Foto: BakuPost
Qubada xidmət edən 20 yaşlı əsgərin antibiotik iynəsinin təsirindən öldüyü bildirilir.
“Bakupost.az” saytı yazıb ki, Oğuz rayonunun Xaçmaz kəndindən olan Fariz İsayev adlı əsgərin yüksək hərarəti olub və o, iynənin təsirindən şoka düşüb.
Əlavə olunur ki, İsayev bir ay öncə and içərək hərbi xidmətə başlayıbmış.
Baş Prokurorluğun Mətbuat xidmətindən məlumatına görə, N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Fariz İsayevin ölüm faktıyla bağlı Sumqayıt hərbi prokurorluğunda ibtidai istintaq aparılır.
"Hazırda ibtidai istintaq davam etdirilir, qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən müvafiq qərarın qəbul edilməsi təmin ediləcək", məlumatda deyilir.
Xəzər Hərbi Tədqiqatlar İnstitutunun məlumatına görə, 2025-ci ilin əvvəlindən mayın ortasına qədər Azərbaycanda ən az 14 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: açıq mənbə
Foto: Azərtac