Dünya

Azərbaycandan da böyrək alıb-satan ukraynalı Polşada saxlanılıb

12 Mart, 2025
248

açıq mənbədən götürülüb

Mütəşəkkil orqan alverində təqsirləndirilən ukraynalı qadın Polşaya girişə cəhd edərkən saxlanılıb. Onun böyrək əldə etdiyi ölkələrin siyahısında Azərbaycan da var. 

Polşanın Przemisl şəhərinin prokurorluğu bildirib ki, 35 yaşlı Ksenia adlı qadın martın 6-ı Ukraynadan Polşaya qatarla giriş edərkən yoxlanış zamanı sərhədçilər tərəfindən saxlanılıb. O, 2020-ci ilin noyabrından İnterpol tərəfindən axtarılırmış. 

Məlumatda deyilir ki, təqsirləndirilən şəxs 2017-2019-cu illərdə qeyri-qanuni yollarla insanlardan toxuma və orqanları toplayan beynəlxalq mütəşəkkil cinayətkar qrupun üzvü olub. 

Ona cinayətlərinə görə Qazaxıstanda 12 illik hökm oxunub. Sözügedən şəxsin Qazaxıstanı necə tərk etdiyi və Polşaya niyə gəlmək istədiyi açıqlanmayıb. 

Ksenia adlı şəxsin Azərbaycan, Qazaxıstan, Ermənistan, Ukrayna, Qırğızıstan, Tacikistan, Özbəkistan və Tailand kimi ölkələrdə yaralı şəxslərdən 56 böyrək əldə etdiyi və bunları qara bazarda satdığı deyilir. 

Przemisl prokurorluğu qadının Qazaxıstana ekstradisiyasını gözləyənədək onun 1 həftə Polşada saxlanılması üçün məhkəməyə müraciət edib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Arxasında Rusiyanın olduğu deyilən partlayışlara görə 15 nəfərə iş açılıb 

18 Sentyabr 2025

Foto: Getty Images

Litvada arxasında Rusiyanın olduğu bildirilən partlayışlara görə 15 nəfərə cinayət işi açılıb.  Litva prokurorları Almaniya, Polşa və Böyük Britaniyada bağlamaların partladılması ilə əlaqədar həmin şəxslərə qarşı terrorçuluq ittihamı irəli sürülüb. Təqsirləndirilən şəxslərin "DHL" və "DPD" çatdırılma şirkətlərindən istifadə etməklə dörd partlayıcı maddəni kosmetik qablarda gizlədərək Vilnüsdən sözügedən ölkələrə göndərdikləri iddia olunur. Üç bağlamanın partlaması nəticəsində ötən ilin iyul ayında Almaniya, Polşa və Böyük Britaniyada yanğınlar baş verib. Dördüncü bağlama isə texniki nasazlıq səbəbindən alışmayıb. Litvalı istintaqçılar bildirirlər ki, bu plan Rusiya hərbi kəşfiyyat xidmətləri ilə əlaqəsi olan şəxslər tərəfindən koordinasiya olunub.  Rusiya hələlik iddia cavab verməyib, lakin dəfələrlə onun məxfi...
Dünya

Həyat yoldaşı Navalnının zəhərlə öldürüldüyünü deyir

17 Sentyabr 2025

Foto: AFP

Ötən ilin fevralında Rusiyada həbsxanada ölən müxalifət lideri Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya siyasətçinin zəhərlənərək öldürüldüyünü iddia edib.  O bildirib ki, Navalnının tərəfdarları hələ 2024-cü ilin fevralında həyat yoldaşının nəşinin bioloji nümunələrini əldə edib ölkə xaricinə çıxarmağa nail olublar. “Ən azı iki ölkənin laboratoriyaları bu nümunələri müstəqil şəkildə yoxlayıb və bu nəticəyə gəlib ki, Aleksey zəhərlə qətlə yetirilib”, – o qeyd edib.  Navalnaya nümunələrin hansı ölkələrdə yoxlandığını açıqlamayıb.  “Mən bəyan edirəm ki, [Rusiya prezidenti] Vladimir Putin mənim ərim, Aleksey Navalnının qətlində günahkardır. Mən Rusiya kəşfiyyat orqanlarını qadağan edilmiş kimyəvi və bioloji silahlar hazırlamaqda ittiham edirəm. Tədqiqat aparan laboratoriyalardan onların...

Seçilmiş Videolar

Toplum TV loqo