Sosial

Naxçıvanda məcburi iməcilik tələbi - Kimsə otbiçən yoxdur deməsin

20 İyun, 2022
2513

Açıq mənbələrdən götürülüb

Naxçıvanın Şərur rayonunda müəllimlərin və məktəb işçilərinin həftəsonları iməciliyə aparılması ilə bağlı səs yazısı yayılıb.

“Toplum TV” iddiları araşdırmaq üçün Şərurdakı bəzi məktəblərlə əlaqə saxlayıb.

Şərur rayon Dizə məktəbindən bildirilib ki, hər şənbə müəllimlər məktəbdə iməcilik keçirir, kənar yerləri təmizləməyə isə məktəbin fəhləsi göndərilir. 

“Otbiçən istəniləndə, tanışdan tapıb aparılır. Qayçı istəniləndə, qayçı tapırıq. Nə vaxt, nə lazım olur tapırıq. Keçən şənbə bizdən bir dənə dırmıq istəmişdilər. Bir nəfər dırmıqlamağa getmişdi bizdən”,- Dərvişlər kənd məktəbinin nümayəndəsi belə deyib.

Təhsil işçilərinin Naxçıvanda məcburi iməciliyə aparılması ilə bağlı bir müddət əvvəl jurnalist Heydər Oğuz “Feysbuk” hesabında səs yazısı paylaşmışdı.

https://toplum.tv/sosial/naxcivanda-coxlu-bagban-ve-supurgeci-stati-olsa-da-bizi-isledib-pul-silirler

Səs yazısında Şərurdakı məktəblərə iməcilik haqqında tapşırıqlar verilir, direktorlardan dırmıq, otbiçən, vedrə, qayçı gətirmələri tələb olunurdu: “Direktorlar, şənbə günü ilə əlaqədar tapşırıqlarımızı almışıq, indi onları sizə çatdırırıq, bir az diqqətli olun...

Şənbə iməciliyində deputat Musanın “zapravka”sının qarşısında, mal bazarı deyilən yerdə bağa çoxlu otbiçən tələb edirlər. Biz də otbiçənləri bölmüşük, ona görə də kimsə bununla bağlı bizdən icazə istəməsin, deməsin ki, otbiçənim xarabdır, işləmir. Hansı məktəblərin adına otbiçən yazılıbsa, həmin məktəblərin işçilərini otbiçənlə görəcəyəm”.

Səs yazısının Şərur rayon təhsil şöbəsinin əməkdaşı Turala (soyadını dəqiqləşdirmək mümkün olmayıb) aid olduğu iddia edilir.

Hələlik təhsil şöbəsi deyilənləri təkzib etməyib.

“Toplum TV” Naxçıvan Təhsil Nazirliyindən məsələyə münasibət ala bilməyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

“Naxçıvan TV” əməkdaşları: “Bu qədər laqeyd münasibət görməmişik, etiraz aksiyasına hazırlaşırıq”

17 İyun 2026

Azərtac

Naxçıvan Dövlət Televiziyasının bir qrup əməkdaşı maaşların azaldılması, əmək hüquqlarının pozulması və idarədəki vəziyyətlə bağlı narazılıqlarını ifadə edərək, Naxçıvan Ali Məclisinin qarşısında etiraz aksiyası keçirməyi planlaşdırdıqlarını bildiriblər. Əməkdaşlar bununla bağlı “Gündəlik Naxçıvan” vasitəsilə ictimaiyyətə müraciət ünvanlayıblar. Müraciətdə qeyd olunur ki, işçilər əmək haqqları aşağıdır və bu, müntəzəm narazılığa səbəb olur. “Naxçıvan Televiziyasının tarixində bəlkə də heç bir dövrdə əməkdaşlara qarşı bu qədər laqeyd münasibət müşahidə olunmayıb. Hazırda bir çox əməkdaş 450-500 manat əməkhaqqı ilə fəaliyyət göstərir. Onsuz da ağır olan sosial vəziyyət fonunda əməkdaşların qanuni hüquqlarının məhdudlaşdırılması kollektivdə narazılığı daha da artırır”, - müraciətdə bildirilir. Əməkdaşlar əsas problemlərdən biri kimi...
Sosial

Azərbaycan məhbus sayında Avropanın ikincisidir: alternativ cəzalar niyə işləmir?

15 İyun 2026

Açıq mənbə

Azərbaycan hər yüz min nəfərə düşən məhbus sayına görə Avropa ölkələri sırasında ikincidir.  Bu, Avropa Şurasının 2025-ci il üzrə “Avropada həbsxanalar və məhbuslar” adlı illik hesabatında öz əksini tapıb.  Hesabatda bildirilir ki, Azərbaycanda hər 100 min nəfərə 271 məhbus düşür. Bu göstərici ilə Azərbaycan yalnız hər yüz min nəfərə 458 məhbusun düşdüyü Türkiyədən geri qalır. Azərbaycan həbsxanalarında hər 100 yerə isə 98 məhbus düşür. Azərbaycan bu göstərici ilə Avropa ölkələri sırasında 17-ci yerdədir. Vəkil Fariz Namazlı “Toplum TV” - yə deyir ki, bunun birinci səbəbi həbs cəzasına üstünlük verən cəza siyasətidir. “2025-ci ilin əvvəlində Azərbaycanda 27,673 məhbus olub. Bu, hər...

Seçilmiş Videolar

Toplum TV loqo