Siyasət

Şahid: Almaniyaya getmək üçün mənə AXCP üzvü olmağım barədə saxta arayış verdi

6 İyul, 2022
2526

Açıq mənbələrdən götürülüb

“Sənədlərin hazırlanması üçün Ramin Hacılıya 4500 manat pul verdim. Sənədlər arasında AXCP üzvü olmağım barədə arayış da var idi. Ancaq belə heç bir partiyanın üzvü deyiləm”.

Bunu iyulun 6-da Azərbaycan Avropa Hərəkatının həbsdə olan rəhbəri Ramin Hacılının məhkəməsində şahid qismində dindirilən Elnur Qəmbərov dedi. O, bu sənədlərin ona Almaniyaya getmək üçün lazım olduğunu söylədi.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidov şahiddən Almaniyaya getməsinin səbəblərini soruşdu. O bildirdi ki, azyaşlı övladı xəstədir, məqsədi onu Almaniyaya apararaq müalicə etdirmək olub:

“Burda müalicələr təsir etmirdi, məcbur oldum ki, Almaniyaya getməyin yollarını tapım. Soraqlayıb bu şirkəti tapdım, Ramin Hacılı mənə sənədlərin toplanmasında kömək etdi”.

https://toplum.tv/sosial/ramin-hacili-bu-gunden-quru-acliga-baslayiram

Elnur Qəmbərov həmin sənədlərlə Almaniyaya getdiyini və bir müddətdən sonra Azərbaycana qayıtdığını dedi.

Məhkəmə onun qayınatası Nazim Qəmbərovu da şahid kimi dindirdi. O da deyilənləri təsdiqlədi. Bildirdi ki, Elnur Qəmbərovdan sonra digər kürəkəni Anar Abdullayev də Ramin Hacılının köməkliyi ilə xarici ölkələrə gedib:

“Elnurun sənədləri asanlıqla düzəldiyinə görə digər kürəkənim də qərara gəldi ki, Ramin Hacılıyla görüşüb sənədlərin toplanmasında kömək istəsin. Ramin Hacılı ona da AXCP üzvü olması ilə bağlı arayış düzəltdi”.

Hakimin suallarına cavabında o, bu sənədlərə görə Ramin Hacılıya 6 min manat verdiyini qeyd etdi.

Şahid qismində dindirilən Rövşən Muradovsa dedi ki, ABŞ-a getmək üçün soraqlayaraq Ramin Hacılını tapıb.

“Nə bank hesabım vardı, nə də rəsmi iş yerim... 1000 manat verdim, Ramin Hacılının tapşırığıyla işçiləri hamısını həll etdilər. Amerikada qalsaydım, mənim üçün də AXCP-dən dəstək məktubu vardı. Ancaq Azərbaycana qayıtdım deyə o məktubdan istifadə etmədim”.

Hakim “O sənədi sizə kim vermişdi?” soruşduqda şahib belə cavab verdi: “Ofisdən kimsə vermişdi”.

Bundan sonra Ramin Hacılı əsəbiləşərək ayağa qalxdı: “Bu işlərdən xəbərim olmayıb. Mən heç kimə belə arayış, məktub verməmişəm. Bizə verilən pulun qarşılığında səfirliyə təqdim edilən sənədlər hazırlanırdı. Viza üçün səfirliyə təqdim olunan sənədlərdə isə partiya məktubu olmur. Hər şey ortaya çıxacaq, məlum olacaq ki, mən həbsdə olanda işçilərim nələr ediblər”.

Təqsirləndirilən şəxsin vəkili Rəşad Əliyev ötən dəfəki məhkəmə iclaslarında qaldırdığı vəsatətə qayıtdı. O, yenə məhkəmədən Ramin Hacılının tibbi ekspertizadan keçirilməsini xahiş etdi: “Müvəkkilimin onkoloji xəstəliyə tutulmasından şübhələrimiz var. Bu adam iki ay ərzində 30 kiloqram çəki itirib”.

Hakim vəsatəti təmin etmədi, nöbəti məhkəmə iclasını isə iyulun 13-nə təyin etdi.

İttihama görə, “No Border Travel Agency” MMC-nin rəhbəri Ramin Hacılı, “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı, “HMH Baku Travel” MMC-nin rəhbəri Nərminə Dadaşova, Zakir Əmirov, Əziz Səfərəliyev, Akif Əsədov külli miqdarda qazanc əldə etmək məqsədi ilə ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycan Respublikasının vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün sənədlər, tibbi arayışı saxtalaşdırıb satmaqla, onlara müraciət etmiş şəxslərin qanunsuz miqrasiyalarını təşkil ediblər.

Ramin Hacılı ittihamları qəbul etmir.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub 

14 Sentyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub.  Bu barədə siyasətçinin özü sosial media hesabında məlumat verib. Onun sözlərinə görə, çıxışına məhdudiyyət qoyulduğunu sentyabrın 12-i səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında öyrənib.  "Bildiyiniz kimi mən 2016-cı ildə “Azad Media" mükafatına layiq görülmüşdüm. Mükafatı verən təşkilat bu ilin 17-19 sentyabr tarixlərində keçirəcəyi tədbirə məni də dəvət etmişdi. Belə planladım ki, tədbirdən bir neçə gün qabaq Gürcüstana gedim, oradakı qohumlara baş çəkim, sonra tədbirə qatılmaq üçün Vilnüsə gedim", - o qeyd edib.  S.Həziyə çıxışına Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulduğu deyilsə də, səbəbi izah edilməyib....
Siyasət

AŞPA baş məruzəçisi Anar Məmmədli və Anar Abdullaya verilən hökmləri “özbaşına” adlandırıb

11 Sentyabr 2026

sosial media

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin 13 il həbsə məhkum edilməsi barədə bəyanat yayıb. AŞPA-nın siyasi məhbuslar üzrə baş məruzəçisi Azadeh Rojhan yaydığı açıqlamada Anar Məmmədliyə verilən 13 illik həbs cəzasının siyasi motivli göründüyünü və ədalətli məhkəmə təminatlarının olmadığını bildirib.  “İctimai fəal, jurnalist və eyni iş üzrə təqsirləndirilən Anar Abdullayevə verilən 12 illik həbs cəzası ilə birlikdə elan olunan bu özbaşına hökmdən şoka düşmüşəm”, - A. Rojhan bildirib. Rojhanın sözlərinə görə, Anar Məmmədliyə verilən hökm AŞPA-nın onun məhkəməyəqədər həbsi və təqibinin siyasi motivli olması barədə əvvəlki qənaətini daha da gücləndirir: “Assambleya bu...

Seçilmiş Videolar

Toplum TV loqo