Rəsmi səhifə
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşündə kommunikasiyaların bloklanması məsələsinin müzakirə olunduğunu bildirib.
Bu barədə noyabrın 2-də "RIA Novosti" xəbər yayıb.
Mətbuat brifinqi zamanı jurnalistin Soçi görüşündə “Zəngəzur dəhlizi”nin müzakirə olunub-olunmadığı ilə bağlı sualına cavabında isə deyib ki, biz “marşrut” ifadəsini işlədirik.
Zaxarova Rusiya Federasiyasının Bakı ilə Yerevan arasında münasibətlərin normallaşdırılmasına dair Soçi görüşündə irəli sürdüyü təkliflərin təfərrüatlarını açıqlamayıb.
Zaxarova jurnalistin sualına cavab olaraq Prezident Vladimir Putindən sitat gətirib: “Biz həssas məsələlərin ictimai müzakirəyə çıxarılmasını düzgün hesab edirik, çünki bu, danışıqlar prosesinə mane ola bilər”.
XİN sözçüsü onu da bildirib ki, Soçidə Rusiya, Azərbaycan və Ermənistan XİN başçıları nümayəndə heyətlərinin görüşü və danışıqları olmayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
AŞPA baş məruzəçisi Anar Məmmədli və Anar Abdullaya verilən hökmləri “özbaşına” adlandırıb
sosial media
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”