Sosial

Ekspert: “Torpaqların təyinatını dəyişmək yox, yenidən dövriyyəyə qaytarmaq lazımdır”

10 Mart, 2021
3214

Açıq mənbələrdən götürülüb

“Digər regionlara nisbətən Abşeron rayonunda kənd təsərrüfatına yararlı torpaqlar daha çox zəbt olunub. Əvvəllər kolxoz və sovxozların mülkiyyətində olan əksər torpaqlar vətəndaşlara paylanmaq əvəzinə, ya məmurlar tərəfindən mənimsənilib, ya da imkanlı şəxslər tərəfindən rüşvət verilərək əldə edilib”.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli "Toplum TV”-yə belə deyib.

Abşeron və Qobustanın üzərində evlər tikilmiş kənd təsərrüfatı təyinatlı torpaqlarının kateqoriyası dəyişdiriləcək. Bu barədə Nazirlər Kabinetinin 2020-ci illə bağlı hesabatında qeyd edilir. 

Qeyd olunur ki, “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”na uyğun olaraq torpaq mülkiyyətçiləri hökumət qarşısında vəsatət qaldırmalıdırlar. 

Hesabatda həmçinin göstərilir ki, Abşeronda tikinti altında 8125 hektar və Qobustanda isə 78 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var. Bu ərazilərin kateqoriyasının dəyişdirilməsi məqsədilə Nazirlər Kabineti Abşeron və Qobustan icra hakimiyyətlərinə məktub göndərib. 

Qurumun açıqlamasına görə, Abşeron rayonunda kənd təsərrüfatı təyinatlı torpaqlar üzərində 20 minə yaxın fərdi yaşayış evi, 6 minə yaxın müxtəlif təyinatlı qeyri-yaşayış tikilisi olması barədə məlumat toplanıb, xəritə materialları tərtib edilib, arayışlar və məlumatlar hazırlanıb. 

Sənəddə bildirilir ki, Qobustan rayonunda üzərində 300-dən artıq yaşayış evi inşa edilmiş kənd təsərrüfatı  torpaqlarının təyinatının dəyişdirilməsi ilə bağlı müvafiq sənədlər hazırlanır.

Vahid Məhərrəmli - Sosial Media

İqtisadçı-ekspert Vahid Məhərrəmli sözügedən ərazilərdəki torpaqların əksəriyyətinin qanunsuz şəkildə ələ keçirildiyini deyir: “Əvvəllər kolxoz və sovxozların mülkiyyətində olan sahələrin böyük əksəriyyəti vətəndaşlara paylanmaq əvəzinə, 1995-ci ildən etibarən ya məmurlar tərəfindən mənimsənilib, ya da rüşvət vasitəsilə imkanlı şəxslər tərəfindən əldə edilib. Abşeron rayonu ərazisindəki torpaqlar uzun müddət istehsal alətinə yox, alver predmetinə çevrildi. Çünki orda böyük ərazilər əldə edən şəxslərin bəziləri həmin torpaqları bölüb satmaqla məşğul oldular. Torpaqlardan əkin-bikin üçün yox, xidmət, sənaye, ticarət və sairə kimi sahələrdə istifadə olundu. Eyni zamanda, bağ təsərrüfatı adı altında böyük villalar və binalar tikildi”. 

Ekspert bildirir ki, o torpaqlar təyinatı üzrə dövriyyəyə qaytarılmalıdır: “Zamanında hökumət bu məsələyə ciddi yanaşmayıb, indi isə fakt qarşısında qalıb. Bildiyiniz kimi, bütün evlərin qeydiyyata alınması tələbi qoyulub. Bu durumda müəyyən etmək lazımdır ki, həmin ərazilərdəki torpaq sahiblərinə əldə etdikləri ərazilərin nə qədəri lazımdır? Orda ancaq əkin üçün istifadə edilməli olan gərəkən torpaqlar var. Azərbaycan ərzaq məhsullarına təlabatını ödəyə bilmir, idxaldan asılı vəziyyətdədir. Üstəlik, əhalinin artım tempi də digər ölkələrlə müqayisədə bizdə daha yüksəkdir. Ona görə də həmin torpaqların təyinatını dəyişib, sənədləşdirib onları qəsb edənlərə vermək əvəzinə, yenidən dövriyyəyə qaytarmaq lazımdır”.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

“Naxçıvan TV” əməkdaşları: “Bu qədər laqeyd münasibət görməmişik, etiraz aksiyasına hazırlaşırıq”

17 İyun 2026

Azərtac

Naxçıvan Dövlət Televiziyasının bir qrup əməkdaşı maaşların azaldılması, əmək hüquqlarının pozulması və idarədəki vəziyyətlə bağlı narazılıqlarını ifadə edərək, Naxçıvan Ali Məclisinin qarşısında etiraz aksiyası keçirməyi planlaşdırdıqlarını bildiriblər. Əməkdaşlar bununla bağlı “Gündəlik Naxçıvan” vasitəsilə ictimaiyyətə müraciət ünvanlayıblar. Müraciətdə qeyd olunur ki, işçilər əmək haqqları aşağıdır və bu, müntəzəm narazılığa səbəb olur. “Naxçıvan Televiziyasının tarixində bəlkə də heç bir dövrdə əməkdaşlara qarşı bu qədər laqeyd münasibət müşahidə olunmayıb. Hazırda bir çox əməkdaş 450-500 manat əməkhaqqı ilə fəaliyyət göstərir. Onsuz da ağır olan sosial vəziyyət fonunda əməkdaşların qanuni hüquqlarının məhdudlaşdırılması kollektivdə narazılığı daha da artırır”, - müraciətdə bildirilir. Əməkdaşlar əsas problemlərdən biri kimi...
Sosial

Azərbaycan məhbus sayında Avropanın ikincisidir: alternativ cəzalar niyə işləmir?

15 İyun 2026

Açıq mənbə

Azərbaycan hər yüz min nəfərə düşən məhbus sayına görə Avropa ölkələri sırasında ikincidir.  Bu, Avropa Şurasının 2025-ci il üzrə “Avropada həbsxanalar və məhbuslar” adlı illik hesabatında öz əksini tapıb.  Hesabatda bildirilir ki, Azərbaycanda hər 100 min nəfərə 271 məhbus düşür. Bu göstərici ilə Azərbaycan yalnız hər yüz min nəfərə 458 məhbusun düşdüyü Türkiyədən geri qalır. Azərbaycan həbsxanalarında hər 100 yerə isə 98 məhbus düşür. Azərbaycan bu göstərici ilə Avropa ölkələri sırasında 17-ci yerdədir. Vəkil Fariz Namazlı “Toplum TV” - yə deyir ki, bunun birinci səbəbi həbs cəzasına üstünlük verən cəza siyasətidir. “2025-ci ilin əvvəlində Azərbaycanda 27,673 məhbus olub. Bu, hər...

Seçilmiş Videolar

Toplum TV loqo