Siyasət

Fazil Qasımovla Hafiz Babalı BMT-nin Baş katibinə və Avropa Parlamentinin prezidentinə müraciət ediblər

6 May, 2026
274

Toplum TV

Həbsdə olan iqtisadçı Fazil Qasımov və araşdırmaçı jurnalist Hafiz Babalı Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşə və Avropa Parlamentinin prezidenti Roberta Metsolaya müraciət ünvanlayıblar.

"Toplum TV" ilə paylaşılan, ayrı-ayrılıqda edilən müraciətlərdə onlar Azərbaycanda insan hüquqlarının qorunması ilə bağlı problemlərə diqqət çəkmək istədiklərini bildiriblər.

F.Qasımov və H.Babalı Quterreşə müraciətdə bu ay Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçiriləcəyini xatırladıblar. Onlar Azərbaycan hakimiyyətinin "insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı beynəlxalq öhdəliklərinə əməl etməməsi nəticəsində yaranmış siyasi məhbus probleminin həlli üçün BMT rəhbərliyinin təşəbbüs göstərməsinə" çağırış ediblər.

"Azərbaycan hakimiyyətinin demokratiya tərəfdarlarına qarşı apardığı anti-humanist, repressiv, faşist siyasət zorbalığı və cəhaləti özündə ehtiva edir. Sivil dəyərlərə zidd olan bu siyasət nəticəsində Azərbaycanda vətəndaş cəmiyyəti zəifləmiş, demokratik institutlar sıradan çıxmış, müstəqil media qurumları fəaliyyətini dayandırmış, müxalif siyasi partiyalar bağlanmış və onların rəhbərləri həbs edilmiş, siyasi motivli zorakılıq faktları artmış, bir sözlə demokratiya tərəfdarları repressiya qurbanlarına çevrilmişdir. Əlavə olaraq, ombudsman institutu vəkillik institutu kimi, siyasi hakimiyyətin de-fakto tabeliyində fəaliyyət göstərən qeyri-müstəqil və səmərəsiz quruma çevrilmişdir. Daha təhlükəlisi isə siyasi təqiblərin Azərbaycan cəmiyyətində totalitar rejimlərə xas qorxu və itaət psixologiyasının formalaşmasına gətirib çıxarmasıdır. Belə bir şəraitdə Azərbaycanda WUF13 kimi mötəbər BMT tədbirinin keçirilməsi beynəlxalq ictimaiyyətin ölkəmizdə insan hüquqlarının vəziyyətini öyrənməsinə və siyasi məhbusların azadlığa buraxılması üçün səfərbər olmasına fürsət yarada bilər", - onlar qeyd ediblər. 

Müraciətçilər WUF13 çərçivəsində Azərbaycan rəsmiləri ilə keçirəcəyi görüşlərdə siyasi məhbus kimi tanınan şəxslərin "qeyd-şərtsiz azadlığa buraxılmasını tələb etməyi və peşə fəaliyyətinə görə həbs edilmiş qadın jurnalistlərə baş çəkməyi" xahiş edib.

Onlar Metsolaya ünvanladıqları məktubda isə Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı Avropa Parlamenti tərəfindən son iki ildə qəbul edilmiş dörd qətnamənin icra mexanizmini nəzərdən keçirmək üçün Avropa Parlamentində dinləmələr keçirilməsinə çağırış ediblər.

"Avropa Parlamentinin Azərbaycanda insan hüquqları ilə bağlı qətnamələrində Avropa Komissiyasına bu barədə çağırışlar edilsə də, bugünədək real nəticələr əldə edilməmişdir. Avropa Parlamentinin sözügedən qətnamələri mühüm siyasi sənədlər olsa da, onların icra mexanizmini nəzərdən keçirmədən onların Azərbaycanda insan hüquqlarının vəziyyətində müsbət dəyişikliyə gətirib çıxarması reallıqdan uzaq görünür", - müraciətçilər bildirib.

2023-cü ildə Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov ötən ilin martında 9 il müddətinə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin "satış məqsədilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə" maddəsi ilə ittiham olunub. Özü isə ittihamı rədd edir.

Hafiz Babalı 2023-cü ilin dekabrında "Abzas Media işi" çərçivəsində həbs olunub. Ötən ilin iyununda ona 9 il həbs cəzası verilib.

O, qaçaqmalçılıq, vergidən yayınma, qanunsuz sahibkarlıq daxil olmaqla bir neçə maddə ilə ittiham olunub. Lakin ittihamları rədd edib və məhz peşə fəaliyyətinə görə həbs olunduğunu bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo