Sosial

Buzovnalılar inkişafdan uzaq düşdüklərini deyirlər - İcra Hakimiyyəti təsdiqləyir 

18 Avqust, 2022
1883

Açıq mənbələrdən götürülüb

Xəzər Rayon İcra Hakimiyyəti Buzovnada yaşayan sakinlərin infrastrukturla bağlı şikayətlərinə cavab verib. 
 
Buzovna Mədən ərazisində yaşayan sakinlərin su xətləri, kanalizasiya sistemi yoxdur, yollar təmirsizdir - İcra Hakimiyyəti təsdiqləyib. 
 
Bir neçə gün əvvəl “Toplum TV” sözügedən ərazidən reportaj hazırlamışdı. 

https://toplum.tv/multimedia/ali-bas-komandanin-qonsulugunda-sakinler-baximsizliqdan-sikayetlenir
 
Sakinlər şikayətlənirdilər ki, çoxdandır, özləri öz başlarının çarəsinə baxırlar.  

Yolları özləri düzəldirlər, su xətlərini də özləri çəkirlər.   
 
Amma iş bununla bitmir, çünki bu küçənin dərdi saymaqla qurtarmır:   
 
"Zibil qabları yoxdur, ictimai nəqliyyat işləmir. Evlərin ünvanları yoxdur deyə, təcili yardım çağırmaqda çətinlik çəkirik. Bütün marketlər, poliklinika yolun o biri tərəfindədir. Bir marşrutumuz olsun ki, gedək xəstəxanaya çata bilək,  uşaqlar məktəbə getsin deyə avtobus tutur hamı". 
 
İcra Hakimiyyəti sadalanan problemlərə tək-tək aydınlıq gətirib. 
 
Bildirilib ki, sözügedən ünvanda içməli su şəbəkəsi mövcud deyil. Su xətləri vətəndaşlar tərəfindən fərdi qaydada kustar üsulla çəkilib. 
 
Bununla bağlı qurumun “Azərsu” ASC-yə ünvanladığı məktuba cavab verilib ki, su və kanalizasiya məsələləri mərhələli şəkildə həll olunacaq. Ancaq nə vaxt, bəlli deyil. 
 
İcra Hakimiyyəti yol problemi ilə bağlı isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə də müraciət edib. 
  
Quruma bildirilib ki, sözügedən ərazi regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində təmir ediləcək avtomobil yolları və küçələrin siyahısına daxil edilib. 
 
Küçə və evlərin ünvanlarının qeyri-dəqiq olması ilə bağlı şikayətlərə isə Xəzər İH belə cavab verib: 
 
“Neftçilər küçəsi və ətraf ərazilərdə yerləşən 117-120-ci Buzovna küçələrinin koordinatları və coğrafi yerləşməsi, həmçinin  ümumilikdə “www.unvanportali.az” internet səhifəsi ilə bağlı  məlumatların əldə edilməsi ilə əlaqədar sakinlərin məlumatlandırılması və maarifləndirilməsi məqsədilə Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə müvafiq tapşırıq verilib”. 

https://toplum.tv/multimedia/kecilmez-buzovna-yollari
 
Həmçinin qurum bildirib ki, sözügedən ünvanda əlavə zibil konteynerlərinin yerləşdirilməsi  nəzarətdə saxlanılacaq. 
 
2006-2007 və 2011-2013-cü illərdə Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları qəbul olunub. Həmin proqramlara əsasən, qəsəbələrdə kommunal və sosial xidmətlərin həcmi və keyfiyyəti daha da yaxşılaşdırılmalı idi. O vaxt Prezident də vəd vermişdi ki, 2013-cü ilə qədər qəsəbələrin sosial problemləri aradan qalxacaq.   
 
Amma sakinlərin çoxu deyir ki, illərdir, burada yaşasalar da, inkişafdan əsər-əlamət görmürlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Xankəndidə yaşayan iş adamı: "Evimi boşaltdılar, dedilər bir də bura ayaq basma"

9 Sentyabr 2026

Meydan TV

Qarabağda təmir-bərpa işləri görmüş və pulunu ala bilmədiyini deyən şirkət rəhbəri həbslə hədələndiyini iddia edir.  "Nihat 2024" MMC-nin rəhbəri Nəsimi Hətəmov ödənişlə bağlı problemini əvvəlcə sosial mediada, daha sonra "Meydan TV" vasitəsilə ictimailəşdirib. Onun sözlərinə görə, şirkət Xocalının Daşbulaq kəndində təmir işləri görüb, lakin aidiyyəti qurumlardan ödənişini ala bilməyib.  "28 nəfər işçinin məndən almalı olduğu pul var. Vergi orqanlarına 17-18 min manat borcum var. Borc yiyələri maşınımı da əlimdən alıblar. Evimdə gecələyə bilmirəm", - o, "Meydan TV"yə müsahibəsində deyib.  N.Hətəmov sentyabrın 9-da yayımlanan müsahibədə isə bildirib ki, Xankəndidə yaşadığı ev polis tərəfindən boşaldılıb.  "Həyat yoldaşımın başının üstündə 2-3 polis dayanıb,...
Sosial

Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var 

8 Sentyabr 2026

Toplum TV

Azərbaycanda müxtəlif vaxtlarda pensiyaya çıxmış, amma peşə fəaliyyətini davam etdirən mülki pilotlar Dövlət Sosial Müdafiə Fondunu (DSMF) məhkəməyə verib.  Bu barədə sentyabrın 7-də "Azadlıq Radiosu"nun verdiyi məlumata görə, şikayətə səbəb 2024-cü ilin yayında pilotların pensiyasının yenidən hesablanaraq azaldılması olub.  Ümumilikdə 76 pilot fonda qarşı iddia ilə çıxış edib. Onların arasında 2024-cü ilin dekabrında qəzaya uğrayan AZAL təyyarəsinin kapitanı olmuş, prezident tərəfindən Milli Qəhrəman adı verilmiş İqor Kşnyakin də olub.  Bakı İnzibati Məhkəməsi pilotların iddiasını təmin etsə də, DSMF apellyasiya şikayəti verib. Fond Kşnyakin istisna olmaqla, digər 75 pilot barədə aşağı instansiya məhkəməsinin qərarının ləğvini istəyib. Çünki həmin vaxta qədər artıq...

Seçilmiş Videolar

Toplum TV loqo