Dünya

Ukrayna müvəqqəti atəşkəsə razılaşıb

12 Mart, 2025
232

The Times

Ukrayna Rusiya ilə müharibədə 1 aylıq atəşkəs elan olunmasına, ABŞ isə Ukraynaya kəşfiyyat ötürülməsi və hərbi yardıma davam etməyə razılaşıb. 

Bu barədə Ukrayna və ABŞ rəsmilərinin Səudiyyə Ərəbistanında baş tutan görüşündən sonra yayımladığı birgə bəyanatda deyilir.

Ukrayna və ABŞ nümayəndələri martın 11-də Səudiyyə Ərəbistanının Cəddah şəhərində danışıqlar aparıblar. 

Yayımlanan bəyanatda deyilir ki, Ukrayna 30 günlük müvəqqəti atəşkəs haqqında ABŞ-ın təklifini qəbul etməyə hazırdır. Bu razılaşmanın nə zaman qüvvəyə minəcəyi Rusiya Federasiyası tərəfindən qəbul olunması və eyni vaxtda tətbiq olunmasından asılıdır. Rusiya razılaşarsa  qərar dərhal qüvvəyə minəcək.

“Birləşmiş Ştatlar Rusiyaya onların əməkdaşlığının sülhə nail olmaq üçün açar olduğunu çatdıracaq”, - deyə bəyanatda bildirilir. 

Nümayəndə heyətləri sülh prosesinin bir hissəsi kimi humanitar yardım səylərinin vacibliyini də müzakirə ediblər. Buna xüsusilə atəşkəs zamanı hərbi əsirlərin mübadiləsi, mülki məhbusların azad edilməsi və didərgin düşmüş ukraynalı uşaqların evlərinə geri qaytarılması daxildir. 

Görüşdə ABŞ tərəfini Dövlət Katibi Marko Rubio və Prezident Donald Trampın müşaviri Mayk Uoltz, Ukrayna tərəfini isə Prezident aparatının rəhbəri Andrey Yermakın başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. 

Görüşdən sonra Rubio mətbuata açıqlamasında bildirib ki, indi “top Rusiyanın tərəfindədir”. 

Rusiya tərəfi hələ ki, Ukraynanın atəşkəs razılığına reaksiya verməyib. 

Ukrayna Prezidenti Volodimir Zelenski yayımladığı müraciətdə danışıqları “yaxşı və konstruktiv” adlandırıb. O deyib ki, indi Rusiyanı atəşkəsə razı salmaq ABŞ-ın əlindədir. “Rusiya razılaşsa, atəşkəs dərhal qüvvəyə minəcək”, - deyə o bildirib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Azərbaycanın tikinti şirkəti Gürcüstanda körpünün uçmasında ittiham olunur 

13 Noyabr 2025

Foto: açıq mənbə

Gürcüstan dövləti aralarında Azərbaycanın "Akkord" tikinti şirkətinin nümayəndələri də olan beş nəfərə qarşı dələduzluq və mənimsəmə maddələri ilə ittihamlar irəli sürüb.  Onlar dövlət vəsaiti hesabına tikintisi həyata keçirilən körpünün uçmasında təqsirləndirilir.  Bunu Gürcüstanın Korrupsiya Cinayətləri ilə Mübarizə Departamentinin rəhbəri Malkaz Kapanadze mətbuat konfrasında açıqlayıb.  Təqsirləndirilənlər arasında Gürcüstanın Yollar Departamentinin sabiq sədr müavini Levan Kupataşvili də var. Ona qarşı mənimsəmədən əlavə vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı da irəli sürülüb. Bu ittihamlar üzrə o, 11 ilədək azadlıqdan məhrum edilə bilər. Digər dörd nəfər arasında 2018-ci ildə Gürcüstanda dövlət müqaviləsini qazanmış “Akkord”un adları açıqlanmayan direktoru və iki layihə meneceri, həmçinin işlərə nəzarət edən beynəlxalq...
Dünya

Qazaxıstan parlamentinin aşağı palatası “LGBT təbliğatı”nı qadağa edən qanunu yekdilliklə qəbul edib

12 Noyabr 2025

Foto: açıq mənbə

Qazaxıstan parlamentinin aşağı palatası - Məclis noyabrın 12-də “Arxiv işi və qanunsuz kontentin yayılmasının məhdudlaşdırılması haqqında” qanun layihəsini ikinci oxunuşda təsdiqləyib. Sənədin mahiyyəti “pedofiliya və qeyri-ənənəvi seksual orientasiyanın təbliğini” qadağan edir və Rusiyada qəbul edilən analoji, “LGBT təbliğatı”nı yasaqlayan qanunun surəti hesab olunur. Rusiyada həmin qanun artıq yüzlərlə LGBT nümayəndəsinin ölkəni tərk etməsinə səbəb olub. Qanun layihəsi “uşaqların və yeniyetmələrin rəqəmsal məkanlardakı mənfi məzmundan qorunması ilə bağlı ictimai narahatlığın artması” ilə əsaslandırılıb. Bunu sənədi təqdim edən deputat Elnur Beysenbayev bildirib. Onun sözlərinə görə, dəyişikliklər “pedofiliya və qeyri-ənənəvi orientasiyanın ictimai məkanlarda təbliğini” qadağan edir və uşaqların hüquqları, reklam, rabitə, mədəniyyət, təhsil,...

Seçilmiş Videolar

Toplum TV loqo