Siyasət

Salyanlı AXCP fəalı yenidən həbs edildi

8 İyul, 2022
2383

Sosial Media

AXCP Salyan rayon şöbəsinin sədri Əlizamin Salayev iyulun 7-də Salyan rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məclləsinin 535.1-ci maddəsi ilə (Polisin qanuni tələbinə tabe olmamaq) təqsirli bilinərək, 30 sutka inzibati həbsə məhkum edilib.

Bu barədə "Turan" xəbər verir. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru Nizam Həmidov bildirib ki, Salyan rayon sakini (Əlizamin Salayevin oğlu) Oktay Salayev əvvəllər yol hərəkəti qaydalarını pozduğuna görə cərimələnib və cəriməni təyin edilmiş müddətdə ödəmədiyindən dəbbə ilə birlikdə məbləğ 240 manat təşkil edib.

"İyunun 29-da Oktay Salayev idarə etdiyi avtomobilin arxa dövlət qeydiyyat nişanı olmadığına və təhlükəli konstruksiya dəyişikliyi etdiyinə görə yol polisi tərəfindən saxlanılıb. Bu xətaya görə onun barəsində növbəti inzibati protokol tərtib edilib, avtomobilinə baxış keçirildikdən sonra nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilib.

https://toplum.tv/multimedia/azerbaycanda-dustaq-budcesi

İyulun 7-də Oktay Salayevin atası Əlizamin Salayev oğlunu məsuliyyətdən yayındırmaq, eləcə də cərimələri ödəməmək məqsədilə sərxoş vəziyyətdə Salyan şəhərindəki Mərkəzi parka gələrək, ictimai asayişi pozaraq əsassız səs-küy qaldırıb. Polis əməkdaşları onu intizama dəvət etdikdə Əlizamin Salayev qəsdən polisin qanuni tələbinə tabe olmayaraq müqavimət göstərib. O, saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib, barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 30 sutka inzibati qaydada həbs olunub", - deyə Daxili İşlər Nazirliyinin rəsmisi qeyd edib.

Öz növbəsində, AXCP sədrinin müavini Seymur Həzi bildirib ki, Əlizamin Salayevin həbsi siyasi fəallığı ilə bağlıdır.

"O, qaydaları pozmayıb. Sosial şəbəkələrdə canlı yayım açıb və açıq şəkildə öz etirazını bildirib. Hazırda vəkil Salayevin həbsi ilə bağlı hüquqi prosedurları həyata keçirir", - deyə o qeyd edib.

Əlizamin Salayev bundan öncə 2020-ci il aprelin 20-də Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. O, Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılıb. 2022-ci il yanvarın 19-da Milli Məclisin amnistiya aktına uyğun olaraq azadlığa buraxılıb.

Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adı çəkilən polis əməkdaşıyla mübahisəsinin videosunu yaymışdı. Həmin videoda AXCP fəalı Əzizovu rayonda yaşayan qadına qarşı təcavüzə görə ittiham edirdi. Video yayılandan sonra Salayev inzibati qaydada 30 günlük həbs olunub. O, həmin vaxt saxlanılarkən işgəncəyə məruz qaldığını bildirib. Bundan sonra polis əməkdaşı Salyan rayon Məhkəməsində ona qarşı xüsusi ittiham qaydasında iddia qaldıraraq həbsini tələb edib və məhkəmə fəalı həbsə məhkum edib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub 

14 Sentyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub.  Bu barədə siyasətçinin özü sosial media hesabında məlumat verib. Onun sözlərinə görə, çıxışına məhdudiyyət qoyulduğunu sentyabrın 12-i səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında öyrənib.  "Bildiyiniz kimi mən 2016-cı ildə “Azad Media" mükafatına layiq görülmüşdüm. Mükafatı verən təşkilat bu ilin 17-19 sentyabr tarixlərində keçirəcəyi tədbirə məni də dəvət etmişdi. Belə planladım ki, tədbirdən bir neçə gün qabaq Gürcüstana gedim, oradakı qohumlara baş çəkim, sonra tədbirə qatılmaq üçün Vilnüsə gedim", - o qeyd edib.  S.Həziyə çıxışına Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulduğu deyilsə də, səbəbi izah edilməyib....
Siyasət

AŞPA baş məruzəçisi Anar Məmmədli və Anar Abdullaya verilən hökmləri “özbaşına” adlandırıb

11 Sentyabr 2026

sosial media

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin 13 il həbsə məhkum edilməsi barədə bəyanat yayıb. AŞPA-nın siyasi məhbuslar üzrə baş məruzəçisi Azadeh Rojhan yaydığı açıqlamada Anar Məmmədliyə verilən 13 illik həbs cəzasının siyasi motivli göründüyünü və ədalətli məhkəmə təminatlarının olmadığını bildirib.  “İctimai fəal, jurnalist və eyni iş üzrə təqsirləndirilən Anar Abdullayevə verilən 12 illik həbs cəzası ilə birlikdə elan olunan bu özbaşına hökmdən şoka düşmüşəm”, - A. Rojhan bildirib. Rojhanın sözlərinə görə, Anar Məmmədliyə verilən hökm AŞPA-nın onun məhkəməyəqədər həbsi və təqibinin siyasi motivli olması barədə əvvəlki qənaətini daha da gücləndirir: “Assambleya bu...

Seçilmiş Videolar

Toplum TV loqo