Siyasət

Putin Paşinyana: "Bunun üçün sizin siyasi iradəniz var"

31 Oktyabr, 2022
2035

Kremlin.ru

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla bu gün, oktyabrın 31-də ikitərəfli görüş keçirib.

TASS-ın məlumatına görə, görüşü giriş sözüylə açan Putin bildirib ki, Azərbaycanla Ermənistan arasındakı münaqişə onilliklərdir, davam edir. 

"Buna nə vaxtsa son qoyulmalıdır. Bilirəm ki, bunun üçün sizin siyasi iradəniz var. Biz bunu hər cür dəstəkləyirik, - deyə Rusiya lideri vurğulayıb və əlavə edib: Biz həmişə ondan çıxış edirik ki, Ermənistan bizim strateji tərəfdaşımızdır, müttəfiqimizdir, KTMT liderləri ilə görüşdə dediyim kimi, qədim zamanlardan, necə deyərlər, bu günə qədər. Ona görə də bizim üçün bu hələ də xüsusi bir vəziyyətdir. Mən çox ümid edirəm ki, bu gün biz nizamlanma istiqamətində irəliyə doğru addımlar ata biləcəyik".

https://toplum.tv/siyaset/qarabag-seperatcilari-artsax-in-azerbaycanin-terkib-hissesi-sayilacagi-istenilen-sened-redd-edilecek

Paşinyan isə çıxışında növbəti dəfə Qarabağ məsələsində Ermənistanla Azərbaycan arasında münasibətlərin qurulması üçün Rusiyanın təklif etdiyi yanaşmaların Yerevan üçün məqbul olduğunu bildirib: "Ermənistan Rusiyanın təklif etdiyi prinsiplər əsasında Azərbaycanla dövlətlərarası münasibətlər qurmağa razıdır və bunu üç ölkə liderinin Soçi görüşündə təsdiqləməyə hazırdır".

Bununla belə, Baş nazir qeyd edib ki, delimitasiya üzrə işlərin başlanmasından əvvəl Ermənistan və Azərbaycan sərhədində təhlükəsizliyin gücləndirilməsi zəruridir. 

“Azərbaycan qoşunlarının razılaşmalara zidd olaraq bu ilin martında işğal etdikləri Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarının məsuliyyət zonasından çıxarılması məsələsi bizim üçün çox vacibdir", - deyən Paşinyan onu da əlavə edib ki, Ermənistan istənilən an Azərbaycanla regional kommunikasiyaların qarşısını almağa hazırdır.

Nikol Paşinyan həmçinin Ermənistan ərazisindən keçən kommunikasiyaların rəsmi Yerevanın nəzarətində olmalı olduğunu vurğulayıb. 

Bu gün Vladimir Putinin azərbaycanlı həmkarı İlham Əliyevlə də ikitərəfli görüşü planlaşdırılır. Bundan sonra isə üçtərəfli görüş baş tutacaq. 

Üçtərəfli görüşdən sonra tərəflərin hansısa bəyanat verib-verməyəcəyi hələlik məlum deyil. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub 

14 Sentyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub.  Bu barədə siyasətçinin özü sosial media hesabında məlumat verib. Onun sözlərinə görə, çıxışına məhdudiyyət qoyulduğunu sentyabrın 12-i səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında öyrənib.  "Bildiyiniz kimi mən 2016-cı ildə “Azad Media" mükafatına layiq görülmüşdüm. Mükafatı verən təşkilat bu ilin 17-19 sentyabr tarixlərində keçirəcəyi tədbirə məni də dəvət etmişdi. Belə planladım ki, tədbirdən bir neçə gün qabaq Gürcüstana gedim, oradakı qohumlara baş çəkim, sonra tədbirə qatılmaq üçün Vilnüsə gedim", - o qeyd edib.  S.Həziyə çıxışına Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulduğu deyilsə də, səbəbi izah edilməyib....
Siyasət

AŞPA baş məruzəçisi Anar Məmmədli və Anar Abdullaya verilən hökmləri “özbaşına” adlandırıb

11 Sentyabr 2026

sosial media

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin 13 il həbsə məhkum edilməsi barədə bəyanat yayıb. AŞPA-nın siyasi məhbuslar üzrə baş məruzəçisi Azadeh Rojhan yaydığı açıqlamada Anar Məmmədliyə verilən 13 illik həbs cəzasının siyasi motivli göründüyünü və ədalətli məhkəmə təminatlarının olmadığını bildirib.  “İctimai fəal, jurnalist və eyni iş üzrə təqsirləndirilən Anar Abdullayevə verilən 12 illik həbs cəzası ilə birlikdə elan olunan bu özbaşına hökmdən şoka düşmüşəm”, - A. Rojhan bildirib. Rojhanın sözlərinə görə, Anar Məmmədliyə verilən hökm AŞPA-nın onun məhkəməyəqədər həbsi və təqibinin siyasi motivli olması barədə əvvəlki qənaətini daha da gücləndirir: “Assambleya bu...

Seçilmiş Videolar

Toplum TV loqo