Sosial

Azərbaycanda yarım milyondan artıq uşaq məktəbəqər təhsildən kənarda qalır 

3 Avqust, 2022
2257

Açıq mənbələrdən götürülüb

Azərbaycanda uşaq bağçalarında yerlərin sayı məktəbəqədər yaşlı uşaqların sayından 4,5 dəfə azdır. 

Dövlət Statistika Komitəsinin saytında olan məlumata görə, əhalinin tərkibində 0-4 yaşlı uşaqların sayı 657 400 nəfər olub. 

Körpələri çıxsaq, hazırda bağça yaşında sayılan, 2017-2020-ci illlərdə doğulan uşaqların sayı isə 406 732 nəfərdir. 

2021-ci ilin məlumatına görə, məktəbəqədər təhsil müəssisələrində yerlərin sayı 146 744 ədəd olub. Bu müəssisələrə 126 509 nəfər uşaq cəlb edilib. 

https://toplum.tv/multimedia/tehsil-naziri-gender-balansi-haqqinda-biz-patriarxal-cemiyyetde-yasayiriq
 
Ümumilikdə, rəsmi statistikaya görə, 1-5 yaşlıların cəmi 32%-i məktəbəqədər təhsilə və məktəbə hazırlığa cəlb olunub. 

Təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqlərin birində "Təhsilin keyfiyyətinin artırılmasında məktəbəqədər təhsil müəssisələri (uşaq bağçaları) böyük rolu olduğunu söyləmişdi. Nazirin fikrincə, Azərbaycanda son illər bu sahədə ciddi uğurlar əldə olunub. Əhatəliliyin artırılması istiqamətində mühüm işlər görülüb. 
Rəsmi statistikadan belə çıxır ki, 530 891 bağça yaşında olan uşaq məktəbəqədər təhsildən kənarda qalır (657 400-126 509=530 891). 

Təhsil eksperti Qoşqar Məhərrəmli deyir ki, bu problemin yaxın perspektivdə müsbət mənada dəyişməsi gözlənilmir. O, mövcud durumu Azərbaycanda bağça ənənəsinin formalaşmaması ilə izah edir: 

“Sovet dövründə də məktəbəqədər təhsil prioritet hesab edilməyib. Müstəqillik illərindən sonra isə bu təhsil əsasən şəhər yerlərində populyarlaşdı. Ümumiyyətlə, məktəbəqədər təhsilin əahtəliliyi regionları, kəndləri əhatə edə bilməyib”.  

https://toplum.tv/multimedia/elmler-akademiyasini-sarsidan-qerar-alimlerin-bir-fikri-yoxdur

Bununla belə təhsil eksperti hesab edir ki, 2030-cu ilədək mövcud problem öz həllini tapa bilər: 

“Məktəbəqədər siniflər təşkil olunanda 5 yaşlılar bura cəlb edilirdi. Bu, müəyyən qədər onların məktəbəqədər təhsilə cəlb edilməsini artırdı. Prezidentin  Məktəbəqədər və Ümumi Təhsil Agentliyinin yaradılması ilə bağlı  verdiyi sərəncamda  hədəflərdən biri belə təhsil müəssisələrinin əhatəliliyinin 50% qaldırılmasıdır. Qarşıdakı 8 il üçün dövlətin strateji planı var. Bu o deməkdir ki, məktəbəqədər müəssisələrin sayının artması dövlət tərəfindən dəstəklənəcək. Çoxlu müəllimə, bəlkə yeni fakultələrin açılmasına ehtiyac olacaq. Özəl təşəbbüslər dövlət tərəfindən dəstəklənəcək"


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Xankəndidə yaşayan iş adamı: "Evimi boşaltdılar, dedilər bir də bura ayaq basma"

9 Sentyabr 2026

Meydan TV

Qarabağda təmir-bərpa işləri görmüş və pulunu ala bilmədiyini deyən şirkət rəhbəri həbslə hədələndiyini iddia edir.  "Nihat 2024" MMC-nin rəhbəri Nəsimi Hətəmov ödənişlə bağlı problemini əvvəlcə sosial mediada, daha sonra "Meydan TV" vasitəsilə ictimailəşdirib. Onun sözlərinə görə, şirkət Xocalının Daşbulaq kəndində təmir işləri görüb, lakin aidiyyəti qurumlardan ödənişini ala bilməyib.  "28 nəfər işçinin məndən almalı olduğu pul var. Vergi orqanlarına 17-18 min manat borcum var. Borc yiyələri maşınımı da əlimdən alıblar. Evimdə gecələyə bilmirəm", - o, "Meydan TV"yə müsahibəsində deyib.  N.Hətəmov sentyabrın 9-da yayımlanan müsahibədə isə bildirib ki, Xankəndidə yaşadığı ev polis tərəfindən boşaldılıb.  "Həyat yoldaşımın başının üstündə 2-3 polis dayanıb,...
Sosial

Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var 

8 Sentyabr 2026

Toplum TV

Azərbaycanda müxtəlif vaxtlarda pensiyaya çıxmış, amma peşə fəaliyyətini davam etdirən mülki pilotlar Dövlət Sosial Müdafiə Fondunu (DSMF) məhkəməyə verib.  Bu barədə sentyabrın 7-də "Azadlıq Radiosu"nun verdiyi məlumata görə, şikayətə səbəb 2024-cü ilin yayında pilotların pensiyasının yenidən hesablanaraq azaldılması olub.  Ümumilikdə 76 pilot fonda qarşı iddia ilə çıxış edib. Onların arasında 2024-cü ilin dekabrında qəzaya uğrayan AZAL təyyarəsinin kapitanı olmuş, prezident tərəfindən Milli Qəhrəman adı verilmiş İqor Kşnyakin də olub.  Bakı İnzibati Məhkəməsi pilotların iddiasını təmin etsə də, DSMF apellyasiya şikayəti verib. Fond Kşnyakin istisna olmaqla, digər 75 pilot barədə aşağı instansiya məhkəməsinin qərarının ləğvini istəyib. Çünki həmin vaxta qədər artıq...

Seçilmiş Videolar

Toplum TV loqo