Siyasət

Tramp İrana iki həftə vaxt verib 

20 İyun, 2025
43

Foto: AP

ABŞ Prezidenti Donald Tramp İranla nüvə proqramı üzrə danışıqları davam etdirmək üçün iki həftə vaxt verib. 

Bunu iyunun 19-da Ağ Evin sözçüsü Karolayn Levit jurnalistlərə deyib. 

“İranla yaxın gələcəkdə danışıqların baş tutma ehtimalı əhəmiyyətli dərəcədə yüksək olduğuna görə, [birbaşa münaqişəyə] gedib-getməmək qərarımı növbəti iki həftə ərzində verəcəyəm”, - deyə Levit Trampın bəyanatını oxuyub. 

Bir neçə gün əvvəl “CNN” telekanalı ABŞ hökumətindəki adını açıqlamadığı rəsmilərə istinadən bildirib ki, Tramp İrana zərbələr endirməyə çox yaxındır. 

Tramp özü isə bu suala konkret cavab verməyib. O deyib ki, bunu “edə də bilərəm, etməyə də”. 

Hərbi ekspertlər bildirir ki, İranın nüvə zənginləşdirdiyi yeraltı müəssisələri dağıtmaq gücündə olan bombalar yalnız ABŞ-da var. 

Bildirilir ki, iyunun 13-də İsraillə İran arasında münaqişə başlayandan bəri ABŞ-ın raket daşıyıcı təyyarələri bölgəyə səfərbər olunub. 

İsrailin İran şəhərlərini raket atəşinə tutması və hərbi liderlərini öldürməsi ilə başlayan münaqişə iki tərəfin bir-birini atəşə tutması ilə davam edir. 

Ümumilikdə hər iki tərəfdən yüzlərlə mülki şəxsin öldürüldüyü deyilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Milli Məclis süni adalarda kazinoya icazə verməyə hazırlaşır

18 İyun 2025

Foto: açıq mənbə

Milli Məclis Azərbaycanda kazino oyunlarının təşkili və keçirilməsinə icazə verməyə hazırlaşır.  Bunu “Teleqraf” saytına açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.  O bildirib ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin gündəliyinə Azərbaycan Respublikasının Mülki, Cinayət və İnzibati Xətalar Məcəllələrində və daha altı qanunvericilik aktında dəyişiklik layihəsi daxil edilib. Bu dəyişikliklərdə yalnız süni torpaq sahələrində olmaqla kazino oyunlarının təşkili və keçirilməsi nəzərdə tutulur. “Sənədə əsasən, kazino oyunlarının təşkili və keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilir. Oyunlar yalnız nəzarət orqanının rəyi nəzərə alınmaqla lisenziya əsasında hüquqi şəxs tərəfindən təşkil edilə bilər”, - “Teleqraf” deputata istinadən yazıb. ...
Siyasət

CNN: Tramp İranı bombalamağı nəzərdən keçirir

18 İyun 2025

Foto: BBC

ABŞ Prezidenti Donald Tramp İranın nüvə obyektlərinə zərbə endirmək ideyasına isti yanaşır və İranla İsrail arasında qızışan münaqişəyə diplomatik yolla son qoymaq fikrindən uzaqlaşır. Bu barədə “CNN” telekanalı adını açıqlamadığı ABŞ rəsmilərinə istinadən xəbər yayıb.  Mənbələr bildirib ki, Tramp yalnız İran “ciddi güzəştlərə” gedəcəyi halda diplomatik həll yoluna qayıdacaq.  İyunun 17-də Kanadadakı “Böyük Yeddilik ölkələri”nin sammitindən yarımçıq qayıdan Tramp jurnalistlərə İranla danışıqlar aparmaq “həvəsində olmadığını” deyib. O əlavə edib ki, münaqişənin atəşkəs ilə deyil, “həqiqi sonluqla” həll olunmasını istəyir.  Tramp həmin gün “Truth Social” hesabında İran Ali lideri Ayətullah Əli Xameneinin harada “gizləndiyini dəqiq bildiklərini” yazıb.  “O, asan hədəfdir, lakin...

Seçilmiş Videolar

Toplum TV loqo