Yerevan Today
Ermənistanın keçmiş prezidenti, "Ermənistan" alyansının lideri Robert Koçaryanın həbs olunduğu deyilir.
"Armenpress"in məlumatına görə, bundan əvvəl eks-prezidentin evində axtarış aparılıb. Oxşar istintaq hərəkətləri onun oğlu, Milli Assambleyanın deputatı Levon Koçaryanın mənzilində də həyata keçirilib.
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən bildirilib ki, korrupsiya xarakterli cinayət işi çərçivəsində onlarca ünvanda axtarış və digər prosessual tədbirlər icra olunub. Qurumun sonradan yaydığı məlumata görə, Robert Koçaryan və onun digər oğlu Sedrak Koçaryan da daxil olmaqla ümumilikdə 6 nəfər saxlanılıb. Saxlanılan digər şəxslərin adları hələlik açıqlanmayıb.
İstintaqın versiyasına görə, Robert Koçaryan vəzifə səlahiyyətlərindən istifadə edərək yaxın ətrafı ilə qabaqcadan əlbir olub və müxtəlif uydurma bəhanələrlə dövlət əmlakını mənimsəyib. O, ictimai və iqtisadi əhəmiyyətli bir sıra dəyərli obyektləri bazar qiymətindən dəfələrlə ucuz qiymətə əldə etməkdə ittiham olunur.
Korrupsiyaya Qarşı Mübarizə Komitəsi istintaq materiallarına əsasən Koçaryan tərəfindən qanunsuz mənimsənildiyi iddia olunan daşınmaz əmlakların siyahısını da dərc edib. Sənəddə "Play City" əyləncə mərkəzi, "Fast Kart" şirkəti, 2 hektar torpaq sahəsi, "Blue Sevan" kurort kompleksi, "Art Build" şirkəti, 29 min kvadratmetrlik torpaq sahəsi və üzərindəki tikili, "Orange Fitness" idman klubu, "Piazza Grande" biznes mərkəzi və "Toyota Yerevan" şirkətinin adları yer alır.
Eks-prezidentin oğlu Sedrak Koçaryana isə çirkli pulların yuyulması, külli miqdarda rüşvət alınmasında şərikli etmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları irəli sürülüb.
Robert Koçaryan 1998-2008-ci illərdə Ermənistan prezidenti olub.
Əməliyyatdan bir gün əvvəl baş nazir Nikol Paşinyan parlamentdə çıxış edərkən "Ermənistan" alyansının deputatı Levon Koçaryanın sualını cavablandırarkən Robert Koçaryanı məhkəməyə verəcəyini bəyan etmişdi:
"Ailəniz niyə milyonçudur? Bu sərvəti haradan əldə etmisiniz? Demək istəyirsiniz ki, milyonlarınız övladlarınıza miras qalacaq... Mən sizə birbaşa deyirəm ki, bu baş verməyəcək. Bu, şəxsi deyil, siyasi məsələdir. Bu sərvətin hər bir qəpiyi Ermənistana qaytarılmalıdır".
L.Koçaryan isə cavabında bildirib ki, nəyin kimə qaytarılacağına ölkənin birinci şəxsi deyil, yalnız məhkəmə qərar verə bilər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Tramp/"Truth Social"
sosial media
Ələsgər Məmmədli: “Azərbaycanda hüququn aliliyini müdafiə etdiyimə görə qanunsuz həbs edilmişəm”
İlham Əliyevin açılışını etdiyi hoteli tikən şirkət ödənişini ala bilmədiyini bildirir
Torpaqların birləşdirilməsi kəndlilərə nə verəcək?
İlqar Məmmədov prezidentə: "Sizi dəstəkləyən bir partiya lideri mənə xəbərdarlıq edir"
“Elgün İbrahimovla bağlı videoya görə saxlanıldım” deyən gəncə 3 il həbs cəzası verilib