sosial media
Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu aclıq aksiyasına başlayacaq.
Siyasətçi bunu, qanunsuz məhkəmə hökmü ilə bağlı edəcəyini deyir.
Külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya ondan istifadə maddələrilə ittiham edilən Yaqublu martın 10-da 9 il müddətinə azadlıqdan məhrum edilib.
Siyasətçi martın 11-i ictimaiyyətə müraciətində aclıq aksiyasına aprel ayının 1-dən başlayacağını bəyan edib.
“Qərarım qətidir! Mənim həbsxanadan ancaq ölüm çıxacaq. Çünki bu aclıq aksiyasında sona qədər davam edəcəm. Nə vaxt ölərəm, onda da bu aclıq aksiyası bitər. Necə ki, Maqnitski aktı var, eləcə də qoy Yaqublu aktı olsun. Bəlkə mənim ölümüm bu ölkəyə azadlıq gətirər”, o bildirib.
Bəyanat onun qızı Nigar Həzi tərəfindən paylaşılıb. Tofiq Yaqublu bildirir ki, onun həbsi ölkə prezidenti tərəfindən sifariş edilib.
Siyasətçi aksiyaya başlamaqla ona qarşı açılmış ittihama xitam verilməsi və azadlığının təmin edilməsini tələb edəcək.
“Mən 75 yaşında həbsxanadən çıxmaqdansa, ölümü seçirəm. Tələbim yerinə yetirilməyədək aclıq aksiyasını dayandırmayacam!”- o bildirib.
Tofiq Yaqublu siyasi fəaliyyəti dövründə bir neçə dəfə inzibati və uzunmüddətli həbsdə olsa da, martın 10-da verilmiş qərar ən uzun müddətə olandır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Toplum TV
Toplum TV
Tofiq Yaqublu hakimə: “Sayənizdə 64 yaşımı da həbsdə keçirtdim”
Şahnaz Bəylərqızının vəkili: “Rezonans doğuracaq ifadədən söhbət gedə bilməz”
“Erasmus+” proqramı Azərbaycanda fəaliyyətini dayandırıb
NHK: Ölkənin müstəqillik tarixində heç vaxt bu qədər qadın jurnalist sərt cəzalandırılmamışdı
“Toplum TV işi” üzrə təqsirləndirilənlər şəxslərin əmlaklarına həbs qoyulması qanunidirmi? - “Tribunat” araşdırıb