Sosial

20 Yanvar şəhidlərinin yaxınları etiraz aksiyası keçirdi

12 Avqust, 2022
2449

Toplum TV

“Bax, bu oğlu şəhid olan anadan kim xəbər tutdu? Ana yaşadığını yaşadı, bacısı, qardaşı yaşadı. Bu gün bəs hanı o uşağın adı? 20 Yanvar şəhidlərinin adı hanı? Hamının adından danışıram, çünki hamımızın dərdi birdir”. 

Bu sözləri atası 20 Yanvar hadisələri zamanı şəhid olan vətəndaş Maral Zamanova bu gün, avqustun 12-si keçirilən aksiya zamanı söyləyib.

Şəhidlər Xiyabanı qarşısında 20 Yanvar şəhidlərinin bir qrup yaxını tərəfindən keçirilən aksiya “20 Yanvar əlilləri və şəhid ailələrinin hüquqlarının təmin olunması” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.

Ailələr illərdir şəhid olmuş yaxınları üçün vəsiqə və döş nişanı ala bilməmələrindən şikayətçidirlər. Onların sözlərinə görə, dəfələrlə Prezident Administrasiyası, vitse prezident Mehriban Əliyevaya müraciətlər ünvansalar da, məktubları cavabsız qalır:

“Mən özüm 20 Yanvar şəhidinin həyat yoldaşıyam. İyulun 4-də Prezident Administrasiyasının qəbul şöbəsinə getdik. Natiq Əmirovun qəbulunda oldum.  Məktubda prezidentin verdiyi fərmanın 1998 və 2020-ci illərdə icra olunmadığını 109 şəhid ailəsinin imzası və 150 şəhid ailəsi adından təqdim etmişəm. 

Üç gün bundan öncə mənə məşğulluq idarəsindən zəng edib deyirlər ki, sizin işlə bağlı əlaqə saxlamışıq. Deyirəm, mənim məktubumu oxuyun, görün, orada məşğulluqla bağlı cümlə varmı? Evimizdə 20 Yanvar şəhidi ilə bağlı bir dənə də olsun sənəd yoxdur - nə döş nişanı, nə vəsiqə”. 

https://toplum.tv/multimedia/qazinin-etirazi-niye-bizi-oldurursunuz

İctimai Birliyin sədri Maral Zamanova 20 Yanvar hadisələrində şəhid olmuş Qocamanov Əliyusifin qızıdır. Maral Zamanova deyir, Prezident hələ 2006-cı ildə şəhid ailələrinə ayrılacaq təqüdlə bağlı fərman imzalasa da, fərman 16 il sonra icra olunub:

“Biz hara gedirik, ölüm kağızını təqdim edirik. Ölüm kağızı ilə sübut edirik ki, bizim şəhidimiz var. Yetimlər böyüdükdən sonra, 2006-cı ildən bəri, düz 16 ildən sonra 20 Yanvar şəhid ailələrinə təqaüd verilib.

20 Yanvar şəhid ailələrindən xəbər tutan yoxdur, sanki üstündən xətt çəkirlər. Niyə? Axı birinci şəhidlər onlar olub. Əvvəllər hər il bir dəfə günəbaxan yağı, makaron, duz olan böyük qutulu, keyfiyyəti aşağı pay verirdilər. Gözdən pərdə asmaq üçün ildə bir dəfə Şəhidlər Xiyabanında tədbir keçirirlər. Gəlmişik Şəhidlər Xiyabanına polislər yığışıb. Prezidentin köməkçilərinin həll edə bilmədiyi işi polislərmi həll edəcək? Bir evdən 3 nəfər, 4 nəfər şəhid vermişik. Hamımız qara gündəyik. Niyə biz pis yaşamalıyıq?” - deyə Maral Zamanova əlavə edib.

https://toplum.tv/siyaset/din-sefer-mehdiyeve-gore-polislerin-isden-xaric-edilmesi-xeberi-esassizdir

Bir neçə dəqiqə çəkən aksiya zamanı iştirakçıları polis müşayiəti ilə ərazidən uzaqlaşdırılıb. Polis əməkdaşları etirazçılara bildirib ki, bir həftə ərzində Prezident Administrasiyası və Nazirlər Kabinetindən onlarla əlaqə saxlanılacaq.

2006-cı ildə Prezident İlham Əliyev “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında fərman imzalayıb. Fərmana görə, 1990-cı ilin yanvar faciəsi zamanı şəhid olmuş hər bir şəxsin ailəsinə ayda beş yüz manat məbləğində təqaüd təsis olunub. Fərman 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş hesab edilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Sosial

Son 4 ildə dinlənən hər 10 dərsdən 7-də "tədrisin keyfiyyəti zəif olub" 

12 Sentyabr 2025

Foto: açıq mənbə

Təhsil İnstitutunun son 4 ildə monitorinq apardığı hər 10 dərsdən 7-də "tədrisin keyfiyyəti zəif olub".  Bunu Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Elnur Əliyev sentyabrın 12-də “2025-2026-cı tədris ili: yeniliklər və hədəflər” mövzusunda keçirilən tədbirdə söyləyib. Onun sözlərinə görə, qurum son 4 ildə 400 məktəbdə ümumilikdə 17,300 dərsdə dinləmə aparıb. O, dinləmə aparılan məktəblərin ölkə üzrə yerləşmə arealını açıqlamayıb.  "Bu dərslərin müfəssəl datasını toplamışıq. Əsas fokus Azərbaycan dili, riyaziyyat, ingilis dili kimi fənn dərsləri olub. Qiymətləndirmədə 5 meyara fikir verilib: müəllimlərin dərsə hazırlığı, şagirdlərin dərsdə fəal iştirakı, resurslardan istifadə, dərslərin şagirdlərdə bilik və bacarıqları formalaşdırması və formativ qiymətləndirmənin aparılması", -...
Sosial

Əfqanıstanda zəlzələdə 600-dən çox insan ölüb

1 Sentyabr 2025

Foto: Reuters

Əfqanıstanın şərqindəki Kunar və Nanqarhar vilayətlərində sentyabrın 1-ə keçən gecə 6 bal gücündə zəlzələ baş verib.  Ölkənin Daxili İşlər Nazirliyi bu ana qədər ən az 622 nəfərin öldüyünü, 1500-dən çox insanın yaralandığını təsdiqləyib.  Bir neçə kəndin tamamilə dağıldığı, xilasetmə əməliyyatlarının davam etdiyi bildirilir.  "Al Jazeera"nin yerli müxbirinin məlumatına görə, zəlzələ baş verən bəzi ərazilərə yardım çatdırmaq əlverişsiz yol şəraitinə görə çətinləşib.  Birləşmiş Millətlər Təşkilatının (BMT) Əfqanıstan ofisi dağıdıcı zəlzələdən "dərindən kədərləndiklərini" bildiriblər.  "Qruplarımız ərazidədir, təcili yardım və xilasedici dəstək göstərirlər. Düşüncələrimiz zərərçəkmiş icmalarladır", - deyə bəyanatda qeyd olunub.

Seçilmiş Videolar

Toplum TV loqo