Siyasət

 Jurnalist saxlanma şəraitindən narazıdır: “Bəzi məhbuslar yerdə yatırlar”

27 yanvar, 2025
386

sosial media

15 saylı cəzaçəkmə müəssisəsində saxlanılan jurnalist Polad Aslanovun hüquqlarının pozulduğu bildirilir.  

Bu haqda “Turan”a onun həyat yoldaşı Gülmirə Aslanova məlumat verib. Onun sözlərinə görə, Aslanov yalnız rəis müavininin kabinetində və onun iştirakıyla  ailəsinə zəng etməyə məcbur edilir. Jurnalist bunu şəxsi həyatın gizliliyi hüququnun pozulması kimi qiymətləndirir. 

Aslanov saxlanma şəraitinin pis olması barədə xanımına yalnız 21-24 yanvar tarixlərində baş tutmuş uzunmüddətli görüş zamanı danışa bilib. Bildirib ki,  cəzaçəkmə müəssisəsində 1146 məhbus əvəzinə 1500 məhbus saxlanılır. Çarpayı çatışmadığına görə bəzi məhbuslar yerdə yatırlar. 

Şəraiti məqbul olan kameraların bağlı saxlanıldığını qeyd edən Aslanovun sözlərinə görə , həmin kameralardakı yerləri məhbuslara, adətən, pulla veriblər: “İndi bu qadağan edilib, ona görə administrasiyanın stimulu yoxdur və kameraları bağlı saxlayırlar”.  

“Məhbuslara tibbi yardım göstərməkdən də buna görə imtina edilir. Polad onlarıları bundan şikayət etməyə çağırdıqda təzyiqə məruz qalır" deyə, Aslanova bildirib. 

Onun sözlərinə görə, həyat yoldaşı cəzaçəkmə müəssisəsinin hamamında isti su olmadığını və hamam otağının soyuq olduğunu da deyib. 

Aslanova onun şikayətlərilə bağlı ombudsmana müraciət edib.  

Hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı bloger Rəşad Ramazanov da 15 saylı cəzaçəkmə müəssisəsində məhbusların hüquqlarının pozulduğunu və şəriatin pis olduğunu bildirmişdi. 

Polad Aslanov 2019-cu ilin iyun ayında, İranın xeyrinə casusluq ittihamıyla (dövlətə xəyanət) ittihamıyla həbs edilib və 16 il müddətinə azadlıqdan məhrum olunub. Sonradan Ali Məhkəmə Aslanovun həbs müddətini 13 ilə qədər azaldıb. Özü ittihamı rədd edir. 

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. 

AİHM jurnalistin həbsinin qanunsuz olduğunu təsdiqləyib və ona təzminat təyin edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Siyasi məhbus kimi tanınan bir qrup şəxs: “Əliyev rejimi ölkəni həbs qəbiristanlığına çevirib”

9 noyabr 2026

Toplum TV

Azərbaycanın müxtəlif həbsxanalarında və istintaq təcridxanalarında saxlanılan, siyasi motivlərlə həbs edilən bir qrup məhbus birlik çağırışı ilə bəyanat yayıblar. Bəyanatın “Toplum TV işi” üzrə 15 il azadlıqdan məhrum edilən, ResPlatformanın spikeri Akif Qurbanovun “Fikirdə, hədəfdə və əməldə birlik vaxtıdır” çağırışına dəstək olaraq imzalandığı bildirilir. Bəyanat müəllifləri ölkədə repressiyaların genişləndiyini bildirərək, siyasi məhbus sayılan şəxslərin probleminin cəmiyyətin və beynəlxalq ictimaiyyətin əsas gündəminə çevrilməsinə çağırıblar. “Toplum TV” bəyanatı olduğu kimi təqdim edir. “Azərbaycanın avtoritar hakimiyyəti geopolitik çəkişmələr, regional münaqişələr və bütün bunların ölkədə dərinləşən insan hüquqları ilə bağlı böhrana zəif təsirində sui-istifadə edərək faktiki ölkədə politisidi (siyasi genosid) nəinki aktiv saxlayır, həmçinin...
Siyasət

Fərid İsmayılov və Ramil Babayev: “Təcridxanada feldşerlər tibbi spirti məhbuslara içki qismində 10 manata satır”

6 noyabr 2026

Toplum TV

Fərid İsmayılov və Ramil Babayev: “Təcridxanada feldşerlər tibbi spirti məhbuslara içki qismində 10 manata satır” “Toplum TV işi” üzrə həbs olunanlardan Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Ramil Babayev və “Toplum TV”nin jurnalisti Fərid İsmayılov penitensiar müəssisələrdə məhbusların tibbi təminatı ilə bağlı problemlərindən yazıblar. Onlar Ədliyyə Nazirliyi və Penitensiar Xidmətə ünvanladıqları müraciətdə dərman çatışmazlığı, tibbi xidmətlər üçün ödəniş tələb edilməsi, Müalicə Müəssisəsindəki antisanitar şərait və işgəncə izlərinin sənədləşdirilməsi ilə bağlı suallar veriblər. “Toplum TV” müraciəti olduğu kimi təqdim edir. “Penitensiar müəssisələrdə konkret xəstəliklərlə bağlı dərmanlar ümumiyyətlə yoxdur, ilkin yardım dərmanları isə nadir hallarda tapılır. Bu problemin səbəbi nədir, haradadır, kimdir? Bakı İstintaq...

Seçilmiş Videolar

Toplum TV loqo