Sosial

Keçmiş mühacirə 7 il 6 ay həbs cəzası istənildi

22 İyun, 2022
2260

Sosial Media

İyunun 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı çıxış edərək keçmiş mühacir, AXCP üzvü Pünhan Kərimliyə 7 il 6 ay həbs cəzası istəyib. Prokuror bunu məhkəmə dövründə ittihamların sübuta yetirilməsiylə əsaslandırıb.

Ancaq vəkil Cavad Cavadov öz çıxışında əksini deyib. O bildirib ki, Pünhan Kərimliyə qarşı irəli sürülmüş narkotik ittihamı n ibtidai istintaq, nə də məhkəmə dövründə sübuta yetirilib. Vəkil deyib ki, Pünhan Kərimli siyasi baxışlarına görə şərlənib və o, müvəkkilinə bəraət tələb edib.

Məhkəmə iclasına 1 aydan sonra - iyulun 27-də yekun vurulacaq. Həmin gün Pünhan Kərimli son söz hüququndan istifadə edəcək və hakim hökmü elan edəcək.

Ötən ilin noyabrında Almaniyadan readmissiya üzrə qayıdan 33 yaşlı  Pünhan Kərimli yanvarın 25-də saxlanılıb. Onun barəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. İttihama görə, Pünhan Kərimlidən 7,5 qram heroin və 2,5 qram metamfetamin tapılıb. Fəal narkotik maddələrin onun üzərinə qoyulduğunu bildirib.

Pünhan Kərimli həm ibtidai istintaq zamanı, həm də məhkəmədə deyib ki, onu siyasi motivlərlə, Azərbaycanda insan hüquqlarının pozulmasına etiraz olaraq Almaniyada keçirilən aksiyalarda iştirakına görə həbs ediblər.

Qeyd edək ki, 2021-ci ilin noyabrında Almaniyadan göndərilmiş daha bir fəal Cəfər Mirzəyev yanvarın 27-də narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə saxlanılıb.

Bundan əlavə, Almaniyadan qayıdan daha iki fəal - Mütəllim Orucov və Malik Rzayev ötən ilin payızında həbs edilib.

Leyli Cəfərova


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Xankəndidə yaşayan iş adamı: "Evimi boşaltdılar, dedilər bir də bura ayaq basma"

9 Sentyabr 2026

Meydan TV

Qarabağda təmir-bərpa işləri görmüş və pulunu ala bilmədiyini deyən şirkət rəhbəri həbslə hədələndiyini iddia edir.  "Nihat 2024" MMC-nin rəhbəri Nəsimi Hətəmov ödənişlə bağlı problemini əvvəlcə sosial mediada, daha sonra "Meydan TV" vasitəsilə ictimailəşdirib. Onun sözlərinə görə, şirkət Xocalının Daşbulaq kəndində təmir işləri görüb, lakin aidiyyəti qurumlardan ödənişini ala bilməyib.  "28 nəfər işçinin məndən almalı olduğu pul var. Vergi orqanlarına 17-18 min manat borcum var. Borc yiyələri maşınımı da əlimdən alıblar. Evimdə gecələyə bilmirəm", - o, "Meydan TV"yə müsahibəsində deyib.  N.Hətəmov sentyabrın 9-da yayımlanan müsahibədə isə bildirib ki, Xankəndidə yaşadığı ev polis tərəfindən boşaldılıb.  "Həyat yoldaşımın başının üstündə 2-3 polis dayanıb,...
Sosial

Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var 

8 Sentyabr 2026

Toplum TV

Azərbaycanda müxtəlif vaxtlarda pensiyaya çıxmış, amma peşə fəaliyyətini davam etdirən mülki pilotlar Dövlət Sosial Müdafiə Fondunu (DSMF) məhkəməyə verib.  Bu barədə sentyabrın 7-də "Azadlıq Radiosu"nun verdiyi məlumata görə, şikayətə səbəb 2024-cü ilin yayında pilotların pensiyasının yenidən hesablanaraq azaldılması olub.  Ümumilikdə 76 pilot fonda qarşı iddia ilə çıxış edib. Onların arasında 2024-cü ilin dekabrında qəzaya uğrayan AZAL təyyarəsinin kapitanı olmuş, prezident tərəfindən Milli Qəhrəman adı verilmiş İqor Kşnyakin də olub.  Bakı İnzibati Məhkəməsi pilotların iddiasını təmin etsə də, DSMF apellyasiya şikayəti verib. Fond Kşnyakin istisna olmaqla, digər 75 pilot barədə aşağı instansiya məhkəməsinin qərarının ləğvini istəyib. Çünki həmin vaxta qədər artıq...

Seçilmiş Videolar

Toplum TV loqo