Dünya

ABŞ səfirliyi Gürcüstan hökumətini tənqid etdi

29 İyul, 2021
2603

Açıq mənbələrdən götürülüb


ABŞ-ın Gürcüstandakı səfirliyi "Gürcü arzusu" partiyasının müxalifətlə aprelin 19-da imzalanan sazişdən çıxması barədə qərarını tənqid edib. 

Bu barədə bəyanat iyulun 29-da səfirliyin saytında yayımlanıb. 

Press-relizdə bildirilir ki, Birləşmiş Ştatlar ölkədə bütün konflikt tərəfləri arasında uzun çəkən və zəhmətli danışıqlardan sonra imzalanan sazişdən hakim siyasi partiyanın təktərəfli şəkildə çıxmasından "hədsiz narahat və əsəbidir".

"Vaşinqton Gürcüstanın gələcək demokratiya yolunda təkrar-təkrar yol verdiyi uğursuzluqlara görə getdikcə daha çox narahat olur", - bəyanatda bildirilib. 

Səfirlik həmçinin bildirib ki, əldə olunan sazişə riayət etmək vacibdir, çünki o, təkcə Gürcüstanda yaşanan siyasi böhranı aradan qaldırmaqdan əlavə, ölkənin Avropa Birliyinə daxil olması üçün zəruri olan demokratik islahatlar üçün yol xəritəsi rolunu oynayır. 

Bu gün Avropa Şurasının prezidenti Şarl Mişelin Gürcüstan siyasətçiləri ilə dialoqun növbəti raunduna başlayacağı bildirilib. 

Şarl Mişel həm Gürcüstanın hakim partiyasını, həm də müxalifətini xalqın maraqlarını ön plana qoymağa və siyasi prosesi davam etdirməyə çağırıb. 

Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Nika Meliya isə "Gürcü arzusu"nun sazişdən çıxmasından sonra deputat mandatından imtina edib. Bununla belə, o, partiyadaşlarına parlamentdə formal da olsa, qalmağa səsləyib. 

Gürcüstanın hakim "Gürcü arzusu" partiyası dünən, iyulun 28-də Avropa Şurasının vasitəçiliyi ilə müxalifətlə razılaşdırılan sazişdən çıxıb. 

Şarl Mişel ilə razılaşdırılan saziş Gürcü müxalifətinin parlamenti boykot etməsini dayandırmaq məqsədiylə imzalanmışdı. Müxalifət hökuməti parlament seçkilərini saxtalaşdırmaqda ittiham edirdi. Sazişdəki əsas müddəalardan biri "Gürcü arzusu" yerli idarələrə seçkilər zamanı (2 oktyabrda keçiriləcək) 43%-dən az səs toplayarsa, növbədənkənar parlament seçkilərin keçirilməsi barədəydi. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Nobel Sülh Mükafatı İsrailin soyqırımı törətdiyini deyən hakimə verilib

9 Oktyabr 2026

açıq mənbə

Bu il Nobel Sülh Mükafatını Beynəlxalq Ədalət Məhkəməsinin hakimi, Cənubi Afrika Respublikasından (CAR) olan Navanetem Pilay qazanıb.  Norveç Nobel Komitəsinin oktyabrın 9-da yaydığı açıqlamaya görə, 85 yaşlı Pilay “sülh və beynəlxalq hüququn təşviqindəki xidmətlərinə görə” mükafata layiq görülüb.  Pilay müxtəlif vaxtlarda CAR-ın Ali Məhkəməsində, Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalında və Beynəlxalq Cinayət Məhkəməsində hakim kimi çalışıb. O, 2008-2014-cü illərdə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarı, bu yaxınlara qədər isə İşğal Altındakı Fələstin Ərazisi və İsrail üzrə BMT-nin Müstəqil Beynəlxalq Araşdırma Komissiyasının sədri olub.  BMT komissiyası Pilayın sədrliyi altında ötən ilin sentyabrında İsrailin Qəzzada apardığı müharibə haqqında 72...
Dünya

"The Guardian”: “Sanksiya altındakı tankerlər fərqli təyinat ünvanları göstərərək Cənubi Koreyadan Rusiyaya yanacaq daşıyıb”

7 Oktyabr 2026

sosial media

Cənubi Koreya iyul və avqust aylarında Rusiyaya əsasən dizel olmaqla 176 min tondan çox yanacaq tədarük edib. Bu barədə Britaniyanın “The Guardian” nəşri liman sənədləri və gəmilərin hərəkət məlumatlarına əsaslanan araşdırmasında yazıb. Məlumata görə, iki ay ərzində yeddi tanker Rusiyaya 14 səfər edib. Bu tankerlərdən üçü Böyük Britaniya və Avropa İttifaqının sanksiyaları altındadır. Nəşr qeyd edir ki, bəzi gəmilər limandan çıxarkən təyinat məntəqəsi kimi Yaponiya və ya Sinqapuru göstərib, daha sonra isə Rusiyanın Vladivostok limanına istiqamətlənib. Araşdırmaya əsasən, “Layla” tankeri Cənubi Koreyanın Ulsan limanından Vladivostoka iki səfər zamanı ümumilikdə 57 min ton dizel aparıb. Gəmi ikinci səfərindən əvvəl təyinat məntəqəsi...

Seçilmiş Videolar

Toplum TV loqo