Məhkəmə

Hakimiyyəti tənqid edən keçmiş diplomata 10 il cəza istəndi

12 Mart, 2025
363

VOA

Martın 12-də keçirilən məhkəmə prosesində prokuror keçmiş diplomat  Emin İbrahimovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan prosesdə Emin İbrahimov məhkəmədə son sözlə çıxış edib.

O, özünü təqsirli bilmədiyini və həbsini sifarişli hesab etdiyini bildirərək məhkəmədən bəraət istəyib.

Prokuror Emin İbrahimovun verilmiş ittihamla təqsirli bilinməsini, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə təqsirli bilinməsini istəyib.

İttihama görə, E.İbrahimov ötən il iyulun 22-də Nizami rayonunda səki ilə hərəkətdə olarkən, əvvəllər tanımadığı Kamal Şükürovla toqquşub.

Aralarında yaranmış mübahisə zəminində onlar bir-birini təhqir edib, zor tətbiq edib, dalaşıblar. Həmin vaxt E. İbrahimov cibində gəzdirdiyi bıçaqla K.Şükürovu qarnından bıçaqlayaraq sağlamlığına ağır zərər vurub.

Emin İbrahimov ötən prosesdə məhkəmənin nəzərinə çatdırıb ki, zərərçəkəni tanımır və həbsinin əsl səbəbi Azərbaycandakı idarəetməylə bağlı çıxışlarıdır.

Aprelin 11-də baş tutacaq məhkəmə iclasında ona hökm oxunacağı gözlənilir.

E.İbrahimov 2012-2016-cı illərdə Azərbaycanın ABŞ-dəki səfirliyində, 2016-2019-cu illərdə Uruqvaydakı Diplomatik Nümayəndəliyində işləyib. 2020-ci il martın 13-də ölkədə seçki hüququnun və azadlıqların boğulmasına etiraz olaraq Xarici İşlər Nazirliyinə istefa ərizəsi yazıb və diplomatik fəaliyyətdən istefa verib. 

O, Azərbaycan hökumətinin fəaliyyətini tənqidləri ilə tanınır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Prokurorlar Arayik Harutyunyana ömürlük həbs cəzası istəyib 

14 Noyabr 2025

Foto: açıq mənbə

Azərbaycanda həbsdə olan Qarabağdakı keçmiş separatçı rejimin liderləri və rəsmilərinin məhkəmə prosesi noyabrın 13-də davam edib.  "Azərtac"ın xəbərinə görə, Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçıları təqsirləndirilən şəxslər üçün məhkəmədən istədikləri cəzaları səsləndiriblər.  İttiham tərəfi bildirib ki, təqsirləndirilən şəxslərdən Arkadi Qukasyan, Bako Sahakyan və Madat Babayan 65 yaşına çatdıqları üçün Cinayət Məcəlləsinin tələblərinə əsasən onlara ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilə bilməz. Buna görə də, sözügedən şəxslər, habelə Melikset Paşayan haqda 20 il həbs cəzası istənilib.  Digər təqsirləndirilənlərdən Qarik Martirosyan haqda 19, Davit Allahverdiyan haqda 18, Levon Balayan haqda 17, Vasili Beqlaryan, Erik Qazaryan...
Məhkəmə

Ali Məhkəmə Əziz Orucov haqda hökmü qüvvədə saxlayıb 

13 Noyabr 2025

Foto: sosial media

"Kanal 13" internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucov barəsində çıxarılmış hökm növbəti dəfə qüvvədə qalıb.  Noyabrın 13-də Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfinin kassasiya şikayəti təmin edilməyib və aşağı instansiya məhkəmələrinin qərarları qüvvədə saxlanılıb. Ə.Orucov 2023-cü il noyabrın 27-də qanunsuz tikinti ittihamı ilə həbs olunub.  Bu il fevralın 26-da Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə ona 2 il həbs cəzası verilib.  Jurnalist ittihamı qəbul etmir.

Seçilmiş Videolar

Toplum TV loqo