Açıq mənbələrdən götürülüb
“Biz İranı azad edəcəyik, onlar özlərini tezliklə azad edəcəklər”
"Associated Press" xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden İranda baş tutan etirazlara münasibət bildirərkən deyib.
Bayden Demokratların təmsilçisi Mayk Levinə dəstək kampaniyasında çıxış edib. Tədbir zamanı İran etirazçıların tərəfdarları FREE IRAN ("Azad İran") yazılan şüarlar səsləndiriblər.
"Narahat olmayın, biz İranı azad edəcəyik. Onlar özlərini tezliklə azad edəcəklər", - deyə Bayden bildirib.
Sentyabrın ortalarında 22 yaşlı qadın hüquq müdafiəçisi Məhsa Əmini başındakı hicabını açdığına görə əxlaq polisi tərəfindən saxlanılıb və döyülüb. Qız komaya düşdükdən bir neçə gün sonra xəstəxanada ölüb.
Buna cavab olaraq İranda etiraz aksiyaları başlayıb. Nümayişlərin əvvəlindən qadınlar hicablarını cırıb, bəziləri onları açıq şəkildə yandırıb, həmçinin etiraz olaraq saçlarını kəsiblər. Bir neçə gün sonra nümayişçilər hökumət əleyhinə “Diktatora ölüm!” şüarları səsləndirməyə başlayıblar.
Etirazlar həftələrdir ki, davam edir, onlar İranın səksəndən çox şəhərini, o cümlədən ölkənin paytaxtı Tehranı əhatə edib. Hüquq müdafiəçilərinin məlumatına görə, polislə toqquşmalar zamanı azı onlarla adam nəfər həlak olub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
İsrail Qəzza barədə filmin rejissorlarını vətəndaşlıqdan məhrum etməklə hədələyib
Luca Faz
sosial media
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”