Sosial

Azərbaycanda insan hüquqları hesabatı: Təzyiqlər artır 

1 Avqust, 2022
2394

Açıq mənbələrdən götürülüb

”İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi”  insan hüquqları ilə bağlı iyul hesabatını yayıb. 

Hesabatda ölkədə insan hüquqları ilə bağlı vəziyətin pisləşdiyi, ictimai fəal, jurnalist, vəkil , müxalifət nümayəndələri və digərlərinə qarşı təzyiqlərin artdığı qeyd olunur: 

“İctimai fəallar yaşadıqları ünvanlardan polis bölmələrinə aparılaraq barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə saxta inzibati protokollar tərtib edilir, məhkəmələr vasitəsilə inzibati qaydada həbs edilirlər. Hüquq müdafiəçilərinin, jurnalistlərin peşə fəaliyyətlərinə maneələr yaradılır və bəzən də fəaliyyətlərinə imkan verilmir. İctimai fəal Bəxtiyar Hacıyevə və jurnalist Aytən Məmmədovaya qarşı törədilmiş cinayət hadisələrinin üstü hələ də açılmayıb”. 

https://toplum.tv/multimedia/hebsden-cixanda-sizi-ne-gozleyir

Mərkəz qeyd edir ki, Baş Prokurorluq qüvvəyə minmiş yeni Media Haqqında qanunu əsas gətirərək bir qrup jurnalist, ictimai fəallardan onlayn mediada və sosial şəbəkələrdə yazdıqları yazıları dayandırmağı tələb edib.   

Həmçinin “Kanal 13” kanalının Bakı bürosunun rəhbəri Əziz Orucov ailəsi ilə birlikdə Sahil bağında gəzərkən nəməlum şəxs tərəfindən təhdid edilib. “Xural” kanalının  rəhbəri Əvəz Zeynallı isə xüsusi ittiham qaydasında məhkəməyə verilib və iş ekspertiza mərhələsindədir. 

Hesabatda vəkillərin hüquqlarının pozulmasına dair monitorinq yer alıb: 

“14 iyulda vəkil Gülnar Həsənova Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsində zorakılığa məruz qalıb. Bölmə rəisi Nizami Novruzovun göstərişi ilə vəkilin telefonu əlindən alınıb və polis bölməsində saxlanılan müdafiə etdiyi şəxslə görüşünə icazə verilməyib. 

28 iyulda vəkil Əziz Qəmbərliyə Bərdə rayon Polis İdarəsində saxlanılan, müdafiə etdiyi şəxs Hüseynov Hüseyn Ələmşah oğlu ilə 4 gün görüşməsinə qanunsuz olaraq icazə verilməyib. Vəkil bununla bağlı Ombudsmana və digər aidiyyəti orqanlara müraciət etsə də, heç bir müsbət nəticəsi olmayıb”.  

Vəkillər Cavad Cavadov, Elçın Sadıqov, Bəxtiyar Hacıyev, Ramil Rüstəmova da kobudluq edildiyi, onların konstitusiyanın 61-ci və Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddələrindən doğan hüquqlarının icrasına imkan verilmədiyi bildirilib. 

Hesabatda təşkilatın Ədliyyə və Daxili İşlər Nazirliklərinin tabeliyində olan müəssisələrdə saxlanılan, cəza çəkən şəxslərə verilən işgəncə halları gizlədildiyi qeyd olunub. 

““İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” bundan sonra da resursları daxilində baş vermiş qanun pozuntularını cəmiyyətə çatdıracaq. Mərkəzin institusional dəstəyə etiyacı vardır”- deyə hesabatın sonunda qeyd olunub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Xankəndidə yaşayan iş adamı: "Evimi boşaltdılar, dedilər bir də bura ayaq basma"

9 Sentyabr 2026

Meydan TV

Qarabağda təmir-bərpa işləri görmüş və pulunu ala bilmədiyini deyən şirkət rəhbəri həbslə hədələndiyini iddia edir.  "Nihat 2024" MMC-nin rəhbəri Nəsimi Hətəmov ödənişlə bağlı problemini əvvəlcə sosial mediada, daha sonra "Meydan TV" vasitəsilə ictimailəşdirib. Onun sözlərinə görə, şirkət Xocalının Daşbulaq kəndində təmir işləri görüb, lakin aidiyyəti qurumlardan ödənişini ala bilməyib.  "28 nəfər işçinin məndən almalı olduğu pul var. Vergi orqanlarına 17-18 min manat borcum var. Borc yiyələri maşınımı da əlimdən alıblar. Evimdə gecələyə bilmirəm", - o, "Meydan TV"yə müsahibəsində deyib.  N.Hətəmov sentyabrın 9-da yayımlanan müsahibədə isə bildirib ki, Xankəndidə yaşadığı ev polis tərəfindən boşaldılıb.  "Həyat yoldaşımın başının üstündə 2-3 polis dayanıb,...
Sosial

Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var 

8 Sentyabr 2026

Toplum TV

Azərbaycanda müxtəlif vaxtlarda pensiyaya çıxmış, amma peşə fəaliyyətini davam etdirən mülki pilotlar Dövlət Sosial Müdafiə Fondunu (DSMF) məhkəməyə verib.  Bu barədə sentyabrın 7-də "Azadlıq Radiosu"nun verdiyi məlumata görə, şikayətə səbəb 2024-cü ilin yayında pilotların pensiyasının yenidən hesablanaraq azaldılması olub.  Ümumilikdə 76 pilot fonda qarşı iddia ilə çıxış edib. Onların arasında 2024-cü ilin dekabrında qəzaya uğrayan AZAL təyyarəsinin kapitanı olmuş, prezident tərəfindən Milli Qəhrəman adı verilmiş İqor Kşnyakin də olub.  Bakı İnzibati Məhkəməsi pilotların iddiasını təmin etsə də, DSMF apellyasiya şikayəti verib. Fond Kşnyakin istisna olmaqla, digər 75 pilot barədə aşağı instansiya məhkəməsinin qərarının ləğvini istəyib. Çünki həmin vaxta qədər artıq...

Seçilmiş Videolar

Toplum TV loqo