Sosial

Alatavada icazəsiz sökülən evlərlə bağlı 2 nəfər saxlanılıb

27 Mart, 2025
386

sosial media

Bakının Yasamal rayonu Alatava qəsəbəsində  “Melissa Park” tikinti şirkəti içində sakinlər olan evlərin bir hissəsini icazəsiz söküb. 

Hadisə ilə əlaqədar cinayət işi açılıb, söküntünü aparan iş icraçısı və ekskavator sürücüsü saxlanılıb. 

Hadisənin videoları sosial şəbəkələrdə sakinlər tərəfindən yayılıb. Əzizə Kərimli adlı bir sakinin paylaşdığı, evin içindən çəkilən videoda ekskavatorun pəncərə olan divarı dağıtdığı görünür. Digər videoda yaşlı sakin Fövqəladə Hallar Nazirliyi xilasedicilərinin köməyi ilə təxliyə olunur. 

Başqa bir sakin Aytac Hacıyevanın “Facebook” hesabında bildirdiyinə görə, tikinti şirkəti artıq iki ildir sakinləri evlərindən çıxarmaq üçün hədələyir. “İndiyə qədər hər şeyi qanun çərçivəsində, aidiyyatı qurumlara şikayət edərək həll etməyə çalışmışıq. Hal hazırda məhkəmə qərarı ola-ola, bütün dəlillər, sənədlər lehimizə ola-ola bizim evimizi belə alçaqca dağıtdılar!”, o qeyd edib. 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi APA-ya bildirib ki, əraziyə baxış keçirilib və tikintinin “müvafiq icazə olmadan aparıldığını” müəyyən edilib, buna görə də işlərin dayandırılması əmr olunub. 

“Qanunsuz işlər zamanı vətəndaşların mülklərinə dəymiş ziyanla bağlı müvafiq araşdırma aparılması üçün materiallar Baş İdarə tərəfindən hüquq-mühafizə orqanlarına təqdim ediləcək", açıqlamada deyilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Sosial

Azərbaycanda uşaqların sayı azalır 

10 İyun 2025

Foto: açıq mənbə

Azərbaycanda uşaqların sayının azaldığı bildirilir.  Bu barədə məlumat Bakı Araşdırmalar İnstitutunun (BAİ) Dövlət Statistika Komitəsinə istinadən hazırladığı infoqrafikada öz əksini tapıb.  İnfoqrafikaya əsasən, 1990-cı ildə Azərbaycanda 17 yaşa qədər uşaqlar ölkə əhalisinin 38,5 %-ni təşkil edirdisə, 2023-cü ildə bu göstərici təxminən 26 %-ə düşüb.  1990-cı ildə bu yaş qrupu üzrə əhalinin sayı 2 milyon 780 mindən çox olduğu halda, 2023-cü ildə 5,3 % azalaraq 2 milyon 633 min nəfərə düşüb.  Azalmanın daha çox qız uşaqları hesabına baş verdiyi müşahidə olunur. Oğlan uşaqlarının sayı ötən dövrdə 1,8%, qız uşaqları isə 9% azalıb. İqtisadçı Samir Əliyev bunun səbəbini ümumi nəsilvermə (fertillik) əmsalının...
Sosial

Naxçıvanda 9-u uşaq olmaqla 17 nəfər dönərdən zəhərlənib 

9 İyun 2025

Foto: Azərtac

Naxçıvan şəhərində Heydər Əliyev prospektində yerləşən “Kassap Döner” restoranında 17 nəfər qidadan zəhərlənib.  Bu barədə iyunun 9-da APA Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verib.  Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin həkim-infekionisti Nəzmin Allahverdiyeva jurnalistlərə deyib ki, 9-u azyaşlı olan 17 nəfər artıq evə buraxılıb.  “Daxil olarkən xəstələrin vəziyyəti orta-ağır və iki nəfər xəstənin vəziyyəti isə ağır vəziyyətdə idi. Aparılan simptomatik yardımlardan və dinamik müşahidədən sonra xəstələr tam klinik sağalma ilə evə buraxılıb. Bunlardan 3-ü ayrı ailə üzvləri olub. 5 nəfər bir ailədən, 4 nəfər bir, 3 nəfər isə ayrı bir ailədən olub”, - o qeyd edib.  Qida...

Seçilmiş Videolar

Toplum TV loqo