Aysel Umudova/şəxsi arxiv
“Meydan TV işi” üzrə həbs edilmiş jurnalist Aysel Umodova ev dustaqlığına buraxılmayıb.
Martın 17-də Bakı Apelyasiya Məhkəməsində hakim Umudovanın ev dustaqlığına buraxılmaması qərarından verilmiş apelyasiya şikayətini təmin etməyib.
2025-ci il martın 6-da Xətai rayon Məhkəməsində Aysel Umudovanın ev dustaqlığına buraxılması haqqında vəsatətə baxılmışdı. Lakin məhkəmə vəsatəti təmin etməmişdi.
Aysel Umudova ötən ilin dekabrında “Meydan TV işi” üzrə həbs edilib.
Onunla yanaşı bu iş üzrə Meydan TV-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko, Natiq Cavadlı, Xəyalə Ağayeva, Aytac Tapdıq, Nurlan Libre, Fatimə Mövlamlı, Şəmşad Ağa və Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov da saxlanılıb.
Onlar qaçaqmalçılıqda ittiham edilirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Fatimə Mövlamlı: Cinayət işi o qədər bərbad qurulub ki, sadəcə gülməli gəlir
Foto: sosial media
Foto: açıq mənbə
“Sərhədsiz Reportyorlar” həbsdə olan jurnalistlər üçün “sərinkeş kampaniyası”na başlayıb
Hafiz Babalı: Mediamız natəmiz məlumatlarla çirkləndirilir
Azər Qasımlının məhkəməsində proses 3 dəqiqə çəkib
“Meydan TV işi” üzrə həbs olunanların həbs müddəti uzadılıb
Azərbaycanda partiya liderləri niyə “beynəlxalq ekspert”ə çevrildi?