Dünya

BMT: Dünyada qaçqınların sayı 100 milyonu keçib

23 May, 2022
2157

UNHCR

İnsan hüquqlarının pozulması, münaqişə və zorakılıq səbəbindən evlərini tərk etmək məcburiyyətində qalan qaçqın və məcburi köçkünlərin sayı tarixdə ilk dəfə olaraq 100 milyonu keçib.

Məlumatı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı yayıb.

“Yüz milyon çox ciddi, eyni zamanda narahat edəcək bir rəqəmdir. Bu, heç zaman qeydə alınmamış bir rekorddur. Bu, dağıdıcı münaqişələrin həll edilməsi və qarşısının alınması, təqiblərə son qoyulması və günahsız insanları evlərini tərk etməyə məcbur edən əsas səbəblərin aradan qaldırılması üçün həyəcan siqnalı rolunu oynamalıdır”, - BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi deyib.

BMT-nin Qaçqınlar üzrə Agentliyi olan BMT QAK-ın yeni məlumatlarına görə, uzun sürən münaqişələr nəticəsində 2021-ci ilin sonunadək dünya üzrə məcburi didərgin salınmış insanların sayı 90 milyona çatıb. Bundan əlavə, Ukraynadakı müharibə bu il ölkə daxilində 8 milyon insanı didərgin salıb, Ukraynadan 6 milyondan çox qaçqının köçməsi qeydə alınıb.

Dünya əhalisinin 1%-indən çoxunu təşkil edən bu ümumi rəqəm dünyada əhali baxımından 14-cü olan ölkənin əhalisinin sayına bərabərdir.

Məcburi Köçkünlüyün Monitorinqi Mərkəzinin (IDMC) bu yaxınlarda dərc olunmuş hesabatına görə, buraya qaçqınlar və sığınacaq axtaranlar, habelə münaqişə nəticəsində ölkəsinin sərhədləri daxilində didərgin düşmüş 53,2 milyon insan daxildir.

BMT QAK “Qlobal tendensiyalara dair illik hesabat”ını iyunun 16-da açıqlayacaq. Həmin hesabatda 2021-ci il üçün zorla didərgin salınma halları ilə bağlı qlobal, regional və milli məlumatların tam toplusu, habelə 2022-ci ilin aprel ayına qədər olan bir qədər məhdud çərçivədə yenilənmiş məlumatlar, həmçinin qayıdışlar və həll yolları haqqında təfsilatlar əks olunacaq.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

İsrail Qəzza barədə filmin rejissorlarını vətəndaşlıqdan məhrum etməklə hədələyib

14 Sentyabr 2026

Luca Faz

İsrailin mədəniyyət naziri Miki Zohar Qəzza zolağındakı müharibədən bəhs edən “NAZA” sənədli filminin rejissorları Yuval Abraham və Rahel Şoru vətəndaşlıqdan məhrum etdirmək niyyətində olduğunu bildirib. “The Guardian”ın məlumatına görə, Zohar filmi “dövlətə xəyanət” adlandırıb, müəlliflərini isə “dünyadakı antisemitlərin alqışları naminə vətənlərinə zərər vurmağa hazır olmaqda” ittiham edib. İsrail qanunvericiliyinə əsasən, vətəndaşlıqdan məhrumetmə üçün daxili işlər nazirinin müraciəti, ədliyyə nazirinin razılığı və məhkəmə qərarı tələb olunur. Nadir hallarda tətbiq edilən bu tədbirlə bağlı Mədəniyyət Nazirliyi təkbaşına qərar verə bilməz. “NAZA” fələstinli silahlı qrupların 2023-cü il oktyabrın 7-də İsrailin cənubuna hücumundan sonra ordunun Qəzzadakı əməliyyatlardan bəhs edir. Ekran əsərində zərbələr zamanı mümkün...
Dünya

Türkiyə polisi LGBTQ+ fəallarını kütləvi şəkildə saxlayıb

14 Sentyabr 2026

sosial media

Sentyabrın 12-13-də Türkiyədə LGBTQ+ fəallarına qarşı kütləvi polis əməliyyatları keçirilib. İstanbul, Ankara, İzmir və Antalyada fəalların evlərində, LGBTQ+ təşkilatlarının ofislərində, eləcə də gecə klublarında axtarışlar aparılıb. Polisin məlumatına görə, İstanbulda 26, Ankarada isə 20 nəfər saxlanılıb. Ümumilikdə əməliyyatların ölkənin 12 vilayətini əhatə etdiyi bildirilir. LGBTQ+ hüquqlarını müdafiə edən “Kaos GL” assosiasiyası əməkdaşları da daxil olmaqla 50 nəfərin saxlanıldığını açıqlayıb. Assosiasiyanın məlumatına görə, ofisində və əməkdaşlarının evlərində aparılan axtarışlara təşkilatın saytında və sosial media hesablarında dərc olunan materiallar əsas gətirilib. Prokurorluq həmin materialları “əxlaqa zidd” hesab edib. Sentyabrın 12-də LGBTQ+ təşkilatlarına və ayrı-ayrı fəallara məxsus bir neçə sayta və sosial media...

Seçilmiş Videolar

Toplum TV loqo