ABŞ Rusiya da daxil olmaqla 43 ölkə vətəndaşı üçün giriş qadağasını müzakirə edir
açıq mənbədən götürülüb
ABŞ hakimiyyəti Rusiya və Belarus vətəndaşları da daxil olmaqla 43 ölkənin vətəndaşına təsir edəcək yeni səyahət qadağasını nəzərdən keçirir.
“The New York Times” mənbələrə istinadən xəbər verir ki, Dövlət Departamenti bu ölkələri üç kateqoriyaya ayırmağı planlaşdırır.
Yeni qərara əsasən, 11 ölkənin - Əfqanıstan, Butan, Venesuela, Kuba, İran, Liviya, Şimali Koreya, Somali, Sudan, Suriya və Yəmən vətəndaşlarına ABŞ-yə giriş tamamilə qadağan edilə bilər.
İkinci kateqoriyaya Rusiya, Belarus, Eritreya, Haiti, Laos, Myanma, Pakistan, Syerra-Leone, Cənubi Sudan və Türkmənistan daxildir.
Bu ölkələrdən yalnız iş adamlarının ABŞ-yə girişi mümkün olacaq, turistlərə və miqrantlara isə icazə verilməyəcək.
Üçüncü qrupa ABŞ hakimiyyətinin 60 gün ərzində bəzi çatışmazlıqları (aradan qaldırmağa icazə verəcəyi ölkələr aiddir.
Bura ölkəyə gələn şəxslər haqqında məlumat verməkdən imtina kimi məsələlər daxildir.
NYT ABŞ Dövlət Departamenti tərəfindən tərtib edilən siyahının dəyişdirilə biləcəyini istisna etməyib.
Hələki Ağ Ev yayılan məlumatı açıq şəkildə şərh etməyib.
Siyahı Trampın yanvarın 20-də imzaladığı, ölkənin və onun vətəndaşlarının “terror aktları törətmək, milli təhlükəsizliyimizi təhdid edən, mənfur ideologiyanı müdafiə edən və ya immiqrasiya qanunlarından bədxah məqsədlər üçün istifadə etmək niyyətində olan yadplanetlilərdən” qorunacağını söyləyən fərmana əsaslanır.
Ötən həftə brifinq zamanı Tramp yeni siyahıya hansı ölkələrin daxil ola biləcəyi ilə bağlı sualı cavablandırmaqdan yayınıb:
“Bunu deməyim axmaqlıq olmazdırmı?”, o sual edib.
Seçki kampaniyası zamanı Tramp ilk prezidentlik dövründə böyük diqqət çəkən səyahət qadağasını bərpa edəcəyinə söz vermişdi.
Hələ 2017-ci ilin yanvarında, prezidentliyinin ilk həftəsində Tramp “Milləti xarici terrorçuların ABŞ-a daxil olmasından qorumaq” adlı fərman imzalamışdı.
Fərman suriyalı qaçqınların ABŞ-a girişini qadağan etmişdi. İraq, İran, Liviya, Somali, Sudan və Yəməndən olan şəxslərin ölkəyə girişini isə müvəqqəti dayandırmışdı.
Qərar hava limanlarında xaosa səbəb olmuşdu və ölkə daxilində etirazlarla qarşılanmışdı.
Bir neçə ştatda hakimlər siyahıdakı ölkələrə qarşı ayrı-seçkilik və ABŞ-nin immiqrasiya qanununun pozulmasını əsas gətirərək qadağanı tez zamanda bloklamışdı.
ABŞ prezidenti Co Bayden 2021-ci ildə vəzifəyə gəldikdə, həmin qadağanı ləğv edərək, bunu "milli vicdana ləkə" adlandırmışdı.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Reuters
İrakli Gedenidze/AP
“Erasmus+” proqramı Azərbaycanda fəaliyyətini dayandırıb
NHK: Ölkənin müstəqillik tarixində heç vaxt bu qədər qadın jurnalist sərt cəzalandırılmamışdı
“Toplum TV işi” üzrə təqsirləndirilənlər şəxslərin əmlaklarına həbs qoyulması qanunidirmi? - “Tribunat” araşdırıb
“Hökumətin fakt kimi sırıdığı fotoları özüm paylaşmışam” - Şəmşad Ağa
ABŞ təyyarə motoru hissələrinin Azərbaycana satışını qadağan etməyə hazırlaşır