilib. Bu barədə vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib. Onun sözlərinə görə, Ali Məhkəmə tərkibi olmadığına görə Samir Aşurovun günahkar bilindiyi Cinayət Məcəlləsinin 221.3-cü (silah və ya silah kimi istifadə edilən əşyanın tətbiqilə törədilmiş xuliqanlıq) maddəsi üzrə xitam qərarı qəbul edib və ona bəraət verib.  Ali Məhkəmə Aşurova Cinayət Məcəlləsinin 126.2-ci (xuliqanlıq səbəbindən qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə 6 il qəti cəza təyin edib. 2023-cü il martın 29-da Almaniyadan...

Seçilmiş Videolar

Toplum TV loqo