Dünya

İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığı dayandırır

25 İyun, 2025
73

Foto: Reuters

İran parlamenti iyunun 25-də Birləşmiş Millətlər Təşkilatının nüvə nəzarət qurumu olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) əməkdaşlığın dayandırılması haqqında qanun layihəsini təsdiqləyib. 

Bu barədə İranın dövlət mediası məlumat yayıb.

Bu addım İranla İsrail arasında İranın nüvə proqramı üstündə baş vermiş hərbi münaqişədən sonra atılıb. 
İsrail və ABŞ Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq istədiyini və buna nail olduqlarını bildirib. Artıq atəşkəslə başa çatan münaqişənin gedişində ABŞ ordusu İranın nüvə obyektlərini bombalayıb. 

İran isə nüvə obyektlərinin böyük zərər görmədiyini, uran zənginləşdirməyə davam edəcəyini deyir. 
Qanun layihəsi qüvvəyə minməsi üçün İranın Nəzarət Şurası tərəfindən təsdiqlənməlidir. Layihəyə əsasən, AEBA-nın gələcəkdə ölkədə həyata keçirəcəyi istənilən yoxlama yalnız İranın Ali Milli Təhlükəsizlik Şurasının təsdiqi ilə mümkün olacaq.

Parlament sədri Məhəmməd Baqir Qalibaf qanun layihəsinin müzakirəsində bildirib ki, İran mülki məqsədlərlə nüvə proqramını sürətləndirəcək. 

Tehran nüvə silahı əldə etməyə çalışdığını təkzib edir və AEBA-nın bu ay qəbul etdiyi, İranın nüvə silahlarının yayılmaması üzrə öhdəliklərini pozduğunu dediyi qətnamənin İsrailin hücumlarına zəmin yaratdığını vurğulayır. 

Qalibaf bildirib ki, AEBA İranın nüvə obyektlərinə edilən hücumu qınamaq üçün “ortalığa çıxmadı və öz beynəlxalq nüfuzunu satışa çıxarmış oldu”. “Buna görə də, İran AEBA ilə əməkdaşlığı dayandıracaq və dinc nüvə proqramını daha sürətli şəkildə irəli aparacaq – ta ki nüvə obyektlərinin təhlükəsizliyi təmin olunana qədər”, - o deyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

ABŞ kəşfiyyatı İranın nüvə proqramının tam məhv edilmədiyini deyir 

25 İyun 2025

Foto: Reuters

ABŞ kəşfiyyatının ilkin analizləri İranın nüvə proqramının tam məhv edilmədiyindən xəbər verir.  Bunu “CNN” telekanalı ABŞ hökumətindəki adını açıqlamadığı rəsmilərə istinadən bildirib.  Pentaqonun nəzdində olan Müdafiə Kəşfiyyatı Agentliyinin ilkin hesabatına əsasən, iyunun 22-də İranın üç nüvə obyektinin ABŞ ordusu tərəfindən bombalanmasına baxmayaraq, nüvə proqramının əsas komponentləri məhv edilməyib və proqram yalnız bir neçə ay geriyə düşüb.  Nüvə obyektlərinə dəyən ziyanın İranın nüvə proqramına təsirinin təhlili hələ davam edir və daha çox kəşfiyyat məlumatı əldə edildikcə dəyişə biləcəyi bildirilir. Lakin ilkin nəticələr Prezident Donald Trampın İranın nüvə proqramının “tamamilə və büsbütün məhv edildiyini” iddia etməsi ilə ziddiyyət təşkil edir. Hesabat ilə...
Dünya

Gürcüstanda son bir ayda 6 müxalifət lideri həbs olunub

24 İyun 2025

Foto: EPA/EFE

İyunun 23-də Gürcüstanın müxalif “Ağmaşenebeli Strategiyası” partiyasının lideri Giorgi Vaşadze həbs olunub.  Vaşadze həmin gün haqqında 7 aylıq həbs hökmü çıxarılan məhkəmə prosesində iştirak etməyib.  O, əvəzində partiyasının ofisində mətbuat konfransı keçirib və hakimiyyəti “polis arxasında gizlənən kimsələr” adlandırıb.  Bir müddət sonra polis əməkdaşları gələrək onu həbs edib.  Vaşadze daha öncə parlamentin istintaq komissiyası önündə ifadə vermədiyinə görə haqqında cinayət işi açılmışdı, lakin həbs qətimkan tədbiri seçilməmişdi.  Bir gün əvvəl artıq həbsdə olan “Girçi - Daha Çox Azadlıq” partiyasının lideri Zurab Caparidze haqqında da 7 aylıq həbs hökmü çıxarılıb. Həmin gün, həmçinin, “Lelo” partiyasının liderləri Mamuka Xazaradze və Badri Caparidze...

Seçilmiş Videolar

Toplum TV loqo