Siyasət

Prokuror keçmiş deputata 10 il həbs istəyib

5 Dekabr, 2024
15

Lent.az

Dekabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesində prokuror keçmiş deputat Hüseyn Abdullayevin 16 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib. Amma dövlət ittihamçısı onun 6 ildir həbsdə olduğunu nəzərə alınaraq, 10 il azadlıqdan məhrum edilməsini təklif edib (Report).

H.Abdullayevə hədə-qorxu ilə tələb etmə, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və digər əməllərlə bağlı ittiham irəli sürülüb.

Həbs müddətinin bitməsinə az qalmış onun barəsində yenidən cinayət işi başlanılıb.

İstintaq materiallarına görə, Hüseyn Abdullayevin cinayət yolu ilə əldə etdiyi əmlakın həqiqi mənbəyini gizlətmək məqsədi ilə özünün və ailə üzvlərinin adlarına açılmış 7 bank hesabı vasitəsi ilə ümumilikdə 5.5 milyon manatdan artıq pulu müxtəlif fiziki və hüquqi şəxslərin Azərbaycan və xarici ölkələrdəki bank hesablarına köçürdüyü, konvertasiya əməliyyatlarını həyata keçirməklə, habelə qanunsuz əqdlər bağlamaqla yaxın qohumunun adına Azərbaycan ərazisində daşınmaz əmlaklar alaraq həmin məbləğdə pul vəsaitini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Keçmiş deputat və iş adamı Hüseyn Abdullayev əvvəllər hakimiyyətə yaxınlığı ilə seçilib. Hətta mətbuat onun müxalifətin kütləvi etiraz aksiyalarını dağıtmaq üçün xüsusi dəstələr saxladığını da yazıb.  

Abdullayevə qarşı cinayət işi ilk dəfə 2012-ci ildə başlanıb, həmin il ölkədən qaçsa da, dörd il sonra həbs edilib, dələduzluqda ittiham olunaraq 6 il azadlıqdan məhrum olunub. Həbs müddəti bu il bitməli olsa da, yenidən cinayət məsuliyyətinə cəlb edilib.

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Qəzanı hərtərəfli araşdırmağa çağırırıq – NATO-nun spikeri

26 Dekabr 2024

açıq mənbədən götürülüb

NATO-nun sözçüsü Fərəh Daxlallah Bakı-Qroznı reysilə uçan təyyarənin qəzaya uğramasıyla bağlı paylaşım edib. “#AzerbaijanAirlines #J28243 reysinin qurbanları və ailələri diqqətimizdədir, onlara dua edirik. Qəzada xəsarət alanların tezliklə sağalmasını arzulayırıq və qəzanı hərtərəfli araşdırmağa çağırırıq” – Daxlallah “X” platformasındakı səhifəsində belə yazıb.
Siyasət

AZAL-ın təyyarəsi "Pantsir-S1" raket sistemi ilə vurulub – hərbi ekspertlər

26 Dekabr 2024

açıq mənbədən götürülüb

AZAL-ın qəzaya uğrayan təyyarəsinin füzelajındakı dəliklər "Pantsir-S1" raketinin zərbəsinin nəticələrinə oxşayır - xarici və Rusiya hərbi ekspertlərinin əksəriyyəti belə nəticəyə gəlib (“Turan”). OSINT (Open source intelligence) analitikləri qeyd edirlər ki, quşlarla toqquşma və ya qəza zamanı belə zədələnmələrin olması qeyri-mümkündür. Quş sürüsü ilə toqquşma zamanıı əziklər əmələ gəlir, burada isə qəlpə dəlikləri görünür. Hərbi ekspert Yan Matveyev qəza videosunda “Rosaviasiya”nın iddiasını - oksigen balonunun partlaması izlərinin göründüyünü istisna edir. Təyyarənin gövdəsində - quyruq hissəsindən ortasına qədər çoxsaylı zədələnmələrin olması öldürücü silahla vurulmuş zərbənin sübutudur. Bu izlər təyyarənin "Pantsir-S1" kompleksinə aid raket zərbəsilə vurulması zamanı yarana bilər, deyə ekspert əlavə edib....

Seçilmiş Videolar

Toplum TV loqo