Dünya

Müharibədən çıxan Ermənistanda iqtisadi yüksəliş: Paşinyan vədini tutduğunu deyir

3 Noyabr, 2022
1976

Açıq mənbələrdən götürülüb

"Bu gün Ermənistan iqtisadiyyatı sürətlə inkişaf edir".

"Azatutyun" xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə 2023-cü il üçün dövlət büdcəsi layihəsini təqdim edərkən bildirib. 

Paşinyanın sözlərinə görə, təkcə bu ilin birinci yarısında ölkədə  iqtisadi aktivlik göstəricisi 14,1% təşkil edib ki, bu da müharibədən və pandemiyadan sonrakı çətin dövrün aradan qaldırılması baxımından son dərəcə vacib göstəricidir.

https://toplum.tv/siyaset/pasinyan-ermenistan-turkiye-ile-cetinliklerin-ohdesinden-gele-bilib

“Bu ili ikirəqəmli iqtisadi artımla başa vurmağımız və əslində 2020-ci ildə əldə etdiyimiz yüksək artım boşluğunu aradan qaldırmağımız çox yaxşı haldır. Amma bu, məsələnin yalnız bir hissəsidir, çünki biz 2023-cü ildə də ən azı 7 faiz iqtisadi artımı təmin etmək istəyirik”, - deyə o bildirib. 

Baş nazir 2018-ci il inqilabı zamanı bir-iki il ərzində büdcə gəlirlərini 35-40% artıracağını vəd verdiyini xatırladıb və bu vədin yerinə yetirildiyini elan edib.

"Təkcə 2022-ci ilin sonuna büdcənin gəlir hissəsi 2018-ci ilin göstəricisini 1,6 milyard dollar üstələyəcək, bu ilin büdcəsi 80 milyard dram (təxminən 199 milyon dollar) artıqlaması ilə yerinə yetiriləcək", - deyə o vurğulayıb. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

İsrail Qəzza barədə filmin rejissorlarını vətəndaşlıqdan məhrum etməklə hədələyib

14 Sentyabr 2026

Luca Faz

İsrailin mədəniyyət naziri Miki Zohar Qəzza zolağındakı müharibədən bəhs edən “NAZA” sənədli filminin rejissorları Yuval Abraham və Rahel Şoru vətəndaşlıqdan məhrum etdirmək niyyətində olduğunu bildirib. “The Guardian”ın məlumatına görə, Zohar filmi “dövlətə xəyanət” adlandırıb, müəlliflərini isə “dünyadakı antisemitlərin alqışları naminə vətənlərinə zərər vurmağa hazır olmaqda” ittiham edib. İsrail qanunvericiliyinə əsasən, vətəndaşlıqdan məhrumetmə üçün daxili işlər nazirinin müraciəti, ədliyyə nazirinin razılığı və məhkəmə qərarı tələb olunur. Nadir hallarda tətbiq edilən bu tədbirlə bağlı Mədəniyyət Nazirliyi təkbaşına qərar verə bilməz. “NAZA” fələstinli silahlı qrupların 2023-cü il oktyabrın 7-də İsrailin cənubuna hücumundan sonra ordunun Qəzzadakı əməliyyatlardan bəhs edir. Ekran əsərində zərbələr zamanı mümkün...
Dünya

Türkiyə polisi LGBTQ+ fəallarını kütləvi şəkildə saxlayıb

14 Sentyabr 2026

sosial media

Sentyabrın 12-13-də Türkiyədə LGBTQ+ fəallarına qarşı kütləvi polis əməliyyatları keçirilib. İstanbul, Ankara, İzmir və Antalyada fəalların evlərində, LGBTQ+ təşkilatlarının ofislərində, eləcə də gecə klublarında axtarışlar aparılıb. Polisin məlumatına görə, İstanbulda 26, Ankarada isə 20 nəfər saxlanılıb. Ümumilikdə əməliyyatların ölkənin 12 vilayətini əhatə etdiyi bildirilir. LGBTQ+ hüquqlarını müdafiə edən “Kaos GL” assosiasiyası əməkdaşları da daxil olmaqla 50 nəfərin saxlanıldığını açıqlayıb. Assosiasiyanın məlumatına görə, ofisində və əməkdaşlarının evlərində aparılan axtarışlara təşkilatın saytında və sosial media hesablarında dərc olunan materiallar əsas gətirilib. Prokurorluq həmin materialları “əxlaqa zidd” hesab edib. Sentyabrın 12-də LGBTQ+ təşkilatlarına və ayrı-ayrı fəallara məxsus bir neçə sayta və sosial media...

Seçilmiş Videolar

Toplum TV loqo