Dünya

Saakaşvili 9 il azadlıqdan məhrum edildi

12 Mart, 2025
283

sosial media

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili külli miqdarda dövlət vəsaitini mənimsəmək ittihamı ilə 9 il azadlıqdan məhrum edib.

Tbilisi şəhər məhkəməsinin martın 11-də verdiyi qərara görə, o, həmçinin 3 il müddətinə dövlət qulluğunda vəzifə tutma hüququndan da məhrum edilib. 

Gürcüstan Cinayət Məcəlləsinin 182-ci maddəsi 7 ildən 11 ilədək azadlıqdan məhrum etməni nəzərdə tuturdu.

İş üzrə ikinci müttəhim, Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Teymuraz Canaşiya isə 300 min lari məbləğində cərimə ödəməyə məhkum edilib.

Söhbət 2009-cu ilin sentyabrından 2013-cü ilin fevralına qədər olan dövrdə 8,8 milyon laridən çox dövlət vəsəaitinin mənimsənilməsindən gedir. 

Prokurorluğun məlumatına görə, bu məbləğ Saakaşvilinin dəbdəbəli mehmanxana və kurortlarda istirahəti, kosmetoloji klinikalara getməsi və paltarların alınmasına xərclənib. 

Siyahıya Londonda 28, 600 dollar dəyərində alınmış yeddi gödəkçə və kaşmir idman paltosu, həmçinin 4, 600 dollar dəyərində iki əl işi kostyum daxildir.

Mixail Saakaşvili ittihamların absurd olduğunu bəyan edib. Gürcüstanın eks-prezidenti bildirib ki, “Gürcü arzusu” hökuməti bu işi onun korrupsiyaya qarşı mübarizə aparan imicinə zərbə vurmaq üçün açıb.

Hökmün elan edilməsində təqsirləndirilən şəxslər iştirak etməyiblər.

Bu, “Gürcü arzusu” çərçivəsində Saakaşviliyə çıxarılan üçüncü hökmdür. Hazırda o, altı il həbs cəzası çəkir. 

Daha iki iş davam edir: sərhədi qanunsuz keçmə və 2007-ci ilin noyabrında müxalifətin mitinqinin dağıdılması.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

OCCRP: "Müharibədən qaçan ukraynalı kimsəsiz uşaqlar Türkiyədə şiddətə məruz qalıb"

4 Dekabr 2025

foto: Slidstvo.Info

Rusiyanın Ukraynada apardığı müharibədən qaçaraq Türkiyədə hotelə sığınan kimsəsiz uşaqların zorakılığa, təhqirə və baxımsızlığa məruz qaldığı bildirilir.  Bu barədə Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsinin (OCCRP) dekabrın 3-də dərc etdiyi araşdırmada qeyd olunub. Araşdırma 7 uşaqla konfidensial müsahibələr və Ukrayna Ombudsmanının hesabatı əsasında hazırlanıb.  Araşdırmaya əsasən, 2022-ci ilin fevralında Rusiya işğalı başlayandan sonra Dnepr şəhərindəki internat məktəbinin şagirdləri baxıcıları ilə birlikdə Antalyadakı bir hotelə aparılıblar. Evakuasiya Ukrayna hökuməti tərəfindən deyil, yerli iş adamı və milyonçu Ruslan Şostak tərəfindən, onun yaratdığı “Ruslan Şostak Fondu” vasitəsilə təşkil olunub. “Müharibəsiz Uşaqlıq” adlı layihə çərçivəsində ümumilikdə 3500 uşaq və baxıcı Türkiyənin Antalya bölgəsindəki...
Dünya

Putin: "Rusiya Avropa ilə müharibəyə hazırdır"

3 Dekabr 2025

Foto: açıq mənbədən götürülüb

Rusiya və ABŞ Ukraynada sülh danışıqları üzrə irəliləyişə nail olmayıb.  Bunu Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov rusiyalı jurnalistlərə bildirib.  Dekabrın 2-də Putinlə ABŞ prezidenti Donald Trampın xüsusi elçiləri Stiv Vitkof və Cared Kuşner arasında görüş 5 saatdan çox çəkib.  “Tərəflər Ukraynada böhranı həll etməyə nə daha yaxın, nə də daha uzaqdırlar. Görülməli çox iş var", - Uşakov deyib.  Buna baxmayaraq, Uşakov görüşü “son dərəcə faydalı, konstruktiv və informativ” adlandırıb.  “Biz konkret ABŞ təkliflərini müzakirə etmədik, lakin bu ABŞ sənədlərinə daxil edilənlərin mahiyyətini müzakirə etdik. Bəzi məsələlərlə razılaşa bilərdik və prezident, həmçinin, bir sıra təkliflərə qarşı tənqidi və hətta...

Seçilmiş Videolar

Toplum TV loqo