İrakli Gedenidze/AP
Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili dövlət sərhədini qanunsuz keçməkdə təqsirli bilinib.
Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə Saakaşvili 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bu, məhkəmənin son günlərdə Saakaşvili işi üzrə çıxardığı ikinci hökmdür.
Martın 11-də o külli miqdarda dövlət vəsaitini mənimsəmək ittihamı ilə 9 il azadlıqdan məhrum edilmişdi.
Hazırda sabiq prezidentə qarşı yalnız bir- 7 noyabr epizodu ilə bağlı cinayət ittihamı qalıb.
2007-ci il noyabrın 7-də Tbilisidə polis müxalifət nümayişçilərinə qarşı gözyaşardıcı qaz, su şırnaqları və rezin güllələrdən istifadə edib.
Gürcüstan Səhiyyə Nazirliyinin məlumatına görə, mitinqin dağıdılması zamanı 500-dən çox insan xəsarət alıb.
Mixail Saakaşvili 2021-ci il oktyabrın 1-də gizli şəkildə Gürcüstana qayıtdıqdan sonra həbs edilib. Hazırda "Vivamedi" klinikasında saxlanılır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Foto: AFP
Foto: EPA
Prezident niyə hüquqşünasları aidiyyətləri olmayan sahələrə nazir təyin edir?
Şivlənin yolu - Yalçın İmanov yazır
Erməni jurnalist: “Qarabağın son erməni sakinləri Azərbaycandan zorla köçürülüb"
Əliyevin “o da bizim kimi ailə dəyərlərini bölüşür” dediyi Tramp haqqında pedofiliya iddiaları
"Meydan TV işi" üzrə məhkəmə davam edir: Nurlan Libre müddətsiz aclığa başlayıb