Dünya

NYT: Tramp administrasiyası rəsmi sənədlərdən “feminizm", "bərabərsizlik", "gender" sözlərini çıxarır

12 Mart, 2025
211

Toplum TV

ABŞ hökumət orqanları öz internet saytlarında və rəsmi sənədlərdə mətnləri yenidən yazmağa, onlardan müəyyən söz və ifadələri çıxarırlar.

Bu, Donald Tramp prezident kimi fəaliyyətə başladıqdan sonra baş verib.

“The New York Times”-ın jurnalistləri 197 belə söz və ifadə müəyyən ediblər.

Siyahıya, “aktivism”, “irq”, “feminizm", "bərabərsizlik", "gender", “bioloji qadın”, “bioloji kişi”, “multikultural”, “etnik mənsubiyyət”, “sosial ədalət”, “cinsiyyət” kimi ifadələr daxil edilib. 

Bununla yanaşı,  “BIPOC” (Qara, Yerli, Rəngli İnsanlar), “DEI” (Müxtəliflik, Bərabərlik, İnklüzivlik) qısaltmaları və onun variasiyaları, “LGBT” və onun variasiyaları da məhdudiyyətə daxildir.

Dövlət qrantları və müqavilələri ilə bağlı müraciətlərdə də eyni sözlər axtarılır və bu, onların baxılmasına təsir edə bilir.

NYT-ın iddiasına görə, federal hökumət orqanlarının rəhbərləri tərəfindən tabeliyində olanlara "qadağan olunmuş" sözlərin siyahısı ilə xüsusi memorandumlar və göstərişlər göndərilir. 

Nəşrin jurnalistləri bu memorandumların və təlimatların əsaslandığı heç bir sənəd tapa bilməsələr də,  qeyd edirlər ki, bəzi hallarda məmurlara “qadağan olunmuş” sözlərin siyahısı əvəzinə sadəcə olaraq “nalayiq söz” işlətməmək göstərişi verilir.

“The New York Times” müxbirləri aşkar ediblər ki, 250-dən çox federal hökumət veb-saytları yeni tələblərə uyğun olaraq dəyişdirilib.

ABŞ-də prezident administrasiyasının hər dəyişikliyi ilə belə “dil dəyişiklikləri” baş verir: yeni rəhbərlik həmişə rəsmi ritorikanı öz siyasi prioritetlərinə uyğunlaşdırmağa çalışır. Amma indi bunun miqyası görünməmiş dərəcədədir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Tixanovskayanın Birləşmiş Keçid Nazirlər Kabineti “terrorçu” təşkilat kimi tanınıb

10 İyul 2025

Foto: AFP/ Getty Images

Belarusda 2022-ci ildə Belarus demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya tərəfindən yaradılmış Birləşmiş Keçid Nazirlər Kabineti (UTC) "terrorçu" təşkilat kimi tanınıb.  Bu barədə iyulun 10-da Belarus Baş Prokurorluğu məlumat yayıb . Bildirilir ki, məhkəmə bu qərarı nəzarət orqanının tələbi ilə qəbul edib.  Müdafiə sənayesi kompleksinin struktur bölmələri də “terrorçu” kimi tanınıb və təşkilatın Belarus ərazisində fəaliyyəti qadağan edilib. 2022-ci ilin sentyabrında Birləşmiş Keçid Nazirlər Kabineti “ekstremist birləşmə” kimi tanınmışdı. Tixanovskayanın saytında qeyd edildiyi kimi, Belarusun Birləşmiş Keçid Kabineti ölkədə demokratik keçidi təmin etmək və siyasi böhranı aradan qaldırmaq məqsədilə yaradılmış icra orqanıdır. O, həmçinin müstəqillik, suverenlik və vətəndaş hüquqlarının qorunması üzrə qərarların hazırlanmasına...
Dünya

Türkiyə İlon Maskın “Grok” platformasını qadağan edib 

9 İyul 2025

Foto/kollaj: Toplum TV

Türkiyə məhkəməsi milyarder İlon Maskın “xAI” şirkəti tərəfindən inkişaf etdirilən “Grok” “çatbot”unu qadağan edib.  Buna səbəb “X” sosial şəbəkəsində istifadə olunan, süni intellektlə idarə olunan “çatbot”un Prezident Rəcəb Tayyib Ərdoğan və ölkənin qurucusu Mustafa Kamal Atatürk də daxil olmaqla bir sıra fiqurlar haqqında təhqiramiz ifadələr paylaşması olub.  Nəticədə Türkiyə hökuməti “ictimai asayişə təhdid” ittihamı ilə ölkənin internet qanunvericiliyinə əsasən “Grok”a qarşı məhdudiyyətlərin tətbiqi üçün məhkəməyə müraciət edib. Cinayət məhkəməsi iyulun 9-da bu tələbi qəbul edərək, ölkənin telekommunikasiya orqanına qadağanın icrasını tapşırıb.  Bu hadisə “Grok”un son sistem yenilənməsi ilə bağlı yaranan daha böyük bir mübahisənin bir hissəsidir.  Müşahidəçilər deyir ki, yenilənmədən...

Seçilmiş Videolar

Toplum TV loqo