Sosial

Elçin Sadıqovun iddiası təmin edilmədi – “Vəkillik fəaliyyətimi səmərəli həyata keçirə bilmirəm”

27 Oktyabr, 2022
2028

Sosial Media

Əgər istintaq orqanı razılıq verməsə, mən regionlarda insan haqlarını müdafiə edə bilməyəcəyəm.

Bu sözləri vəkil Elçin Sadıqov Toplum Tv-yə verdiyi açıqlamasında deyib.

Binəqədi Rayon Məhkəməsi vəkil Elçin Sadıqovun barəsində həbs-qətimkan tədbiri – ev dustaqlığı şərtlərinin dəyişdirilməsinə dair müraciəti təmin etməyib.  

Vəkil öz öhdəliklərini təkcə Bakı ərazisində deyil, Azərbaycan Respublikasının bütün ərazisində yerinə yetirilməsinə icazə verilməsi ilə bağlı müraciət edib.

https://toplum.tv/mehkeme/mehkeme-ramin-haciliya-hokm-oxudu

“Vəkil bütün Azərbaycan Respublikasının bütün ərazisində səlahiyyətlidir. Ev dustaqlığı qərarı isə mənim vəkillik fəaliyyətini həyata keçirməyimə bir nömrəli maneədir. Buna görə də regionlarda insanların hüquqlarını müdafiə edə bilmirəm. Halbuki mənə qarşı saxta cinayət işi qaldırılmazdan əvvəl də regionlarda insanların hüquqlarını müdafiə etməklə məşğul idim”, - deyə vəkil bildirib.

E.Sadıqov düşünür ki, məhkəmə ona qarşı ayrı-seçkilik edib.

“Heç bir əsas gətirilmədən şikayətim təmin edilmədi. Qeyd etdilər ki, yalnız istintaq orqanının razılığı ilə bölgələrə getmək olar. Belə çıxır ki, hər işlə bağlı prokurorluğa məruzə etməliyəm. Bu isə vəkillik fəaliyyətinin müstəqil olmasını sual altına qoyur. Ev dustaqlığı qərarından bəri bir neçə işlə bağlı istintaq orqanının razılığı ilə regionlara getmişəm. Ancaq orada işlərlə tanış olmağa vaxtım olmayıb. Çünki axşam 11-in yarısı mütləq Bakıda, Yasamalda yerləşən mənzilimdə olmalıyam. Buna görə də vəkillik fəaliyyətimi keyfiyyətli və səmərəli həyata keçirə bilmirəm. İşlə tanış olmağa, hadisə yerinə baxış keçirməyə, insanlarla söhbət etməyə vaxtım olmur”.

Sadıqov məhkəmənin qərarından apellyasiya şikayəti verdiyini söyləyib..

Bu ilin sentyabrın 10-da Elçin Sadıqov və jurnalist Əvəz Zeynallı rüşvət almaqda şübhəli bilinərək saxlanılıblar. Sentyabrın 11-nə keçən gecə məhkəmə hər ikisinin barəsində həbs-qətimkan tədbiri seçib.

Bakı Apellyasiya Məhkəməsi sentyabrın 17-də E.Sadıqovu ev dustaqlığına buraxıb.

Ev dustaqlığının şərtlərinə görə təqsirləndirilən şəxs saat 23.00-dan 06.00-a kimi evdən çıxmamalıdır. Qalan vaxtda müttəhim Bakı ərazisində sərbəstdir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Xankəndidə yaşayan iş adamı: "Evimi boşaltdılar, dedilər bir də bura ayaq basma"

9 Sentyabr 2026

Meydan TV

Qarabağda təmir-bərpa işləri görmüş və pulunu ala bilmədiyini deyən şirkət rəhbəri həbslə hədələndiyini iddia edir.  "Nihat 2024" MMC-nin rəhbəri Nəsimi Hətəmov ödənişlə bağlı problemini əvvəlcə sosial mediada, daha sonra "Meydan TV" vasitəsilə ictimailəşdirib. Onun sözlərinə görə, şirkət Xocalının Daşbulaq kəndində təmir işləri görüb, lakin aidiyyəti qurumlardan ödənişini ala bilməyib.  "28 nəfər işçinin məndən almalı olduğu pul var. Vergi orqanlarına 17-18 min manat borcum var. Borc yiyələri maşınımı da əlimdən alıblar. Evimdə gecələyə bilmirəm", - o, "Meydan TV"yə müsahibəsində deyib.  N.Hətəmov sentyabrın 9-da yayımlanan müsahibədə isə bildirib ki, Xankəndidə yaşadığı ev polis tərəfindən boşaldılıb.  "Həyat yoldaşımın başının üstündə 2-3 polis dayanıb,...
Sosial

Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var 

8 Sentyabr 2026

Toplum TV

Azərbaycanda müxtəlif vaxtlarda pensiyaya çıxmış, amma peşə fəaliyyətini davam etdirən mülki pilotlar Dövlət Sosial Müdafiə Fondunu (DSMF) məhkəməyə verib.  Bu barədə sentyabrın 7-də "Azadlıq Radiosu"nun verdiyi məlumata görə, şikayətə səbəb 2024-cü ilin yayında pilotların pensiyasının yenidən hesablanaraq azaldılması olub.  Ümumilikdə 76 pilot fonda qarşı iddia ilə çıxış edib. Onların arasında 2024-cü ilin dekabrında qəzaya uğrayan AZAL təyyarəsinin kapitanı olmuş, prezident tərəfindən Milli Qəhrəman adı verilmiş İqor Kşnyakin də olub.  Bakı İnzibati Məhkəməsi pilotların iddiasını təmin etsə də, DSMF apellyasiya şikayəti verib. Fond Kşnyakin istisna olmaqla, digər 75 pilot barədə aşağı instansiya məhkəməsinin qərarının ləğvini istəyib. Çünki həmin vaxta qədər artıq...

Seçilmiş Videolar

Toplum TV loqo