Siyasət

Rəsmi Bakı Ermənistanın Laçın dəhlizindən hərbi məqsədlər üçün istifadə etdiyini deyir

25 Oktyabr, 2022
1837

Açıq mənbələrdən götürülüb

Ermənistan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatın 4-cü bəndinə zidd şəkildə Azərbaycan ərazilərində qanunsuz hərbi fəaliyyəti davam etdirərək, qüvvələrini Azərbaycan ərazisindən tam çıxartmamaqla yanaşı, Azərbaycan ərazilərində külli miqdarda piyada əleyhinə minalar yerləşdirməkdə davam edir və bu yalnız keçmiş təmas xətti boyunca deyil, digər ərazilərdə də insanların minaya düşməsi hallarının artmasına səbəb olur.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) oktyabrın 25-də yaydığı bəyanatda deyilir. 

XİN II Qarabağ müharibəsi başa çatandan sonra 266 Azərbaycan vətəndaşının mina partlayışından zərər çəkdiyini, ümumlikdə 45 nəfərin həlak olduğunu diqqətə çatdırıb. Həlak olan 45 nəfərdən 35 nəfər mülki şəxsdir.  

https://toplum.tv/siyaset/ilham-eliyev-gurcustanla-elaqelerimiz-muttefiqlik-seviyyesine-yukselib

"Cari ilin avqust ayından etibarən erməni əhalinin Laçın rayonu ərazisini tərk etməsindən sonra yalnız Laçın rayonu ərazisində 1400-dən artıq 2021-ci il Ermənistan istehsalı E-001M markalı piyada əleyhinə minalar, habelə cari ilin 3 oktyabr tarixində Laçın rayonunun Zabux və Sus kəndlərində evlərin giriş qapılarında və həyətyanı sahələrdə yeni quraşdırılmış mina tələlərin aşkarlanması təhlükənin miqyası və ağırlığının, regionda Ermənistan tərəfindən sülh və təhlükəsizliyə nə dərəcədə ciddi zərbə vurulmasının göstəricisidir. 2021-ci ildə Ermənistanda istehsal edilən piyada əleyhinə minaların Azərbaycan ərazisinə ötürülməsi bir daha nümayiş etdirir ki, Üçtərəfli bəyanatın 6-cı bəndinə uyğun olaraq Laçın dəhlizinin yalnız vətəndaşların, malların və nəqliyyat vasitələrinin keçidi üçün nəzərdə tutulmasına baxmayaraq, bu yoldan Ermənistanın qeyri-qanuni hərbi fəaliyyətləri üçün sui-istifadə halları davam edir. Bu, eyni zamanda, son onilliklər ərzində Ermənistan tərəfindən guya minaların istehsal və ixrac etmədiyi barədə bəyanatların heç bir əsasının olmadığını nümayiş etdirir", - məlumatda bildirilir. 

Azərbaycan Ermənistanı dəqiq mina xəritələrini verməməkdə də ittiham edib: 

"Ermənistanın beynəlxalq təzyiq nəticəsində təqdim etdiyi kiçik qisim mina xəritələrinin etibarlılığının yalnız 25% təşkil etdiyi məlumdur. Qeyd edək ki, son mina partlayışlarının təqribən 55%-i Ermənistan tərəfindən təhvil verilən xəritələrdən kənar ərazilərdə baş verib".

XİN bəyan edib ki, Ermənistan tərəfi məqsədyönlü şəkildə Azərbaycana qarşı hərbi təhdidləri davam etdirir:

"Ermənistanın bu fəaliyyəti müharibə cinayətidir, beynəlxalq humanitar hüququn və Ermənistan öhdəliklərinin ciddi pozuntusudur, bunun qarşısı alınması üçün Ermənistana təzyiq edilməlidir".


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Ələsgər Məmmədli Ombudsmana: “Apellyasiya Məhkəməsində silsilə hüquq pozuntularına yol verilir”

30 Sentyabr 2026

Tapdıq Fərhadoğlu

“Toplum TV işi” üzrə 14 il azadlıqdan məhrum edilən media hüquqşünası, “Toplum TV” təsisçisi  Ələsgər Məmmədli Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya açıq məktub ünvanlayıb. O, Bakı Apellyasiya Məhkəməsində işinə baxılması zamanı bir sıra hüquq pozuntularına yol verildiyini bildirib və Ombudsmandan növbəti məhkəmə iclaslarını monitorinq etməyi istəyib. Ələsgər Məmmədlinin müraciətini olduğu kimi təqdim edirik. Bildiyiniz kimi, 8 mart 2024-cü il tarixindən etibarən 32 aydır saxta ittihamla ən təməl hüquqlardan olan azadlıq hüququm kobud şəkildə məhdudlaşdırılıb. Bir hüquqşünas kimi, ömrünün 30 ilindən çoxunu insan hüquqlarının müdafiəsinə və tədrisinə həsr edən bir vətəndaş kimi yeganə sığınacağım hüququn aliliyi, ədalətin bərqərar...
Siyasət

Təqsirləndirilən şəxs Ramil Babayevə danışıb: “Ürəyimə üç dəfə stent qoyulub, amma müəssisədə dərman yoxdur”

30 Sentyabr 2026

sosial media

Demokratik Təşəbbüslər İnstitutunun (IDI) “Toplum TV işi” üzrə həbsdə olan əməkdaşı Ramil Babayev saxlanıldığı Umbakı Penitensiar Müəssisəsində təqsirləndirilən şəxslərdən birinin  səhhətindəki problemlər barədə yazıb. Ramil Bayayevin yazısını olduğu kimi təqdim edirik. “Mən Babayev Cavid, 55 yaşındayam. Birinci Qarabağ müharibəsi iştirakçısıyam və hazırda Umbakı Penitensiar Müəssisəsində saxlanılıram. Mənim ciddi sağlamlıq problemlərim var. Ürəyimə üç dəfə stent qoyulub. Hər axşam bütün bədənimdə ağrı hiss edirəm, sümüklərim sızıldayır. Bununla bağlı həkim qəbulu tələb etmişdim. Məni yarım ay yubadandan sonra həkim müayinəsinə apardılar. Həkim müayinədən sonra bir neçə dərmandan istifadə etməli olduğumu, həmçinin mənə sistem köçürülməli olduğunu dedi. Mən həmin dərmanları həkimdən istədim. O isə...

Seçilmiş Videolar

Toplum TV loqo