Foto: açıq mənbə
İranın Ermənistandakı səfiri Xəlil Şirğolami deyib ki, ölkəsi Azərbaycana zərbə endirmək istəsəydi, hədəfdən yayınmazdı.
O, bunu martın 10-da erməni jurnalistlərə müsahibəsində bildirib.
“Bizim Azərbaycana dronla zərbə endirmək istəməyimiz üçün heç bir səbəb yoxdur. Əgər belə bir qərar verilsəydi, biz ABŞ-nin bəzi bazalarını və İsraili vurduğumuz kimi hədəfi dəqiq vurardıq", - o qeyd edib.
Səfir Azərbaycanın insidentə reaksiyasının adekvat olmadığını əlavə edib.
"Bu hadisə şübhəli idi və Azərbaycanın reaksiyası qeyri-mütənasib oldu. Onların reaksiyaları hərbi komandanlığımızın Azərbaycanı xəbərdar etməsinə səbəb oldu ki, bu cür proseslərə başlamaq əvəzinə, öz ərazilərindən İsrail rejiminin İrana hücum etməsinə imkan verməmək üçün diqqətli olsunlar. Çünki belə bir hücum baş verərsə, biz tərəddüd etmədən cavab verəcəyik. Onların qaldırdığı hay-küy tamamilə əsassız idi. Onlar özləri də bu reaksiyaların uyğun olmadığını gördülər və bunu müəyyən dərəcədə düzəldirlər", - Şirğolami deyib.
Martın 5-də Naxçıvana edilən dron hücumuna görə Azərbaycan prezidenti İlham Əliyev İranı günahlandırmış və cavab tədbirlərinin görüləcəyini demişdi.
Martın 8-də isə İran prezidenti Məsud Pezeşkian Əliyevə zəng edərək hadisənin İranla əlaqəsi olmadığını, lakin araşdırılacağını deyib.
Bunun ardınca Azərbaycan İrana 30 tona yaxın humanitar yardım göndərib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Fərid İsmayılov və Ramil Babayev: “Təcridxanada feldşerlər tibbi spirti məhbuslara içki qismində 10 manata satır”
Toplum TV
Cəmil Həsənli bacısı oğlunun döyüldüyünü deyir: “Əli Kərimlinin və mənim əleyhimə danışmağa məcbur ediblər”
Foto:Turan
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
ABŞ məhkəməsi Trampın BBC-yə qarşı qaldırdığı iş üzrə dindirilməsinə qərar verib
Dövlət Vergi Xidməti “Meydan TV işi” üzrə həbsdə olan şəxslərdən 79 min manat tələb edir