Dünya

ABŞ-İran-İsrail münaqişəsi: Hədəflər nədir, mümkün ssenarilər hansılardır?

3 Mart, 2026
380

Foto/kollaj: Toplum TV

ABŞ və İsrailin İrana qarşı hücumları 4-cü gününə qədəm qoyur. 

Bu müddət ərzində İranda ali lider Seyid Əli Xamenei, Baş Qərargah rəisi və müdafiə naziri də daxil olmaqla xeyli sayda rəhbər şəxs, İranın Qırmızı Aypara Cəmiyyətinin rəqəmlərinə əsasən isə ümumilikdə 550-dən çox insan ölüb. 

İranın Yaxın Şərqdəki ABŞ hərbi bazalarına və İsrailə cavab zərbələri nəticəsində isə 40-dan çox amerikalının və 11 israillinin öldüyü bildirilir. İranın hədəf aldığı ABŞ müttəfiqlərindən Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Küveytdə də ölümlər qeydə alınıb. 

ABŞ prezidenti Donald Tramp martın 2-də Ağ Evdə çıxışında bildirib ki, İranla müharibə planı əvvəlcə “dörd-beş həftəlik” nəzərdə tutulsa da, ABŞ ordusunun müharibəni “bundan da xeyli uzun müddət davam etdirmək qabiliyyəti var”.

Trampın bu və əvvəlki ciddi xəbərdarlıqlarına baxmayaraq, İran hakimiyyəti Xameneinin ölümündən sonra da geri çəkilməyib. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanatında ABŞ və İsrailə qarşı ölkə tarixinin “ən sarsıdıcı hücumu”nu həyata keçirəcəyini bildirib. Milli Təhlükəsizlik Şurasının katibi Əli Ləricani isə İranın danışıqlara getməyəcəyini deyib. 

Trampın İrana hücumu anons etdiyi çıxışında iranlıları hakimiyyəti ələ keçirməyə çağırmasına baxmayaraq, ABŞ-nin hədəflərinin nə olduğu birmənalı deyil. Martın 2-də Ağ Evdə Trampla birlikdə brifinqdə iştirak edən müdafiə naziri Pit Heqset deyib ki, məqsəd rejim dəyişikliyi deyil, əvəzində İranın raket və nüvə sistemlərini və hərbi gəmilərini məhv etməkdir. 

Bu ilin əvvəlində Trampın əmri ilə Venesuela prezidenti Nikolas Maduronun ABŞ-yə gətirilməsindən sonra bu ölkədəki hakimiyyət Tramp administrasiyası ilə danışıqlara getmiş, ölkənin neft sektorunu ABŞ şirkətlərinə açmış və siyasi məhbus kimi tanınan şəxsləri azad etmişdi. 

Bəzi müşahidəçilər Xameneinin ölümündən sonra İranda da belə bir ssenari təxmin etsə də, hakimiyyətin bu ana qədərki davranışı bunu deməyə əsas vermir. 

Vaşinqtonda mənzillənən Kuinsi İnstitutunun qeyri-rezident elmi işçisi Eldar Mamedovun “Toplum TV”-yə dediyinə görə, İranın hazırda əsas strategiyası ABŞ-ni itkilərə məruz qoymaqla Vaşinqtonu geri çəkilməyə və İranla kompromisə getməyə məcbur etməkdir. 

“Sual isə budur: İran amerikalılara, həqiqətən, ciddi zərər vura bilərmi? Hazırda Tehran zərbələrini, əsasən, ABŞ hərbi bazalarının yerləşdiyi Fars körfəzi ölkələrinə yönəldib. Məntiq aydındır - BƏƏ-ni, Qətəri və Səudiyyə Ərəbistanını müharibəni dayandırmaq üçün Donald Trampa təzyiq göstərməyə məcbur etmək. Eyni zamanda, neft qiymətlərini, inflyasiyanı və faiz dərəcələrini artırmaqla ümumilikdə qlobal iqtisadiyyata təzyiq göstərmək məqsədi güdülür”, - o qeyd edib. 

Lakin o düşünür ki, bu strategiyanın uğurlu olacağına zəmanət yoxdur, çünki çox güman ki, ABŞ də hücumları planlayarkən bunları nəzərə alıb. 

“ABŞ üçün müharibənin gedişatını həqiqətən çox mənfi istiqamətə çevirə biləcək əsas amil Amerika ordusunun ağır itkilərə məruz qalması olardı. Amerikalıların böyük hissəsi İranla müharibəyə elə başlanğıcdan etibarən qarşı idi. Bundan əlavə, əksəriyyət Trampın siyasətini ümumilikdə dəstəkləmir. Bu səbəbdən, əgər Fars körfəzindəki müharibə ABŞ ordusu üçün ciddi itkilərlə nəticələnsə (əsgərlərin həlak olması, gəmilərin batırılması, təyyarələrin vurulması ilə müşayiət olunsa), bu, artıq müharibədən əvvəl belə Respublikaçıların uduzmağa yaxın olduğu aralıq seçkiləri ilində ABŞ daxilində dərin siyasi və ictimai böhran yarada bilər”, - o deyib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Gürcüstanda beş müxalifət partiyasının qadağan edilməsi üzrə məhkəmə başlayıb

23 Oktyabr 2026

Toplum TV

Gürcüstanın Konstitusiya Məhkəməsi ölkənin beş əsas müxalifət partiyasının qadağan olunması tələbi ilə verilən iddiaya baxmağa başlayıb. “OC Media”nın oktyabrın 22-də yaydığı məlumata görə, məhkəmə hakim “Gürcü Arzusu” partiyasının iddiasını təmin etsə, bu, müstəqil Gürcüstan tarixində görünməmiş siyasi vəziyyət yarada bilər. İddia Vahid Milli Hərəkat, “Dəyişiklik naminə koalisiya”, “Lelo”, “Gürcüstan naminə” və “Federalistlər” partiyalarını əhatə edir. Bu partiyalardan dördü 2024-cü il parlament seçkilərində baryeri keçib. “Federalistlər” isə seçkilərdə iştirak etməyib. “Gürcü Arzusu” bu siyasi qüvvələrin Vahid Milli Hərəkatla əlaqəli olduğunu və ölkədə sabitliyi pozmağa çalışdığını iddia edir. Hakim partiya öz mövqeyini parlament istintaq komissiyasının hesabatına əsaslandırır. Müxalifət və vətəndaş cəmiyyəti nümayəndələri...
Dünya

ABŞ məhkəməsi Trampın BBC-yə qarşı qaldırdığı iş üzrə dindirilməsinə qərar verib

23 Oktyabr 2026

sosial media

ABŞ federal məhkəməsi prezident Donald Trampın Britaniyanın BBC yayım şirkətinə qarşı qaldırdığı 10 milyard dollarlıq böhtan iddiası üzrə dekabrın 11-dək ifadə verməsi barədə qərar çıxarıb. Bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb. Magistrat hakim Enjolike Lett qərarı BBC-nin vəkillərinin Trampı məhkəmə prosesində ifadə verməyi gecikdirməkdə ittiham etməsindən sonra qəbul edib. BBC-nin vəkili Çarlz Tobin bildirib ki, sübutların toplanması üçün ayrılan müddətin başa çatmasına iki ay qalsa da, yayım şirkəti hələ Trampın ifadəsini ala bilməyib. Tərəflər Trampın oktyabrın 16-da ifadə verməsi barədə razılaşsalar da, prezident həmin tarixi “milli əhəmiyyətli məsələlər”lə əlaqədar ləğv edib. Tobinin sözlərinə görə, Tramp həmin gün Corciya...

Seçilmiş Videolar

Toplum TV loqo