Siyasət

Nazirlər Kabineti: Azərbaycan-İran sərhədində yük maşınlarının keçidi bərpa olunub

9 mart, 2026
151

Foto: açıq mənbə

Azərbaycanın Nazirlər Kabinetinin məlumatına görə, Azərbaycan-İran sərhədində yük maşınlarının giriş-çıxışı martın 9-u saat 10:00-dan etibarən bərpa olunub. 

Sərhəddə yük maşınlarının keçidi martın 5-də Naxçıvana dron hücumundan sonra müvəqqəti dayandırılmışdı. 

Sözügedən hücuma görə Azərbaycan İranı günahlandırsa da, İran tərəfi məsuliyyəti öz üzərinə götürməyib. 

Martın 8-də İran prezidenti Məsud Pezeşkian Azərbaycan prezidenti İlham Əliyevə zəngində məsələnin araşdırılacağına söz verib. 

Sərhədin bağlanması səbəbi ilə yüzlərlə yük maşını sürücüsü sərhəddə qalmışdı. Sosial şəbəkələrdə yayılan videolarda onlar pullarının bitdiyini deyirdi və keçidin bərpa olunmasını tələb edirdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Fərid İsmayılov və Ramil Babayev: “Təcridxanada feldşerlər tibbi spirti məhbuslara içki qismində 10 manata satır”

6 noyabr 2026

Toplum TV

Fərid İsmayılov və Ramil Babayev: “Təcridxanada feldşerlər tibbi spirti məhbuslara içki qismində 10 manata satır” “Toplum TV işi” üzrə həbs olunanlardan Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Ramil Babayev və “Toplum TV”nin jurnalisti Fərid İsmayılov penitensiar müəssisələrdə məhbusların tibbi təminatı ilə bağlı problemlərindən yazıblar. Onlar Ədliyyə Nazirliyi və Penitensiar Xidmətə ünvanladıqları müraciətdə dərman çatışmazlığı, tibbi xidmətlər üçün ödəniş tələb edilməsi, Müalicə Müəssisəsindəki antisanitar şərait və işgəncə izlərinin sənədləşdirilməsi ilə bağlı suallar veriblər. “Toplum TV” müraciəti olduğu kimi təqdim edir. “Penitensiar müəssisələrdə konkret xəstəliklərlə bağlı dərmanlar ümumiyyətlə yoxdur, ilkin yardım dərmanları isə nadir hallarda tapılır. Bu problemin səbəbi nədir, haradadır, kimdir? Bakı İstintaq...
Siyasət

Cəmil Həsənli bacısı oğlunun döyüldüyünü deyir: “Əli Kərimlinin və mənim əleyhimə danışmağa məcbur ediblər”

6 noyabr 2026

Foto:Turan

Milli Şuranın sədri, tarixçi Cəmil Həsənli bacısı oğlu Aqil Əliyevin Biləsuvar Rayon Polis Şöbəsində saxlanıldığını və döyüldüyünü iddia edib. Siyasətçi bu barədə noyabrın 6-da sosial media hesabında məlumat yayıb. Cəmil Həsənlinin sözlərinə görə, bacısı oğlundan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimliyə qarşı çıxış etməsi istənilib. “Görünür, bunlar Əli bəyin məhkəməsi dövründə ona qarşı ‘ümummilli’ kampaniya hazırlayırlar. Dünən Biləsuvarda bir dəstə polis əməkdaşı idman zalına gəlib mənim bacım oğlu Aqil Əliyevi polis şöbəsinə aparıb. Orada ona deyiblər ki, çıx televiziyada Əli Kərimlinin və dayın Cəmil Həsənlinin əleyhinə çıxış elə. De ki, Əli Kərimli və Cəmil Həsənli xalqı...

Seçilmiş Videolar

Toplum TV loqo