Bəhruz Səmədov BMT-nin Bakıdakı şəhərsalma forumunun qonaqlarını məhkəməsinə dəvət edib
Sosial media
Həbsdə olan sülh fəalı və akademik tədqiqatçı Bəhruz Səmədov Birləşmiş Millətlər Təşkilatının (BMT) Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) qonaqlarını məhkəməsinə dəvət edib.
Fəalın bununla bağlı müraciətini yaxınları ictimailəşdirib.
Mayın 21-i saat 12.00-da Ali Məhkəmədə B.Səmədovun əvvəlki məhkəmə instansiyalarının qərarından verdiyi şikayət üzrə iclas keçiriləcək.
"Bir daha vurğulamaq istəyirəm ki, qapalı rejimli həbsxanada keçirdiyim hər gün sağlamlığıma, görmə qabiliyyətimə ciddi mənfi təsir göstərir və mən bunu davamlı işgəncə kimi qiymətləndirirəm", - o qeyd edib.
B.Səmədov məhkəmədəki çıxışını vəfat etmiş ictimai fəallar Elbəyi Kərimli, Bayram Məmmədov və Mehman Qələndərova həsr edəcəyini deyib.
WUF13 forumu mayın 17-dən 22-ə qədər keçiriləcək.
Çexiyanın Karlov Universitetinin doktorantı olan Bəhruz Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2024-cü il avqustun 21-də saxlanılıb.
O, 2025-ci il iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Sülh fəalı dövlətə xəyanətdə ittiham olunur.
Cinayət işində iddia edilir ki, o, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib.
Fəal özü isə ittihamı rədd edir və ictimai-siyasi fəaliyyətinə görə cəzalandırıldığını deyir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”