Associated Press
Suriya Ərəb Respublikasına getmiş daha 5 nəfər Azərbaycan vətəndaşının ölkələrinə repatriasiyası (vətənə qayıtma) həyata keçirilib.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlikdən əlavə edilib ki, aprelin 21-də Türkiyə üzərindən həyata keçirilən repatriasiya çərçivəsində 2 qadın və 3 uşaq Azərbaycana gətirilib.
“Əvvəlcə repatriasiya olunan şəxslərin yeri, kimliyi və Azərbaycan vətəndaşlığı müəyyənləşdirilib, daha sonra onların Türkiyə ərazisinə keçidi təşkil edilib.
İraq və Suriyadan Azərbaycan vətəndaşlarının geri qaytarılmasına məsul dövlət qurumlarının nümayəndələri İstanbul şəhərinə ezam olunub. Orada repatriantların ilkin tibbi və psixoloji müayinədən keçirildiyi bildirilir”, - XİN qey edib.
XİN əlavə edib ki, xarici ölkələrdə silahlı münaqişələrdən zərər çəkmiş Azərbaycan vətəndaşlarının repatriasiyası istiqamətində işlər davam etdiriləcək.
Bu, Suriyadan həyata keçirilən ilk repatriasiya deyil. Azərbaycan son illərdə bölgədəki düşərgələrdən qadın və uşaqların geri qaytarılması üzrə bir neçə əməliyyat keçirib. Rəsmi məlumatlara görə, 2025-ci ildə Suriyadan 13 nəfər, 2024-cü ildə isə müxtəlif qruplar halında bir neçə nəfər Azərbaycana gətirilmişdi.
2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayıb. Yalnız ötən ilin sonunda Bəşər Əsədin devrilməsi ilə həmin ölkədə vəziyyət nisbətən sabitləşib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Şəmkir İH
Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?
aayda.gov.az
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
ABŞ məhkəməsi Trampın BBC-yə qarşı qaldırdığı iş üzrə dindirilməsinə qərar verib
Dövlət Vergi Xidməti “Meydan TV işi” üzrə həbsdə olan şəxslərdən 79 min manat tələb edir