Dünya

BMT: "Münaqişədən bəri İranda azı 21 nəfər edam edilib, 4 mindən çoxu isə həbs olunub" 

29 aprel, 2026
133

Reuters

İranda son iki ayda azı 21 nəfərin edam olunduğu, 4 mindən çox şəxsin isə həbs olunduğu bildirilir. 

Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarlığı məlumat yayıb.

Məlumatda deyilir ki, edam edilənlərdən azı 9-u bu ilin əvvəlindəki etiraz aksiyalarına görə, 10-u müxalif qruplara üzvlüyə görə, 2-si isə casusluqda ittiham olunaraq cəzalandırılıb.

"Münaqişənin ağır nəticələrindən əlavə, hakimiyyətin İran xalqını hüquqlarından qəddarlıqla məhrum etməsi məni dəhşətə gətirir. Müharibə dövründə insan hüquqlarına təhdidlər dəfələrlə artır. Ancaq hətta milli təhlükəsizlik səbəbi ilə belə, insan hüquqları yalnız zəruri, proporsional və legitim məqsədlər naminə məhdudlaşdırıla bilər. Ən əsası isə, məhdudlaşdırılması mümkün olmayan hüquqlar – məsələn, əsassız həbsdən qorunma və ədalətli məhkəmə hüququ – hər zaman və tam şəkildə təmin olunmalıdır", - BMT-nin İnsan Hüquqları üzrə ali komissarı Volker Türk bəyanatda qeyd edib. 

Bəyanatda, həmçinin, bildirilir ki, fevralın sonunda Yaxın Şərqdə münaqişənin başlamasından bəri İran məhkəmələri prosesləri sürətləndirib. 

Fevralın 28-də ABŞ və İsrail İrana havadan hücumlar həyata keçirməyə başlayıb. İran da qarşılığında İsrailə və ABŞ hərbi bazalarının yerləşdiyi Fars körfəzi ölkələrinə raket və dron zərbələri endirib. 

Aprelin 7-də Pakistanın vasitəçiliyi ilə tərəflər arasında atəşkəs əldə olunub. Lakin münaqişə hələ də başa çatmış hesab olunmur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

ABŞ-dəki seçkilərdən sonra texnologiya şirkətləri milyardlarla dollar itirib

6 noyabr 2026

Foto: Chatgpt

ABŞ-də aralıq seçkilərdən sonra texnologiya şirkətlərinin səhmləri kəskin ucuzlaşıb. BBC-nin Rus xidməti yazır ki, eniş investorların süni intellektə yatırılan böyük məbləğlərin gəlirliliyi və məlumat mərkəzlərinin tikintisinə mümkün məhdudiyyətlərlə bağlı narahatlıqları fonunda baş verib. Noyabrın 5-də ABŞ-nin yüksək texnologiya şirkətlərini birləşdirən “Nasdaq Composite” indeksi 5,5 faizdən çox geriləyib. “Dow Jones”un hesablamasına görə, indeksdə yer alan şirkətlərin ümumi bazar dəyəri təxminən 2,5 trilyon dollar azalıb. Bu rəqəm yalnız süni intellekt şirkətlərinin deyil, “Nasdaq”dakı bütün şirkətlərin dəyər itkisini əhatə edir. Noyabrın 6-da Cənub-Şərqi Asiya və Avropa bazarlarında da eniş davam edib. Avropanın əsas fond indekslərindən biri olan “STOXX 600” səhər saatlarında təxminən 1...
Dünya

Xameneinin müşaviri: “İran özünü Cənubi Qafqazda təhlükəsizliyi qorumaqdan məsul hiss edir”

6 noyabr 2026

açıq mənbə

İranın ali rəhbəri Müctəba Xameneinin müşaviri Əli Əkbər Vilayəti Tehranın Cənubi Qafqazın təhlükəsizliyi ilə bağlı mövqeyinin dəyişməz olduğunu bəyan edib. Vilayəti “Ettelaat” qəzetində dərc olunan məqaləsində bildirib ki, İran Rusiyanın regionda iştirakının olub-olmamasından asılı olmayaraq, özünü Cənubi Qafqazda təhlükəsizliyin qorunmasına məsul hesab edir. O, Ermənistan parlamentinin “Tramp marşrutu” (TRIPP) layihəsini təsdiqləməsini və “Zəngəzur dəhlizi”nin yaradılması ilə bağlı təşəbbüsləri kəskin tənqid edib. Vilayətinin sözlərinə görə, bu layihə Azərbaycanla Naxçıvan arasında Ermənistanın nəzarət-buraxılış məntəqələri olmadan əlaqə yaradılmasını nəzərdə tutur və İran buna qəti şəkildə qarşı çıxır. İranlı rəsmi Ermənistanın baş naziri Nikol Paşinyanın siyasətini də tənqid edib, onun son illərdəki addımlarının Ermənistanın...

Seçilmiş Videolar

Toplum TV loqo