Siyasət

Şahid: “Bu adam qışqırırdı ki, narkotik mənim deyil”

26 Dekabr, 2024
48

açıq mənbədən götürülüb

Dekabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Famil Xəlilovun işi üzrə məhkəmə istintaqının növbəti iclası keçirilib. İclasa hakim Azər Tağıyev sədrlik edir. 

Əvvəlki iclasdan bir neçə gün sonra Famil Xəlilov səhhətinə görə ev dustaqlığına buraxılıb.

Bugünkü prosesdə şahid Süleymanbəy Qasımovu dindirib. İstintaq sənədlərində Qasımov Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsində Famil Xəlilovun cibindən narkotik aşkar edilməsində iştirak etmiş hal şahidi kimi göstərilir. O bildirib ki, bu il mayın 2-də 40-cı polis bölməsinin yanından keçərkən polislər ona hal şahidi olmağı təklif ediblər. “Bölmədə bu adamın şalvarının cibindən büküm çıxdı. Ağ toz halında bir şey idi. Mənim narkotikdən anlayışım yoxdur. Ona görə nə olduğunu bilmirəm. Bu adam qışqırırdı ki, bu mənim deyil, mənim bundan xəbərim yoxdur. Sonra protokol tərtib olundu, mən hal şahidi kimi qol çəkdim. Bu adamsa qol çəkmədi, dedi ki, narkotik onun deyil” - Qasımov belə deyib.

O, təqsirləndirilən şəxsin və vəkilin verdiyi sualların çoxuna “yadımda deyil” deyə cavab verib. Famil Xəlilov Qasımovu tanımadığını bildirib: “Sənədlərdə yazılıb ki, guya bizi üzləşdiriblər. Ancaq mən bu adamı ilk dəfədir görürəm”.

Şahid istintaqa çağırılmadığını təsdiqləyib, bildirib ki, Xəlilovu ancaq polis bölməsində görüb. Hakim ikinci hal şahidinin hazırda hərbi xidmətdə olduğunu bildirib.

Xəlilov və vəkili onun da dindirilməsini tələb ediblər. Hakim onun məhkəmədə iştirakının təmin olunacağını deyib. Vəkil müdafiə tərəfinin əlavə şahidləri olduğunu bildirib. Hakim bununla bağlı vəsatətə növbəti iclaslarda baxılacağını deyib.

Növbəti iclas yanvarın 16-na təyin edilib.

Famil Xəlilov bu ilin mayında narktoik ittihamıyla həbs olunub. Özü həbsini sosial şəbəkələrdə hakimiyyəti tənqid etməsilə əlaqələndirir. 7 ay həbsdə qalmış Xəlilov təcridxanada uzunmüddətli aclıq aksiyası keçirib. Ötən ayın sonunda vəziyyəti pisləşdiyi üçün aclığı dayandırıb. Dekabrın ilk günlərində ev dustaqlığına buraxılmasıyla bağlı vəsatət rədd edildiyinə görə quru aclığa başlayıb. Dekabrın 3-də hakim vəsatəti təmin edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Təyyarəni Rusiya vurub – Azərbaycan hakimiyyətindəki mənbə

26 Dekabr 2024

açıq mənbədən götürülüb

Azərbaycan hökumətindəki mənbə bu gün “Euronews” nəşrinə bildirib ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğramasına səbəb Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən vurulmasıdır (https://www.euronews.com/2024/12/26/exclusive-preliminary-investigation-confirms-russian-missile-over-grozny-caused-aktau-cras). Onun sözlərinə görə, 8432 saylı reys Qroznı səmasında dronlar olan zaman vurulub, təyyarənin yaxınlığında partlamış raketin qəlpələri həm sərnişinlərə, həm də ekipaj üzvlərinə dəyib. Mənbə “Euronews”-a bildirib ki, qəza enişilə bağlı pilotların xahişlərinə baxmayaraq Rusiya hava limanlarından heç biri zədələnmiş təyyarənin enməsinə icazə verilməyib. Ekipaja Xəzər dənizi üzərindən Qazaxıstanın Aktau şəhəri istiqamətində uçması əmr edilib. Məlumata görə, dəniz üzərində uçduğu bütün vaxt ərzində təyyarənin GPS naviqasiya sistemləri bloklanıb.
Siyasət

Vəkil: “Rail Abbasov Bəxtiyar Hacıyevə görə həbsdədir”

26 Dekabr 2024

Meydan TV

Dekabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Rail Abbasovun işi üzrə məhkəmə prosesi davam edib. İclasa hakim Mahirə Kərimova sədrlik edir. Abbasova qarşı irəli sürülmüş ittihama görə, o, mənzil alqı-satqısı zamanı Əsgər Həziyevin ona verdiyi 217 min manatı mənimsəyib. Əvvəlki iclasda dövlət ittihamçısı Rail Abbasova 8 il həbs cəzası istəyib. Bu gün vəkil Elçin Sadıqov müdafiə çıxışı edib. O bildirib ki, məhkəmə başlanan gündən müvəkkilinin müdafiə hüquqları pozulub: “Rail Abbasov siyasi məhbus Bəxtiyar Hacıyevin yaxın dostu olduğuna, onun müdafiəsində yaxından iştirak etdiyinə görə həbsdədir. Biz bunu üzə çıxarmaq üçün vəsatət verdik ki, məhkəmə sorğu göndərərək Rail Abbasov və zərərçəkən...

Seçilmiş Videolar

Toplum TV loqo