Siyasət

Rusiya XİN Qarabağdakı sülhməramlılara qarşı tənqidlərə cavab verib 

10 Noyabr, 2022
2229

Rəsmi səhifə

İstər mətbuatda, istərsə də siyasi xarakterli istənilən destruktiv təbliğat kampaniyasına münasibətimiz pisdir. Bunun nə ilə bağlı olmasının əhəmiyyəti yoxdur. 

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qarabağdakı rus sülhməramlılarına qarşı tənqidləri şərh edərkən bildirib. 

https://toplum.tv/siyaset/vladimir-putin-ermenistana-sefer-edecek

“Rusiya sülhməramlılarının (Qarabağdakı) roluna və onların fəaliyyətinin qiymətləndirilməsinə gəlincə, üç ölkənin liderləri Soçidə keçirilən sammit zamanı Rusiya kontingentinin yerləşdiyi zonada təhlükəsizliyin təmin edilməsinə töhfələrini qeyd ediblər və birgə bəyanatda qeyd olunduğu kimi regionda vəziyyəti sabitləşdirmək səylərinin zəruriliyini vurğulayıblar.  Məsələ ətrafında əmələ gələn çirkaba gəlincə, istənilən müsbət, konstruktiv və yaradıcı təşəbbüs həmişə neqativ münasibətlərə də səbəb olur. Təəssüf ki, bu, bizim dünyamızın qanunudur”, - deyə o qeyd edib. 

Noyabrın 9-da Yerevanda Milli Demokratik Qütb (MDP) müxalifət hərəkatının təşəbbüsü ilə Rusiya əleyhinə etiraz yürüşü keçirilib. Hərəkatının tərəfdarları bildirirlər ki, Ermənistan 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı legitim hesab etməməlidir, çünki Rusiya və Azərbaycan onun şərtlərini pozublar.

Rusiya səfirliyinə doğru yürüş edən iştirakçılar Rusiya əleyhinə şüarlar səsləndiriblər. Onlar Dağlıq Qarabağda rus sülhməramlılarının deyil, beynəlxalq sülhməramlı kontingentin yerləşdirilməsini tələb ediblər. 

Hüquq mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarını Rusiya səfirliyinə yaxın buraxmayıblar. Təşkilatçıların məlumatına görə, mitinqdə 700-dən çox adam iştirak edib, polis isə 400-ə yaxın iştirakçının olduğunu açıqlayıb.  


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub 

14 Sentyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub.  Bu barədə siyasətçinin özü sosial media hesabında məlumat verib. Onun sözlərinə görə, çıxışına məhdudiyyət qoyulduğunu sentyabrın 12-i səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında öyrənib.  "Bildiyiniz kimi mən 2016-cı ildə “Azad Media" mükafatına layiq görülmüşdüm. Mükafatı verən təşkilat bu ilin 17-19 sentyabr tarixlərində keçirəcəyi tədbirə məni də dəvət etmişdi. Belə planladım ki, tədbirdən bir neçə gün qabaq Gürcüstana gedim, oradakı qohumlara baş çəkim, sonra tədbirə qatılmaq üçün Vilnüsə gedim", - o qeyd edib.  S.Həziyə çıxışına Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulduğu deyilsə də, səbəbi izah edilməyib....
Siyasət

AŞPA baş məruzəçisi Anar Məmmədli və Anar Abdullaya verilən hökmləri “özbaşına” adlandırıb

11 Sentyabr 2026

sosial media

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin 13 il həbsə məhkum edilməsi barədə bəyanat yayıb. AŞPA-nın siyasi məhbuslar üzrə baş məruzəçisi Azadeh Rojhan yaydığı açıqlamada Anar Məmmədliyə verilən 13 illik həbs cəzasının siyasi motivli göründüyünü və ədalətli məhkəmə təminatlarının olmadığını bildirib.  “İctimai fəal, jurnalist və eyni iş üzrə təqsirləndirilən Anar Abdullayevə verilən 12 illik həbs cəzası ilə birlikdə elan olunan bu özbaşına hökmdən şoka düşmüşəm”, - A. Rojhan bildirib. Rojhanın sözlərinə görə, Anar Məmmədliyə verilən hökm AŞPA-nın onun məhkəməyəqədər həbsi və təqibinin siyasi motivli olması barədə əvvəlki qənaətini daha da gücləndirir: “Assambleya bu...

Seçilmiş Videolar

Toplum TV loqo