Sosial

Məktəblərdə “TikTok” bloklanıb, sosial şəbəkələrə yaş məhdudiyyəti gəlir

8 İyun, 2026
367

Getty Images

Azərbaycandakı ümumtəhsil məktəblərində “TikTok” sosial şəbəkəsinə giriş bağlanıb. 

APA-nın xəbərinə görə, bu barədə elm və təhsil nazirinin müavini Firudin Qurbanov Milli Məclisin komitələrinin birgə iclasında çıxışı zamanı məlumat verib.

Nazir müavininin sözlərinə görə, məktəblərdə internetdən istifadə təhlükəsizlik qaydalarına uyğun şəkildə tənzimlənir. Hazırda terrorizm, zorakılıq və digər zərərli məzmunlarla əlaqəli 200-dən çox mövzu üzrə internet resurslarına giriş məhdudlaşdırılıb.

Firudin Qurbanov bildirib ki, görülən tədbirlərin əsas məqsədi uşaqların fiziki və psixoloji sağlamlığının qorunmasıdır. O qeyd edib ki, müxtəlif araşdırmalar sosial şəbəkələrdən həddindən artıq istifadənin uşaq və yeniyetmələrin psixi sağlamlığına mənfi təsir göstərə biləcəyini ortaya qoyur.

Milli Məclisin komitələri həmçinin yaş məhdudiyyəti tətbiq olunan sosial şəbəkələrin qaydalarını pozan şəxslər və platformalar üçün nəzərdə tutulan cərimələri müzakirə edib

Layihəyə əsasən, 16 yaşı tamam olmamış uşaqların sosial şəbəkələrdə fərdi hesab açması qadağan ediləcək. 16-18 yaş arası istifadəçilər üçün isə xüsusi nəzarət mexanizmləri və daha fərqli qeydiyyat qaydaları tətbiq olunacaq. Yeni tələblərin hansı platformalara şamil ediləcəyini müvafiq dövlət qurumu müəyyənləşdirəcək.

Qanun layihəsində yaş məhdudiyyəti qaydalarının pozulmasına görə, vəzifəli şəxslər 8-9 min manat, hüquqi şəxslər isə 35-40 min manat məbləğində cərimələnə bilər.

Prezident İlham Əliyev fevralın 27-də uşaqların rəqəmsal mühitdə zərərli təsirlərdən qorunması ilə bağlı sərəncam imzalayıb. Sərəncamla Nazirlər Kabinetinə sosial şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyətinin tətbiqi ilə bağlı normativ hüquqi aktların hazırlanması tapşırılıb.

Ssosial şəbəkələrə yaş məhdudiyyəti tətbiq edən ilk ölkə Avstraliya olub. Ötən il qəbul edilən qərarla 16 yaşdan kiçik şəxslərin sosial media platformalarından istifadəsi qadağan edilib. Böyük Britaniya da analoji qaydaların tətbiqi imkanlarını araşdırır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Bu il Azərbaycanda azı 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

5 Oktyabr 2026

Şəmkir İH

2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında deyilir. Məlumata görə, hərbi qulluqçulardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Hesabatda 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir. Bədbəxt hadisələr suda və dəm qazından boğulma, dağda sürüşmə, hündürlükdən yıxılma və paraşütün açılmaması ilə əlaqələndirilir. Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbçi ölüb. Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, digər 4-ü isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar...
Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...

Seçilmiş Videolar

Toplum TV loqo