Sosial

Naxçıvanda 9-u uşaq olmaqla 17 nəfər dönərdən zəhərlənib 

9 İyun, 2025
386

Foto: Azərtac

Naxçıvan şəhərində Heydər Əliyev prospektində yerləşən “Kassap Döner” restoranında 17 nəfər qidadan zəhərlənib. 

Bu barədə iyunun 9-da APA Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verib. 

Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin həkim-infekionisti Nəzmin Allahverdiyeva jurnalistlərə deyib ki, 9-u azyaşlı olan 17 nəfər artıq evə buraxılıb. 

“Daxil olarkən xəstələrin vəziyyəti orta-ağır və iki nəfər xəstənin vəziyyəti isə ağır vəziyyətdə idi. Aparılan simptomatik yardımlardan və dinamik müşahidədən sonra xəstələr tam klinik sağalma ilə evə buraxılıb. Bunlardan 3-ü ayrı ailə üzvləri olub. 5 nəfər bir ailədən, 4 nəfər bir, 3 nəfər isə ayrı bir ailədən olub”, - o qeyd edib. 

Qida Təhlükəsizliyi Agentliyindən mətbuata bildirilib ki, faktla bağlı araşdırma aparılır və restoranın fəaliyyəti hazırda dayandırılıb. 

“Nümunələr seçilərək Naxçıvan Qida Təhlükəsizliyi İnstitunun laboratoriyasına təqdim edilib. Araşdırmalar davam etdirilir. Ətraflı nəticələr barədə ictimaiyyətə məlumat veriləcək", - açıqlamada deyilib. 

Bu, son 20 gündə Naxçıvanda dönərdən ikinci kütləvi zəhərlənmə hadisəsidir. Mayın 21-də Naxçıvanda dönərdən 7 nəfər zəhərlənib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Əli Kərimli: "Ümid edirəm ki, Ceyms Vens Əliyevlə görüşdə insan haqlarını müzakirə edəcək" 

28 Yanvar 2026

Foto: Meydan TV

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimli ABŞ vitse-prezidenti Ceyms Vensin fevralda Azərbaycana rəsmi səfər edəcəyi xəbərinə münasibət bildirib.  Partiya sədrinin sosial media hesabında dərc olunan müraciətdə o, Vensin səfərini "çox mühüm hadisə" kimi qiymətləndirib.  "Şübhəsiz ki, bu səfər bir tərəfdən Azərbaycan və Ermənistan arasında sülhün möhkəmlənməsinə öz töhfəsini verəcək, digər tərəfdən TRIPP marşrutunun reallaşmasını sürətləndirəcək. Eyni zamanda, Azərbaycan və ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması gözlənilir ki, bu da mənim təqdir etdiyim məsələdir. Bizim partiya proqramımızda da nəzərdə tutulub ki, Azərbaycanla ABŞ nəinki strateji tərəfdaş, hətta müttəfiq olsunlar", - o qeyd edib.  Bununla belə, Ə.Kərimli...
Sosial

Azərbaycan regionlarında əhali azalır: Rəsmi rəqəmlərin gizlədə bilmədiyi reallıq

11 Yanvar 2026

Foto: Qusar İH

Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, son 5 ildə (2019–2024-cü illər) Azərbaycan əhalisi cəmi 2,3 faiz və ya 243 min nəfər artıb. Bu isə həmin dövrdə orta illik əhali artımının 0,5 faizdən də aşağı olduğunu göstərir. Halbuki 2000–2010-cu illərdə orta illik artım 1,2 faiz, 2010–2020-ci illərdə isə 1,1 faiz təşkil edib. Beləliklə, mövcud artım tempi əvvəlki onilliklərlə müqayisədə təxminən üç dəfə zəifləyib. Ölkə üzrə ümumi əhali sayı zəif templə artsa da, bir sıra regionlarda əks proses - əhalinin azalması müşahidə olunur. Xüsusilə diqqətçəkən məqam odur ki, ən ciddi azalma işğaldan azad edilmiş ərazilərdə qeydə alınıb. Qarabağ iqtisadi rayonunda Ağdərə rayonunun...

Seçilmiş Videolar

Toplum TV loqo