Foto: açıq mənbə
Belarus hakimiyyəti müxtəlif ölkələrdən olan 52 məhbusu azad edib.
Bu addım ABŞ nümayəndə heyətinin Minskə səfərindən sonra atılıb.
Qərar 1994-cü ildən ölkəyə rəhbərlik edən prezident Aleksandr Lukaşenko ilə ABŞ prezidenti Donald Tramp arasında əldə olunan razılaşmanın bir hissəsi olaraq təsvir olunur.
Azad olunanlar arasında Belarusdan olan həmkarlar ittifaqlarının rəhbərləri, jurnalistlər və fəallar var. Eyni zamanda, altı litvalı, iki latviyalı, iki polyak, iki alman, bir ingilis və bir fransız da azad olunub.
Lakin hələ də 1000-dən çox "siyasi məhbus" Belarusda həbsdə qalır.
Bunun qarşılığında ABŞ Belarusun “Belavia” aviaşirkətinə tətbiq olunan bəzi sanksiyaların yumşaldılacağını bəyan edib. Nəticədə, şirkət təyyarələri üçün ehtiyat hissələri ala biləcək.
71 yaşlı Lukaşenko sentyabrın 11-də paytaxt Minskdə Trampın xüsusi elçisi Con Koel ilə görüşdən sonra məhbusların azad edilməsini "humanitar jest" adlandırıb.
Görüş zamanı tərəflər ticarət əlaqələrinin necə bərpa oluna biləcəyini, o cümlədən ABŞ səfirliyinin Minskdə yenidən açılmasını müzakirə ediblər.
ABŞ Minskdəki səfirliyini 2022-ci ilin fevralında bağlayıb. Bu, Rusiya prezidenti Vladimir Putinin Belarus ərazisindən Ukraynaya genişmiqyaslı hücumuna cavab olaraq edilib.
Koel "Reuters" agentliyinə bildirib ki, səfirliyin yenidən açılması üçün hələ dəqiq tarix yoxdur, lakin bu, “çox yaxın gələcəkdə” baş verəcək.
İyunda da ABŞ xüsusi elçisinin səfəri zamanı 14 "siyasi məhbus" əfv olunaraq azad edilib. Onların arasında mühacirətdə olan müxalifət lideri Svetlana Tixanovskayanın həyat yoldaşı Sergey Tixanovski də var.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: açıq mənbə
Foto: Albanian Times
“Sərhədsiz Reportyorlar” həbsdə olan jurnalistlər üçün “sərinkeş kampaniyası”na başlayıb
Hafiz Babalı: Mediamız natəmiz məlumatlarla çirkləndirilir
İlham Əliyev Vaşinqton görüşündən sonra siyasi yumşalmaya gedəcəkmi?
Azər Qasımlının məhkəməsində proses 3 dəqiqə çəkib
ABŞ Dövlət Departamenti: Azərbaycan hökuməti sosial mediada trollardan istifadə edir