Dünya

AB rəsmiləri “Azadlıq radiosu”nu müzakirə edəcək

17 Mart, 2025
233

Reuters

Avropa Birliyinə (AB) daxil olan ölkələrin xarici işlər nazirləri martın 17-də Brüsseldə görüşəcək. 

Onların Ukrayna və Orta Şərqdə vəziyyətlə yanaşı, “Azadlıq Radiosu”nun maliyyələşdirilməsi məsələsini də müzakirə edəcəkləri bildirilir. 

Bu barədə Çexiyanın xarici işlər naziri Can Lipavski məlumat verib. 

O martın 16-ı X səhifəsində yazıb ki, görüşdə radionun məsələsini qaldıracaq. 

““Azadlıq radiosu” İran, Belarus və Əfqanıstan kimi diktaturalarda azsaylı etibarlı mənbələrdən biridir. Sabah Xarici İşlər Nazirləri Şurasında həmkarlarımla onun yayımını qismən də olsa, necə saxlamağı müzakirə edəcəm”, - o qeyd edib. 

ABŞ Konqresindən maliyyələşən “Azadlıq radiosu”nun, habelə “Amerikanın Səsi” radiosunun faəliyyətləri prezident Donald Trampın mediaların işinə nəzarət edən ABŞ Qlobal Media Agentliyi (USAGM) ilə bağlı verdiyi qərardan sonra dayandırılıb. 

Martın 14-də açıq ABŞ Qlobal Media Agentliyi də daxil olmaqla yeddi federal agentliyin fəaliyyət miqyasının əhəmiyyətli dərəcədə azaldılması nəzərdə tutulurdu.  

“Amerikanın səsi” və “Azadlıq Radiosu”-nun əməkdaşlarına növbəti bildirişə qədər ödənişli inzibati məzuniyyət verildiyi barədə məlumat yayılıb.

“Azadlıq radiosu” 1950-ci ildə kommunist propaqandanı dəf etmək üçün yaradılıb, 1995-ci ildə baş ofisi Münixdən Praqaya köçüb. Radio 23 ölkədə 27 dildə olmaqla yayım aparırdı. 

Ağ Ev prezidentin amerikalı vergi ödəyicilərinin pullarının bundan sonra “radikal propaqanda” yaymağa xərclənməməsi üçün bu qərarı verdiyini bildirib. 

“Azadlıq radiosu”nun prezidenti Stipen Kapus isə qərarı Amerikanın “düşmənlərinə hədiyyə” adlandırıb. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

"Avroviziya" qalibi İsrailə etiraz olaraq mükafatı qaytarır

13 Dekabr 2025

Foto: AP

Ötən il "Avroviziya" mahnı müsabiqəsinin qalibi olmuş isveçli müğənni Nemo gələn il yarışda İsrailin iştirakına etiraz olaraq mükafatını qaytaracağını deyir.  Bu barədə o, "İnstagram" səhifəsində xəbər verib.  Onun sözlərinə görə, İsrailin müsabiqədə iştirakı ilə müsabiqənin müdafiə etdiyini bildirdiyi "birlik, inklüzivlik və ləyaqət idealları arasında açıq bir ziddiyyət" var.  Nemo bunu İsrailin Qəzza zolağında "soyqırımı" törətməsi ilə izah edib.  "Avroviziya" Mahnı Müsabiqəsinin direktoru Martin Qrin bildirib ki, bu xəbərdən “kədərlənib”, lakin Nemonun mövqeyinə hörmət edir. İsrailin gələn il "Avroviziya"da iştirakına qərar verilməsi Qəzzadakı müharibə fonunda qalmaqala səbəb olub. Beş ölkə - İslandiya, İspaniya, İrlandiya, Sloveniya və Niderland  İsrailin iştirakına görə gələn...
Dünya

İranda Nobel mükafatçısı Nərgiz Məhəmmədinin saxlanıldığı bildirilir

12 Dekabr 2025

Foto: açıq mənbə

2023-cü ildə Nobel Sülh Mükafatını qazanmış hüquq müdafiəçisi Nərgiz Məhəmmədinin İranda saxlanıldığı bildirilir.  Bu barədə onun yaxınları məlumat yayıb.  Məhəmmədinin Parisdə yaşayan həyat yoldaşı Tağı Rəhmani "X" səhifəsində bildirib ki, fəal Məşəd şəhərində keçirilən tədbirdə digər tanınmış fəal Sepide Qolyanla birlikdə saxlanılıb. Həmin tədbirdə iştirak edən Məhəmmədinin qardaşı da xəbəri təsdiqləyib.  İran hüquq-mühafizə orqanları isə 53 yaşlı Məhəmmədinin saxlanılması ilə bağlı dərhal açıqlama verməyib. Bununla belə, tərəfdarları aylardır onun yenidən həbs edilmə riski altında olduğu barədə xəbərdarlıq edirdilər. Daha öncə də həbsdə olan N.Məhəmmədi 2024-cü ilin dekabrında səhhətindəki problemlərlə əlaqədar həbsdən müvəqqəti olaraq azad edilmişdi. O, İranda ölüm cəzasına və məcburi...

Seçilmiş Videolar

Toplum TV loqo