Dünya

ABŞ kəşfiyyatı İranın nüvə proqramının tam məhv edilmədiyini deyir 

25 İyun, 2025
75

Foto: Reuters

ABŞ kəşfiyyatının ilkin analizləri İranın nüvə proqramının tam məhv edilmədiyindən xəbər verir. 

Bunu “CNN” telekanalı ABŞ hökumətindəki adını açıqlamadığı rəsmilərə istinadən bildirib

Pentaqonun nəzdində olan Müdafiə Kəşfiyyatı Agentliyinin ilkin hesabatına əsasən, iyunun 22-də İranın üç nüvə obyektinin ABŞ ordusu tərəfindən bombalanmasına baxmayaraq, nüvə proqramının əsas komponentləri məhv edilməyib və proqram yalnız bir neçə ay geriyə düşüb. 

Nüvə obyektlərinə dəyən ziyanın İranın nüvə proqramına təsirinin təhlili hələ davam edir və daha çox kəşfiyyat məlumatı əldə edildikcə dəyişə biləcəyi bildirilir. Lakin ilkin nəticələr Prezident Donald Trampın İranın nüvə proqramının “tamamilə və büsbütün məhv edildiyini” iddia etməsi ilə ziddiyyət təşkil edir.

Hesabat ilə tanış olan iki mənbə “CNN”-ə bildirib ki, İranın zənginləşdirilmiş uran ehtiyatı da məhv edilməyib. Mənbələrdən biri qeyd edib ki, kəşfiyyatın qiymətləndirməsinə görə, zənginləşdirilmiş uran ABŞ-ın zərbələrindən əvvəl obyektlərdən çıxarılıb.

İyunun 13-də İsrailin İranın nüvə obyektlərinə zərbələr endirməsilə başlayan münaqişə iyunun 22-də ABŞ-ın bu obyektlərə bomba atması ilə pik həddə çatıb. 

İyunun 24-dən isə İran və İsrail arasında atəşkəs barədə razılığa gəlinib. 

İsrail “Qalxan Şir” adını verdiyi əməliyyatın bütün hədəflərinə çatdığını desə də, İran nüvə obyektlərinin salamat olduğunu bildirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığı dayandırır

25 İyun 2025

Foto: Reuters

İran parlamenti iyunun 25-də Birləşmiş Millətlər Təşkilatının nüvə nəzarət qurumu olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) əməkdaşlığın dayandırılması haqqında qanun layihəsini təsdiqləyib.  Bu barədə İranın dövlət mediası məlumat yayıb. Bu addım İranla İsrail arasında İranın nüvə proqramı üstündə baş vermiş hərbi münaqişədən sonra atılıb.  İsrail və ABŞ Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq istədiyini və buna nail olduqlarını bildirib. Artıq atəşkəslə başa çatan münaqişənin gedişində ABŞ ordusu İranın nüvə obyektlərini bombalayıb.  İran isə nüvə obyektlərinin böyük zərər görmədiyini, uran zənginləşdirməyə davam edəcəyini deyir.  Qanun layihəsi qüvvəyə minməsi üçün İranın Nəzarət Şurası tərəfindən təsdiqlənməlidir. Layihəyə əsasən, AEBA-nın gələcəkdə ölkədə...
Dünya

Gürcüstanda son bir ayda 6 müxalifət lideri həbs olunub

24 İyun 2025

Foto: EPA/EFE

İyunun 23-də Gürcüstanın müxalif “Ağmaşenebeli Strategiyası” partiyasının lideri Giorgi Vaşadze həbs olunub.  Vaşadze həmin gün haqqında 7 aylıq həbs hökmü çıxarılan məhkəmə prosesində iştirak etməyib.  O, əvəzində partiyasının ofisində mətbuat konfransı keçirib və hakimiyyəti “polis arxasında gizlənən kimsələr” adlandırıb.  Bir müddət sonra polis əməkdaşları gələrək onu həbs edib.  Vaşadze daha öncə parlamentin istintaq komissiyası önündə ifadə vermədiyinə görə haqqında cinayət işi açılmışdı, lakin həbs qətimkan tədbiri seçilməmişdi.  Bir gün əvvəl artıq həbsdə olan “Girçi - Daha Çox Azadlıq” partiyasının lideri Zurab Caparidze haqqında da 7 aylıq həbs hökmü çıxarılıb. Həmin gün, həmçinin, “Lelo” partiyasının liderləri Mamuka Xazaradze və Badri Caparidze...

Seçilmiş Videolar

Toplum TV loqo